Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
3-“Nücum” (Ulduzlar) hədisi
İslam mənbələrində Peyğəmbərdən (s) nəql olunan və hər bir dövrdə Əhli-beytin müsəlmanlara rəhbər və hidayətçi olduğu göstərilən digər bir hədis “nücum” hədisidir. Bu hədisi Peyğəmbərin (s) bir çox səhabəsi (ən azı yeddi nəfər: imam Əli (ə), Cabir ibn Abdullah, Əbu Səid Xudri, Ənəs ibn Malik, Münkədir ibn Abdullah, Sələmə ibn Əkvə və İbn Abbas) nəql etmiş, əhli-sünnə hafizləri və mühəddislərinin onlarla kitabında qeyd edilmişdir. Burada onların bir qismini qısa şəkildə nəzərdən keçirəcəyik:
Hakim Nişapuri “Müstədrək” kitabında İbn Abbasdan İslam peyğəmbərinin (s) belə buyurduğunu nəql edir:
النُّجُومُ اَمانٌ لِاََهْلِ الْاَرْضِ مِنَ الْغَرْقِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُ مَّتِى مِنَ الْاِخْتِلافِ، فَاِذا خالَفَتْها قَبِيلَةٌ مِنَ الْعَرَبِ اِخْتَلَفُوا فَصارُوا حِزْبَ اِبْلِيسِ!
Ulduzlar yer əhli üçün əmin-amanlıq və dəryada (qərq olmaqdan) qurtuluşa səbəb olduğu kimi, mənim Əhli-beytim də ümmətim üçün ixtilaflarda əmin-amanlıq və nicat yeridir. Ərəb qəbilələrindən hansı biri onlara qarşı çıxsa, ümmətin arasında ixtilaf yaranar. Bilin ki, onlar (müxalifətçilik edənlər) şeytanın qoşunundandır!”
Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: “Bu hədisin sənədi səhih və düzgündür.”
Əllamə Həmzavi “Məşariqul-ənvar” kitabında “Hakim Nişapurinin səhih və düzgün hesab etdiyi rəvayətdə belə deyilmişdir!” söyləyərək yuxarıdkı hədisi olduğu kimi qeyd edir.
Bu hədisi İbn Həcər “Əs-səvaiqul-muhriqə”, Əllamə Əli Müttəqi “Müntəxəbu Kənzül-ümmal”, Bədəxşi “Miftahun-nicah”, Şeyx Məhəmməd Səbban Maliki “İsğafur-rağibin”, Əllamə Burhani “Əş-şərəful-muəyyəd” və “Cəvahirul-bihar” kitablarında nəql etmişlər.
Bu hədisi digər ravilər də Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər. Onların hədisləri şiə və sünnilərin məşhur kitablarında qələmə alınmışdır. (Əlbəttə, bu rəvayətlərin sözlərində azıcıq fərqlər gözə dəysə də, əsas məqsəd birdir.)
Məsələn, Sələmə ibn Əkvənin rəvayətində belə oxuyuruq: “Allahın Rəsulu buyurmuşdur:
النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُمَّتِى
“Ulduzlar səma əhlinin əmin-amanlıq və asudəliyinə, mənim Əhli-beytim isə ümmətimin əmin-amanlığına səbəbdir!”
Bu hədisi azacıq fərqlə Cabir ibn Abdullah Ənsari, eləcə də Münkədir, Əbu Səid Xidri və Ənəs ibn Malik Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər.
İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) nəql etdiyi başqa bir hədis isə belədir:
النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ فَاِذا ذَهَبَتِ النُّجُومُ ذَهَبَ اَهْلُ السَّماءِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاَهْلِ الْاَرْضِ فَاِذا ذَهَبَ اَهْلُ بَيْتِى ذَهَبَ اَهْلُ الْاَرْضِِ!
“Ulduzlar səma əhlinin asudəliyinə səbəbdir. Onlar ensə səma əhli də məhv olar. Mənim Əhli-beytim də yer əhlinin asudəliyini tə’min edir. Əgər Əhli-beytim olmasa, yer əhli də olmaz!”
Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba” kitabında Əhməd ibn Hənbəlin “Mənaqib” kitabından nəql etmişdir.Həmçinin digər kitablarda, o cümlədən, Həməvininin “Fəraidus-səmteyn”, İbn Həcərin “Əs-səvaiqul-muhriqə”, Məhəmməd Səbbanın “İsğafur-rağibin”, Xarəzminin “Məqtəlul-Hüseyn”, Nəbhaninin “Əşşərəful-muəyyəd” kitablarında da qeyd edilmişdir.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |