» » Məntiq elmi və İslam dünyası


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məntiq elmi və İslam dünyası
    +10
    Müəllif: huseynciyem | 26-01-2014, 14:43 | Baxılıb: 2 811


    İslami elmlər əqli və nəqli olmaqla iki hissəyə ayrılır. Haqqında danışacağımız məntiq elmi əqli elmlərdəndir və bu elm İslama xaricdən daxil olmuş bir elmdir. Bu yazıda Yunan mənşəli məntiq elminin İslama nə zaman və necə daxil olduğu haqqında oxucuya məlumat verməyə çalışacağıq. 

    Ərəb mənşəli bir kəlimə olan məntiq "danışmaq” mənasına gələn "nutq” kökündən törəmişdir. "Nutq” və "mantuq” kəlimələri yunan dilində həm ağıl həmdə danışmaq mənasında işlədilən "logos” kəliməsini qarşılayacaq şəkildə mənalar qazanmışdır. İslam məntiqçiləri məntiq elminə "bilinəndən bilinməyənin əldə edilməsinə vasitə olan elm”, "qaydalarına tabe olunduğu zaman zehni xətaya düşməkdən qurtaran fənn” və sair şəklində təriflər vermişdir.

    Məntiq elminin qurucusunun Aristotel olduğu barəsində bütün fəlsəfə tarixçiləri həmfikirdir. Onun Organon (Qeyd etmək lazımdır ki bu ad Aristotel tərəfindən istifadə edilməmişdir. Daha sonra onun məntiq haqqındakı əsərlərinə Orgonon adı verilmiştir.) adlı əsəri zamanımıza qədər gəlib çıxan ən qədim və sistematik məntiq əsəridir. Amma qeyd etmək lazımdır ki, məntiq məsələləri ilə maraqlanan ilk şəxs Aristotel deyildir. O sadəcə özündən əvvəl mövcud olan bu mövzudaki məlumatları sistematikləşdirmişdir. Biz bu yazıda məntiq elminin tarixi və mühtəvası haqqında deyil bu elmin İslam dünyasına nə zaman və necə girdiyi haqqında oxucuya qısa bir məlumat vermək istəyirik.

    Bəşəriyyət tarixi boyunca qurulan bütün mədəniyyətlər özlərindən öncəki mədəniyyətlərin təcrübələrindən istifadə etmiş və onlardan öyrəndikləri bu təcrübələri daha da inkişaf etdirərək özlərinə xas bir mədəniyyət qurmuşlardır. İslam fəthləri vasitəsi ilə İran, Misir, Bizans, Mesapatomiya kimi qədim və zəngin mədəniyyətlərlə qarşılaşan müsəlmanlar da onların bu zəngin mədəniyyətlərindən faydalanaraq tamamən özlərinə məxsus bir mədəniyyət qurmağa nail olmuşlar.

    Raşidi Xəlifələr 632-661) və onlardan sonra hakimiyyətə gələn Əməvilərin (661-751) zamanında müsəlmanlar fəth etdikləri Suriya, İraq, Misir və İran kimi ölkələrdə qədim mədəniyyətlərlə qarşılaşdıqlarında buradaki əsərləri əsla məhv etmədilər. Hətta İslamdan əvvələ gedip çıxan qədim mədəniyyətlərə sahib olduqları üçün yəhudi və xristiyanalar Peyğəmbər və Raşidi Xəlifələrin dövründə xoş rəftar görmüşlər. Lakin Əməvi dövləti üçün bunu demək o qədər də mümkün deyil. Çünkü Əməvilər daha çox fəthlərlə məşğul olub elmi araştırmalara bir o qədər də əhəmiyyət verə bilməmişlər. 
    Amma bu Əməvilər zamanında qətiyyən elmi araştırmaların olmadığı mənasına gəlməz. Demək olar ki islami firqələrin böyük əksəriyyəti Əməvilər dövründə təşəkkül etmişdir. Lakin Əməvi idarə sistemi "ulumu daxilə”adı verilən əcnəbi elmlərə qarşı biganə qalmışdır. Məsələn xəlifə Ömər ibni Abdüləzizin zamanında Masurceveyh adlı bir tərcüməçi tibb elminə dair bir əsər tərcümə etmişdir. Xəlifə Ömər ibni Abdüləziz tibbə aid olmasına baxmayaraq əcnəbi olduğu üçün bu kitabın nəşr edilməsinə xeylı tərəddüt etdikdən sonra izin vermişdir. Bütün bunlara baxmayaraq qeyd etmək lazımdır ki, Əməvilər zamanında da İslam aləmində bəzi tərcümə fəaliyyətləri həyata keçirilmişdir. Lakin bu tərcümələr daha çox kimya və tibb elmlərinə aid kitabların tərcüməsi ilə məhdud idi. Bir xüsusu da qeyd edək ki, Əməvi xanədanından ilk dəfə olaraq xəlifə Müaviyənin nəvəsi olan Xalid ibn Yezid (ö. 704) İskəndəriyyədən gətirtdiği İstefanos adlı bir alimə kimya elminə dair kitablar tərcümə etdirmişdir. Bu tərcümə İslam aləmində edilmiş ilk tərcümə fəaliyyəti olaraq qaynaqlarda zikr edilir. Nəticə olaraq deyə bilərik ki, Əməvilər zamanında məhdud sayıda və sönük də olsa tərcümə fəaliyyətləri həyata keçirilirdi. Amma bu tərcümələr fəlsəfə və məntiqə dair olmayıb daha çox tibb və kimya elmləri sahəsində idi.

    Fəlsəfi əsərlərin ərəb dilinə tərcümə edilməsi Abbasilər zamanında xüsusilə də xəlifə Mənsur (754-755) və Məmunun (814-833) zamanında başlamışdır. Qeyd edək ki, xəlifə Mənsurun zamanında tərcümə edilən əsərləri böyük əksəriyyətini astranomiya (nucum) və həndəsə elmlərinə dair əsərlər təşkil edirdi. Amma Aristotelin Organon adlı əsəri də ilk dəfə bu xəlifənin əmri ilə ərəbcəyə tərcümə edilmişdir. Bu əsəri ilk dəfə ərəbcəyə tərcümə edən şəxsin isə İran əsilli Abdullah ibni Müqəffa (ö. 759) olduğu mənbələrdə nəql edilir. Əsl fəlsəfi əsərlərin tərcüməsinə isə xəlifə Məmunun dönəmində başlanmışdır. Hətta elmi müzakirələrə çox maraq göstərən xəlifə Məmun 832-ci ildə Hikmət Evi (Darul-hikmə) adında böyük bir tərcümə müəssəsi inşa etdirmiş və yunanca əsərləri tərcümə etdirmək üçün Bizansdan buraya çoxlu kitab gətirtmişdir. Bütün bunlar sayəsində VIII əsrdən X əsrə qədər davam edən bu tərcümə fəaliyyətləri sayəsində İslam ölkələri mədəniyyət və fəlsəfənin mərkəzlərinə çevrildilər və müxtəlif İslam diyarlarında bir çox məşhur tərcüməçilər yetişdi. Müsəlmanları məntiq əsərlərini tərcümə etməyə sövq edən səbəb isə fəth etdikləri ölkələrdə müsəlman olmayan millətlərə qarşı öz etiqadlarını müdafiə etmə təşəbbüsləri olmuşdur. Belə ki, müsəlmanların fəth etdikləri ərazilərdə yaşayan xristiyan, yəhudi və sair kimi millətlər öz dini etiqadlarını yunanlardan öyrəndikləri məntiq metodu ilə müdafiə edirdilər. Bunlarla qarşılaşan müsəlmanlar öz etiqadlarını müdafiə etmək üçün sistematik qaydalar qoymaq ehtiyacını hiss etdilər və bu da onları yunan məntiqini öyrənməyə sövq etmişdir. Bunu da qeyd etmək lazımdır ki, qeyri müsəlmanlara qarşı İslam etiqadını müdafiə etmək üçün onların da qəbul edəcəyi metoddan (məntiq) istifadə edənlər daha çox mötəzilə alimləri olmuşdur.

    Nəticə olaraq demək mümkündür ki, İslam aləmi fəlsəfə və məntiq kimi əqli elmlərlə tərcümə fəaliyyətləri nəticəsində tanış olmuşdur. İslam mədəniyyətində məntiq sahəsindəki araşdırmalar xəlifə Mənsur tərəfindən Aristotelin Organon adlı əsərinin ərəbcəyə tərcümə edilməsi ilə başlamışdır.
     
     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 29 Ocak 2014 20:02 | Redaktor | Şərh yazdı
    Allahın Salamı Rəhməti və Bərəkəti üzərinizə olsun.Allah Razı olsun,sayənizdə bilmədiklərimi öyrəndim.


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 27 Ocak 2014 11:29 | Administrator | Şərh yazdı
    ALLAH RAZI OLSUN ALLAH DAIMA KOMEYIN OLSUN.YAZAN ELLERINE QUVVET

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 26 Ocak 2014 18:08 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH sizderi qorusun cox sagolun elleriz derd gormesin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.