» » "Ümmətin parçalanması" hədislərinin ümumi tədqiqi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
"Ümmətin parçalanması" hədislərinin ümumi tədqiqi
+5
Müəllif: Ewqi_Kerbela | 9-12-2014, 13:00 | Baxılıb: 1 216
 
 
 "Ümmətin parçalanması" hədislərinin ümumi tədqiqi

Sözügedən hədislərin məcmusundan bir neçə məsələ aydınlaşır:
1. Bu hədisin müxtəlif ibarələrlə, müxtəlif vasitələrlə nəql olunmasından məlum olur ki, çox məşhur hədisdir. Buna görə də bu hədisin əksər mötəbər əhli-sünnə hədis toplularında yer almasının şahidi oluruq. Hətta bəzi hədisçilər onun üçün ayrıca fəsil ayırmışlar. Əlavələr olunan hədislərdən biri İbn Əbu Asimin "əs-Sünnə" kitabında nəql etdiyi hədisdir. Həmin hədisin sonunda deyilir: "Onların ən azğını, ən xəbisi şiəliyi qəbul edən, yaxud şiə məzhəbidir". Bir halda ki, "əs-Sünnə" kitabını tədqiq edən Nasir əd-Din Albani yazır: "Onun sənədi zəifdir. Onun rəvayətçiləri Leys ibn Əbu Səlimdən başqa hamısı etibarlıdır. Çünki o, zəifdir və hədislərdə dəyişiklik aparandır. Hədis şiəlik haqqında deyiləni çıxmaq şərti ilə səhihdir".Həmçinin ibn Bətta "əl-İbanə" kitabında bu hədisi nəql etmişdir. Hədisin sonunda deyilir: "Onların ən azğını və şərlisi özünü bizə (Əhli-beytə) aid edənlərdir. Bu firqənin nişanəsi Əbu Bəkr və Ömərə nalayiq sözlər deməkdir". Bir halda ki, bu sənəd silsiləsində Səvadə ibn Sələmə yer almışdır və "rical" kitablarında ondan əsər-əlamət yoxdur. Buna görə də onun sənədi olduqca zəifdir. İradlara cavab"Ümmətin parçalanması" hədisi ilə bağlı müxtəlif iradlar irəli sürülmüşdür. Aşağıda onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
1. İbn Həzm bu hədis haqqında deyir: "Bu hədis sənəd baxımından əsla səhih nəzərə çarpmır".
Cavab: Öncə də qeyd olunanlardan bəlli olur ki, ümmətin parçalanması ilə bağlı hədislərin bəzisi kifayət qədər etibarlı sənədə malikdir. Bir çox əhli-sünnə alimləri onun doğru olduğunu etiraf etmiş, müxtəlif sənədlərin bir-birini təsdiq etdiyini bildirmişlər.
2. Bu hədis mətn baxımından qarışıqdır. Müxtəlif ibarələrlə nəql olunmuşdur. Onun mətnləri bəzən az, bəzənsə çoxdur. Buna görə də etibardan düşmüşdür.
Cavab: Hədisin mətni yalnız mənanın nəql olunduğu üçün fərqlidir. Lakin bir məsələdə bu rəvayətlərin hamısı yekdildir və o, İslam ümmətinin müxtəlif firqələrə bölünəcəyidir.
3. Şövkani yazır: "Hədisin sonunda qeyd olunan "bir firqədən başqa qalan digər firqələr cəhənnəmdədir" ibarəsini bir çox hədisşünaslar zəif hesab etmişlər. İbn Həzm demişdir ki, bu əlavə uydurmadır".
Cavab: İnsafla desək, bu ibarə bir çox səhih sənədli rəvayətlərdə öz əksini tapmışdır. Buna görə də onu uydurma adlandırmaq olmaz.
4. Bəziləri deyirlər: "Bu hədisə görə ümmətin böyük əksəriyyəti cəhənnəmə getməlidir və müsəlmanlar arasında ixtilaf və təfriqə qiyamətədək davam etməlidir”.
Cavab: Hədisin sənədi düzgün olduqdan sonra onun ifadə etdiyi məna da qəbul olunur. Oxşar taleyi keçmiş ümmətlər də yaşamışlar. Misal üçün, biz bunu Nuhun qövmündə müşahidə edirik.
5. Əbd ər-Rəhman Bədəvi deyir: "İkinci, hətta üçüncü əsrə aid kitablarda bu hədisdən əsər-əlamət yoxdur. Əgər bu hədis səhih olsaydı, keçmiş alimlərin də kitabında olardı”.
Cavab: Bu irad onun qələmindən irəli gələn yanlışdır. Çünki bu hədisi Əbu Davud (vəfatı: h.q. 276), Əhməd ibn Hənbəl (vəfatı: h.q. 241), Tirmizi (vəfatı: 275) və İbn Macə (vəfatı: 276) nəql etmişlər. Bunların hamısı üçüncü əsrə aiddirlər.6. Bu hədislər "rəhm edilmiş ümmət" hədisləri ilə ziddiyyət təşkil edir. Əhməd ibn Hənbəl özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, mənim ümmətim mərhəmət göstərilmiş ümmətdir. Axirətdə ona əzab verilməyəcək. Onların yeganə əzabı dünyada müharibə və döyüşdür".
Cavab: Birincisi, sözügedən hədis (ümmətin firqələrə bölünməsi ilə bağlı hədis) hər iki firqənin bir çox alimləri tərəfindən mütəvatir olaraq dəyərləndirilmişdir. Lakin "rəhm edilmiş ümmət" hədisi isə vahid xəbərdir. Ziddiyyət olduqda vahid xəbər mütəvatir xəbəri üstələyə bilməz.İkincisi, "rəhm edilmiş ümmət" hədisi kimlərinsə bərzəxdə cəzalandırılmayacağına dəlalət etmir. Üçüncüsü, məgər dünya əzabı azdırmı? Dördüncüsü, axirətdə əzab verilməsindən məqsəd budur ki, nəhayət, bu ümmətin hamısı behiştə gedəcək. Hərçənd ki, bir çoxları cəhənnəmdə cəzalarını çəkdikdən sonra behiştə gedəcəklər.Beşincisi, "rəhm edilmiş ümmət" hədisinə geniş mənada əməl etmək istəmək qəti əqli və nəqli dəlillərlə üst-üstə düşmür. Çünki ümməti günaha rəğbətləndirir. Quran ayələri ilə də üst-üstə düşmür. Çünki Allah, əmrlərinə boyun əyilmədiyi təqdirdə ümməti hədələyir, cəzalandıracağını bildirir. Bundan başqa, "Hovuz" hədisində aydın şəkildə bildirilir ki, bir çox Peyğəmbər (s) səhbələri cəhənnəmə aparılacaqlar. Hətta Peyğəmbərin (s) vasitəçiliyinin belə faydası olmayacaq. Altıncısı, "rəhm edilmiş ümmət" hədisində Peyğəmbər (s) buyurur: "Mənim ümmətim rəhm olunmuş ümmətdir". Lakin ümmətim firqələrə bölünəcəyini göstərən hədislər isə yetmiş iki firqənin cəhənnəmə gedəcəyini, bir firqəninsə xilas olacağını bildirir. Buradan bəlli olur ki, Peyğəmbərin (s) əsl ümməti həmin nicat tapacaq firqədir. Çünki həqəqətən ümmətdən o şəxs hesab olunur ki, ona müti olsun. Burada yalnız müsəlman  adının üstündə olması həlledici amil deyil.
6. Bəzi hədislərin sətri mənasından anlaşılır ki, ümmət arasında ixtilaf əzaba yox, mərhəmətə səbəb olacaqdır. İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "... Və səhabələrimin ixtilafı sizin üçün rəhmətdir".
Cavab: Birincisi, bu rəvayətin sənədi mötəbər deyil. Hətta İbn Həzmin nəql etdiyinə görə, bu kəlam hədis deyil. Albani deyir: "Ümmətimin ixtilafı rəhmətdir" hədisi əsassızdır. Hədisçilər onun üçün sənəd tapmağa çox çalışsalar da müvəffəq ola bilməmişlər...”. Sübki demişdir: "Hədisçilərə görə bu hədis məşhur deyil. Mən onun üçün səhih, zəif və ya uydurma sənəd tapmadım ...". İkincisi, bu hədisin doğruluğunu göstərən sənəd olsa belə, onu ümmətin firqələrə bölünməsini göstərən hədislərə uyğun şəkildə izah etmək olar.Məhəmməd ibn Şərbili "Muğni əl-mühtac" əsərində yazır: "Hədisdə deyilir ki, "ümmətimin ixtilafı rəhmətdir". Həlimi bunu məqsəd ixtilafları, peşə fərqləri kimi izah etmişdir". Həmçinin hədisdə "ixtilaf" ifadəsində məqsədin get-gəl, ümmətin görüşmək, bir-birindən faydalanmaq üçün get-gəli olması mümkündür. Bəzi Əhli-beyt (ə) rəvayətlərində də bu mənaya işarə vurulmuşdur.Şeyx Səduq özünəməxsus sənədlə Əbd əl-Mömin Ənsaridən İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Bir qövm Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ümmətimin ixtilafı rəhmətdir". Onlar doğru deyirlər". Soruşdum: "Əgər ixtilafları rəhmətdirsə, bir yerə yığılmaqları (yekdillikləri) əzabdırmı?” Həzrət (ə) buyurdu: "Məsələ sənin və başqalarının başa düşdüyü kimi deyil. Məsələ Allahın da kəlamında buyurulduğundan ibarətdir. Allah buyurur: "Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) səfər çıxsın ki, qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!” ("Tövbə”, 122) Demək, Allah onlara Peyğəmbərin (s) yanına göçməyi, get-gəl edərək ondan (s) elm öyrənməyi, sonra öz qövmünün yanına qayıdıb onları məlumatlandırmağı əmr edir. Məqsəd dində ixtilaf, haçalanma yox, ölkə və şəhərlərdən get-gəl etməkdir. Çünki şübhəsiz, Allahın dini birdir".
7. Bəzi rəvayətlərdə Peyğəmbərin (s) bütün ümmətini behişt əhli adlandırdığı göstərilir.Heysəmi Abdullah ibn Əmrdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Elə bir ümmət yoxdur ki, onun bəzi fərdləri cəhənnəmdə, bəzisi isə behiştdə olmasın. Mənim ümmətimin isə bütün fərdləri behiştdə olacaqlar".
Cavab: Birincisi, İbn Həcər Heysəminin etirafına görə bu hədisin sənəd silsiləsində Əhməd ibn Məhəmməd ibn Həccac ibn Düşdeynin yer aldığına görə zəifdir. Zəhəbi "Mizan əl-etidal" əsərində onu məşhur yalançı adlandırmışdır. İkincisi, "rəhm olunmuş ümmət" hədisi haqqında qeyd etdiyimiz iradlar bu hədisə də aiddir.
 
Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvan

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.