Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yüksək ruhlu çalışqan insanlar
Şübhəsiz çalışqanlıq yüksək ruhun, tənbəllik isə cılız ruhun nişanəsidir.
Hemməte bolənd dar ke mərdane ruziqar
Əz hemməte bolənd be caye rəsideənd.
Mə᾽nası: İradə və əzmini yüksəlt ki, tarixin böyük şəxsiyyətləri yüksək iradə və əzmlə ucalıblar.
Başqa birisi deyir:
Bolbol be bağo coğd be virane taxteəst
Hər kəs be qədre hemməte xod xane saxteəst.
Mə᾽nası: Bülbül bağı, bayquş xarabalıqları sevər. Hər bir şəxs öz əzm və iradəsi miqdarında ev tikə bilər.
İnsan hansı yolda olursa-olsun, həyatın bu dəyişməz qanunu ilə qarşılaşmalı olacaqdır!
1. Elm yolunda
Elm yolunda edilən sə᾽ylər müxtəlif olur. Bə᾽ziləri yalnız attestat almaqla kifayətlənir. Amma bə᾽zən elmin heç bir hədd-hüdudu ilə qane olmayan insanlarla da qarşılaşırıq. Belə şəxslər özlərini elmə həsr etmiş, həyatlarını elmi kəşf və yaradıcılıqlar bağlamışlar.
2. Mal-dövlət əldə etmək yolunda
Bə᾽zi insanlar çoxlu sərvət toplamaqla məşğul olurlar. Sanki, onların daxilində böyük sərvət əldə etmək və aza qane olmamaq hissi qoyulmuşdur.
3. Məqam və mənsəb əldə etmək yolunda
Bə᾽zi şəxslər mənsəb və hörmət əldə etmək yolunda var qüvvəsilə çalışırlar. Görəsən bu sahədə hamı bərabərdirmi? İsgəndərin çalışqan və yüksək himmətli olmasına heç kəs şübhə etmir. O, bütün dünyanı işğal etmək fikrinə düşmüşdü. Şübhəsiz İsgəndər, hörmətli olmaq istəməyən tənbəl insanların çoxundan üstün bir şəxsdir. Eləcə də Nadir şah və bu kimi insanlar. Belə insanlar yüksək şəxsiyyətli ruh sahibləri deyil, sadəcə olaraq böyük ruh sahibləridirlər. Çünki, bu cür insanların geniş fəzalı ruhlarını yalnız şan-şöhrət əldə etmək hissi bürümüşdür. Onlar yalnız, hamıdan daha qüdrətli olmaq haqqında fikirləşir və bundan başqa heç bir şey haqqında düşünmürlər.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |