» » "Ümmətin parçalanması" hədisləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
"Ümmətin parçalanması" hədisləri
+5
Müəllif: Ewqi_Kerbela | 9-12-2014, 15:00 | Baxılıb: 722
 

"Ümmətin parçalanması" hədisləri

"Ümmətin parçalanması" ilə bağlı hədisləri üç yerə ayırmaq olar:1. İki firqəyə bölünmək;
Bəzi hədislər İslam ümmətinin iki firqəyə bölünməsinə işarə vurur. Buna misal olaraq, Əhməd ibn Hənəblin "Müsnəd", Nəsainin "əs-Sünən əl-kübra",Əbu Yəlanın "Müsnəd", Xətib Bağdadinin "Tarixi-Bağdad" və İbn Kəsirin "əl-Bidayə vən-nihayə" əsərində Əbu Səid Xudri vasitəsi ilə Peyğəmbərdən (s) nəql etdikləri hədisi göstərmək olar. Hədisdə deyilir:"Ümmətim iki firqəyə bölünəcək. Bu iki firqənin arasından bir qrup ortaya çıxacaq ki, haqq olan tərəf onlarla döyüşəcək".Bu hədisi şərh edən əksər əhli-sünnə mənsubları etiraf etmişlər ki, haqq olan tərəfdən məqsəd Əli ibn Əbu Talib (ə), onun döyüşdükləri isə Müaviyə, Cəməl səhabələri və Nəhrəvan xəvaricidir.Nəvəvi bu hədisi şərh edərkən deyir: "Hədis aydın şəkildə göstərir ki, Əli (ə) haqq, digər tərəf isə, yəni Müaviyə tərəfi zülmkar olmuşdur".2. Üç firqəyə bölünmək;Digər bir çox hədislər isə İslam ümmətinin üç firqəyə bölünəcəyindən xəbər verir. Lakin burada məsələyə başqa cəhətdən yanaşılmışdır. Təbərani özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:  "Qiyamət günü yetdikdə ümmət üç firqəyə bölünəcək. Onlardan biri Allaha ixlasla ibadət edərlər. İkincisi, riyakarcasına ibadət edər. Üçüncüsü isə dünya malı əldə etmək üçün ibadət edər". Seyid ibn Tavus özünəməxsus sənədlə Əbuzər, Miqdad ibn Əsvəd və Salmandan nəql edir: "Biz Peyğəmbərin (s) yanında tək əyləşmişdik. Bərd mühacirlərindən üç qrup bizim yanımıza gəldi. Peyğəmbər (s) buyurdu: "Məndən sonra ümmətim üç firqəyə bölünəcək. Onlardan biri haqq əhlidir. Batilə əsla qarışmaz. Onlar qızıla bənzəyirlər. Alovda əridildikcə daha da təmizlənir, xalisləşirlər. Onların imamı bu üç nəfərdən biridir. Bu o şəxsdir ki, Allah öz kitabından ona "إِمَاماً وَ رَحمَةً" sözləri ilə əmr etmişdir. Digər bir firqə batil əhlidir və hər növ haqdan uzaqdır. Onlar çürümüş dəmirə bənzəyirlər. Alovda əritdikcə pisliyi daha da üzə çıxır. Onların imamı bu üç nəfərdən biridir. Digər azğın bir firqə də var ki, bunların ikisi arasındadır. Nə o tərəfdəndir, nə də bu tərəfdən və Onların imamı bu üç nəfərdən biridir". Həzrətdən (s) haqq əhli və imamı haqqında soruşdum. Həzrət buyurdu: "O, pərhizkarların imamı Əli ibn Əbu Talibdir (ə)”. Digər iki firqənin rəhbərlərinin adını çəkməkdən isə imtina etdi. Nə qədər israr etdiksə də demədi". 3. Yetmiş neçə firqəyə bölünmək. Bir sıra rəvayətlər ümmətin Peyğəmbərdən (s) sonra yetmiş neçə yerə parçalanacağına işarə vurur. Bu rəvayətlərin sayı çoxdur və "nicat tapacaq firqə" adı ilə məşhurlaşmışdır. Bu hədislər şiə və əhli-sünnə hədis qaynaqlarında yer almışdır. Aşağıda sözügedən hədislərin bir neçəsini diqqətinizə çatdırırıq:a) Əhli-sünnə rəvayətləri;Bu hədislər əhli-sünnə qaynaqlarında müxtəlif ibarələrlə, fərqli vasitələrlə nəql olunmuşdur:
1. Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir:"Yəhudilər yetmiş bir (yaxud yetmiş iki) firqəyə bölündülər. İsəvilər yetmiş bir (yaxud yetmiş iki) firqəyə parçalandılar. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir". Əbu Amir Abdullah ibn Lühəy deyir: "Biz, Müaviyə ibn Əbu Süfyanla həcc əməllərini yerinə yetirirdik. Məkkəyə çatdıqda günorta namazı zamanı Müaviyə dayandı və dedi: "Peyğəmbər (s) buyurmuşdur: "Həqiqətən, Tövrat və İncil əhli (yəhudi və xristianlar) öz dinlərində yetmiş iki firqəyə bölündülər. Tezliklə bu ümmət də yetmiş üç firqəyə, yəni müxtəlif həvəslərə bölünəcəklər. Onların birindən başqa qalan hamısı cəhənnəm əhlidir...”.
3. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:"Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onlardan biri behiştdə, yetmişi isə cəhənnəmdədir. İsəvilər yetmiş iki firqəyə bölündülər. Biri behiştdə, yetmiş biri isə cəhənnəmdədir. And olsun Məhəmmədin (s) canı əlində olan Yaradana, mənim ümmətim də mütləq yetmiş üç firqəyə parçalanacaq. Onlardan biri behiştdə, qalan yetmiş ikisi isə cəhənnəm alovunda olacaqdır". Soruşuldu: "Ey Allahın elçisi! Onlar kimlərdir?" Həzrət (s) buyurdu: "Həmin camaat".
4. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Tezliklə ümmətim yetmiş neçə firqəyə parçalanacaq. Onların ən fitnə salanı məsələləri öz (şəxsi) fikirləri ilə müqayisə edənlərdir. Onlar halalı haram, haramı halal edənlərdir".
5.  Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "(Ey Övf!) Ümmətim, yetmiş üç firqəyə parçalandıqda sən necə olacaqsan? Onların biri behiştdə, qalanları cəhənnəmdə olacaq".
6. Abdullah ibn Əmr As Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:"Ümmətimin başına nə az, nə çox Bəni-İsrailin başına gələnlər gələcək. Hətta əgər Bəni-İsraildə kimsə anası ilə aşkar şəkildə günah iş görmüşsə, mənim də ümmətimdə belə olacaq. Həqiqətən, Bəni-İsrail yetmiş iki firqəyə parçalandı. Mənim ümmətim də yetmiş üç firqəyə bölünəcək. Onların biri istisna olmaqla, qalan hamısı cəhənnəm əhlidir". Soruşuldu: "Ey Allahın elçisi, onlar kimlərdir?". Həzrət (s) buyurdu: "Mənim və səhabələrimin olduğu (etiqadda) olanlar".
7. Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, Bəni-İsrail yetmiş bir firqəyə bölünmüşdür. Mənim ümmətim isə yetmiş iki firqəyə bölünəcək. Onların hamısı bu camaatın olduğu bir firqəni çıxmaq şərti ilə cəhənnəmə yuvarlanacaq".
8. Əbu Əmamə deyir: "Bəni-İsrail qövmü yetmiş bir firqəyə parçalandı. (Yaxud yetmiş iki firqəyə parçalandı). Lakin mənim ümmətimə bir firqə də artırılacaq. Onların bir qrupunu çıxmaqla qalan hamısı cəhənnəmdə olacaq".
9. Səd ibn Əbu Vəqqas Peyğəmbərdən (s) nəql edir: "Bəni-İsrail yetmiş bir firqəyə bölündü. Günlər keçəcək, mənim ümmətim də bu qədər firqəyə parçalanacaq".
10. Əbu Dərda, Əbu Əmamə, Vasilə ibn Əscə və Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edirlər: "Çəkişməni yığışdırın. Çünki Bəni-İsrail yetmiş bir, isəvilər isə yetmiş iki firqəyə bölündülər. Onların bir qrupunu çıxmaq şərtilə qalan hamısı yollarını azmışlar". Soruşuldu: "Ya Peyğəmbər! Həmin bir qrup kimlərdir?” Buyurdu: "Mənim və səhabələrimin olduğu yolda olanlar. Allahın dinində mübahisə etməyənlər. O kəslər ki, tövhid əhlindən birini bağışlanmış günahına görə küfrdə ittiham etmirlər".[803]11. Cabir ibn Abdullah Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:"Yəhudilər yetmiş bir dəstəyə bölündülər. Onların hamısı alovdadır. İsəvilər yetmiş iki firqəyə bölündülər. Onlar da hamısı alovdadırlar. Tezliklə mənim ümmətim də yetmiş üç firqəyə parçalanacaqlar. Onların birini çıxmaq şərtilə qalan hamısı alovda olacaqlar". Ömər ibn Xəttab dedi: "Ey Allahın elçisi, onların kim olduğunu mənə de". Həzrət buyurdu: "Böyük bir qrup".12. Kəsir ibn Abdullah ibn Əmr ibn Zeyd atasından, o da öz atasından nəql edir: "Biz məsciddə Peyğəmbərin (s) yanında əyləşmişdik. Həzrət (s) buyurdu: "Şübhəsiz, siz nə az, nə çox keçmiş ümmətlərin keçdiyi yolları keçəcəksiniz. Onların gördüyü işi görəcəksiniz. Əgər bir qarış getmişlərsə, siz də bir qarış gedəcəksiniz. Əgər bir metr getmişlərsə, siz də bir metr gedəcəksiniz. Hətta əgər onlar kərtənkələ dəliyinə (yuvasına) girmişlərsə, siz də girəcəksiniz. Bilin, həqiqətən, Bəni-İsrail Musanın (ə) göstərişinin əksinə olaraq yetmiş bir firqəyə bölündü. Bir firqədən başqa hamısı azğın yoldadır. O, İslam və müsəlmanlardır. Həqiqətən, Bəni-İsrail həzrət İsa ibn Məryəmin (ə) istəyinin əksinə olaraq yetmiş bir firqəyə bölündü. Onların hamısı yolunu azmışlardır. Yalnız bir firqə istisnadır. O, İslam və müsəlmandır. Onlar (müsəlmanlar) da yetmiş iki firqəyə bölünəcəklər. Onlar hamısı yolunu azmışlardır. Yalnız bir firqə doğru yoldadır. O, İslam və müsəlmandır". Güman ki, hədisin son hissəsi İslam peyğəmbərinin (s) ardıcıllarına aiddir. 
 
Hədislərin sənədinin tədqiqi

Birinci hədisin sənəd silsiləsində Məhəmməd ibn Əmrin olmasına görə "həsən" hədisdir. Lakin onun digər şahidləri olduğundan səhih hesab olunur. Buna görə də Tirmizi, Hakim Nişapuri, İbn Hibban, Şatibi, Süyuti və Albani onu səhih hesab etmişlər.[805]İkinci hədisin sənəd silsiləsində Əzhər ibn Abdullah olduğundan "həsən" hədis sayılmasına baxmayaraq, şahidlərin mövcüdluğu onu səhih hədislər sırasına qatmışdır. Buna görə də Hakim Nişapuri və Zəhəbi onu səhih hədis hesab etmişlər.Üçüncü hədisin sənəd silsiləsində İbad ibn Yusif olduğundan "həsən" hədisdir.Dördüncü hədisi Hakim Nişapuri səhih hesab etmişdir.Beşinci hədisin sənəd silsiləsində Əbd əl-Həmid ibn İbrahim yer aldığından zəif hədis hesab olunur. Lakin İbn Hibban və İbn Həcər onu etibarlı rəvayətçi hesab etmişlər.Altıncı hədisin sənəd silsiləsində Əbd əl-Rəhman ibn Ziyad ibn Ələm yer aldığından zəif hesab olunur. Çünki onun yaddaşı zəif olmuşdur və "münkər" hədislər nəql etmişdir. Yeddinci hədisin nəql olunduğu bütün vasitələr Ənəs ibn Malikə gedib çıxdığı üçün zəifdir.Səkkizinci hədis Qutn ibn Abdullah adlı rəvayətçisinin cahilliyinə görə zəifdir.Doqquzuncu hədisin sənəd silsiləsində Musa ibn Übeydə olduğundan zəifdir.Onuncu hədisin sənəd silsiləsində Kəsir ibn Mərvan Şami olduğundan batildir. Çünki o ciddi şəkildə zəifdir. On birinci hədis Hafiz ibn Həcərə görə zəifdir. Çünki onun sənəd silsiləsində adı çəkilməyən rəvayətçi var. On ikinci hədis də Kəsir ibn Abdullahın sənəd silsiləsində yer aldığına görə zəifdir.b) "Ümmətin parçalanması” hədisi şiə qaynaqlarında.Şiə hədis qaynaqlarında da "ümmətin parçalanması" və "nicat tapacaq firqə" hədisinə işarə vurulmuşdur. Aşağıda bu hədislərin bir neçə nümunəsini diqqətinizə çatdırırıq:1. Şeyx Səduq özünəməxsus sənədlə İmam Hüseyndən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onların bir firqəsi behiştə, digər yetmiş firqəsi isə cəhənnəmə gedəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölündülər. Onların bir firqəsi behiştə, digər yetmiş bir firqəsi isə cəhənnəmə gedəcəkdir. And olsun Məhəmmədin (s) canı ixtiyarında olana! Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların bir firqəsi behiştə, digər yetmiş iki firqəsi isə cəhənnəmə gedəcəkdir". 2. Əli ibn Xəzzaz özünəməxsus sənədlə İmam Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Tezliklə ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yalnız bir firqə nicat tapacaq. Digərləri isə məhv olacaqlar. Nicat tapacaq firqə siz Əhli-beytin (ə) vilayətinə tapınan, elminizdən faydalanan, öz (şəxsi) rəyi ilə müqayisə etməyənlərdir. Onlar cəzalandırılmayacaqlar".[810]3. Şeyx Tusi özünəməxsus sənədlə İmam Əlinin (ə) qabaqcıl yəhudilərdən biri ilə söhbətini nəql edir:Həzrət soruşdu: "Neçə dəstəyə bölündünüz?" O, dedi: "Filan filan dəstəyə". Həzrət (ə) buyurdu: "Ey yəhudi qardaş, yalan deyirsən". Sonra üzünü camaata tutub buyurdu: "And olsun Allaha, əgər mənim üçün kürsü (qəzavət kürsüsü) açsalar, Tövrat əhli arasında Tövrata uyğun, İncil əhli arasında incilə uyğun, Zəbur əhli arasında Zəbura uyğun, Quran əhli arasında Qurana uyğun hökm edəcəyəm. Ey camaat! Yəhudilər yetmiş bir firqəyə parçalandılar. Onların biri nicat tapacaq və behişt əhlidir. Yetmişi isə cəhənnəm alovundadırlar. Bunlar, Musanın (ə) canişinini Yuşə ibn Nunun ardıcıllarıdır. Xristianlar yetmiş iki firqəyə bölündülər. Yetmiş bir firqə cəhənnəm alovunda, bir firqə isə behiştdədir. Bunlar (behiştdə olanlar), İsanın (ə) canişini Şəmunun ardıcıllarıdır. Tezliklə bu ümmət də yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm, biri isə behişt əhli olacaq. Onlar (behiştdə olanlar), həzrət Məhəmmədin (s) canişininin ardınca gedənlər olacaqlar". Bu zaman həzrət (ə) əlini sinəsinə vurdu və buyurdu: "Yetmiş üç firqənin on üçü mənim sevgimi (məni sevdiklərini) iddia edirlər. Lakin onların biri behiştdədir. Onlar doğru yolda olanlardır. On iki firqə isə cəhənnəm əhlidir". 4. Şeyx Müfid özünəməxsus sənədlə Əbu Əqildən nəql edir:Biz həzrət Əmir əl-Mömininin (ə) yanında əyləşmişdik. Həzrət (ə) buyurdu: "Şübhəsiz, bu ümmət yetmiş üç firqəyə bölünəcək. And olsun canım əlində (ixtiyarında) olan (Yaradana), mənə tabe olan, ardımca gələnlərdən başqa digər bütün firqələr yollarını azmışlar". 5. Ərbili İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: "Bu ümmət yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm alovunda, biri isə behiştdə olacaq. Onlar Allahın haqlarında "hidayət olunmuşlar, haqqa qayıtmışlar" buyurduğudur". 6. Şeyx Səduq özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:"Həqiqətən, Bəni-İsrail yetmiş bir firqəyə parçalandı. Onların yetmiş firqəsi həlak oldu, biri isə nicat tapdı. Həqiqətən mənim ümmətim yetmiş iki firqəyə bölünəcək. Onlardan yetmiş biri həlak, biri isə xilas olacaq". Soruşuldu: "Ey Allahın rəsulu, o bir firqə kimlərdir?". Həzrət (s) buyurdu: "Camaat, camaat, camaat".Şeyx Səduq hədisi izah edərkən yazır: "Camaatdan məqsəd haqq əhlidir. Hətta az olsalar belə. Çünki Peyğəmbərdən (s) nəql olunan digər bir rəvayətdə deyilir: "Mömin təklikdə höccətdir və mömin təklikdə camaatdır". 7. Əyyaşi özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Musanın (ə) ümməti yetmiş bir firqəyə bölündü. Onların yetmiş firqəsi alovda, biri isə behiştdədir. İsanın (ə) ümməti yetmiş iki firqəyə bölündü, biri behiştdə, digərləri isə cəhənnəm alovundadırlar". Soruşuldu: "Ey Allahın rəsulu! Onlar kimlərdirlər?” Həzrət (s) buyurdu: "Camaat, camaat". 8. Şeyx Səduq özünəməxsus sənədlə Abdullah ibn Ömərin Peyğəmbərdən (s) belə nəql etdiyini yazır: "Tezliklə, ümmətimin başına Bəni-İsrailin başına gələnlər gələcək. Bəni-İsrail yetmiş iki firqəyə bölündü. Mənim ümmətim də yetmiş üç firqəyə, onlardan bir firqə artığına bölünəcək. Onların yalnız birini çıxmaq şərti ilə hamısı cəhənnəm alovunda olacaqlar". Soruşuldu: "O, bir millət hansıdır?". Həzrət (s) buyurdu: "Mənim və səhabələrimin bu gün olduğu inanclarda olanlar". Məclisi bu hədisi Səduqdan nəql etmişdir. Lakin hədisin sonunda deyilir: "Onlar bu gün mən və Əhli-beytimin (ə) olduğu əqidədə olanlardır". Hədisin səhih olduğu haqqında etiraflar.Bir qrup əhli-sünnə alimi "Ümmətin parçalanması" hədisinin doğru olduğunu etiraf etmişlər:1. Tirmizi - "əl-Came əs-səhih". O deyir: "Həsən, səhih hədisdir".2. Hakim Nişapuri - "əl-Müstədrək əla əs-səhiheyn". O deyir: "Bu hədisə "üsul" hədis kitablarında çox rast gəlirik".3. Zəhəbi - "Təlxis əl-müstədrək".4. İbn Hibban - "əs-Səhih".5. Şatibi - "əl-İtisam".6. Süyuti - "əl-Came əs-səğir".7. Albani - "Silsilə əl-əhadis əs-səhihə".8. İbn Teymiyyə - "İqtiza əs-sirat əl-müstəqim" (c. 1, səh. 118).9. Təbərani - "əl-Möcəm əl-kəbir".10. Əllamə Mənavi - "Feyz əl-Qədir" (hədisin mütəvatir olduğunu bildirmişdir).11. Səffarini - "Ləvami əl-ənvar əl-bəhiyyə".

Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.