» » “İyza” (Əziyyət) ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “İyza” (Əziyyət) ayəsi
    0
    Müəllif: Huseynci Medine | 15-02-2017, 16:00 | Baxılıb: 1 228

    “İyza” (Əziyyət) ayəsi

    “Əhzab” surəsinin 57-ci ayəsində buyurulur:

    إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا

    “Həqiqətən, Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lə’nətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!”

    Mə’lum olduğu kimi, kimsə Allah-taalanın müqəddəs və pak zatına zərər yetirə bilməz. Demək, “Allaha əziyyət vermək” dedikdə təfsir alimlərinin qeyd etdikləri kimi Allahın qəzəbinə səbəb olan küfr və dinsizlik nəzərdə tutulur. Beləcə Peyğəmbəri (s) və mö’minləri incidən kəslərin cəzalanacağı xatırlanır və onları incidən kəs, şübhəsiz, Allahı incitmiş olur.

    Ayənin təfsirində əhli-sünnə və Əhli-beyt (ə) ardıcılları vasitəsilə nəql olunan rəvayətlərdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu oxuyuruq: “Ya Əli! Hər kəs səni incitsə, şübhəsiz, məni incitmişdir!”

    Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu: “Səni incidən kəs, şübhəsiz, məni incitmişdir!”

    Başqa bir hədisdə İbn Əbi Sələmə, Ümmü Sələmədən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu:

    اَنْتَ اَخِى وَ حَبِيبِى، مَنْ آذاكَ فَقَدْ آذانِى:

    “Sən mənim qardaşım və həbibimsən. Sənə əziyyət verən, şübhəsiz, mənə əziyyət vermişdir!”

    Sonra müəllif yazır: “Bu hədis Ömər, Sə’d ibn Əbi Vəqqas, Əbu Hüreyrə, İbn Abbas və Əbu Səid Xidri kimi səhabələrdən də nəql olunmuşdur.”

    Başqa bir hədisdə isə Əli ibn Əbi Talibdən (ə) belə nəql edilir: “Allahın Peyğəmbəri (s) öz tükündən tutub, mənə belə buyurdu:

    مَنْ آذى شَعْرَةً مِنْكَ فَقَدْ آذانِى ومَنْ آذانِى فَقَدْ آذَى اللهَ فَعَلَيْهِ لَعنَة الله:

    “Hər kəs sənin bir tükünü incitsə, məni incitmişdir. Hər kəs məni incitsə, şübhəsiz, Allahı incitmişdir. Hər kəs Allahı incitsə, ona Allahın lə’nəti olsun!”

    Qeyd edilən hədislərdə imam Əlini (ə) incitmək, Peyğəmbəri (s) incitmək sayılsa da, bu ayəyə istinad edilməmişdir. Halbuki bə’zi rəvayətlərdə bu istinadı açıq-aydın görmək olar. Məsələn, Hakim Nişapurinin “Müstədrəküs-səhiheyn” kitabında İbn Abbasdan nəql olunan səhih və mö’təbər hədisdə belə deyilir: “Şam əhlindən bir kişi Əlini (ə) söydükdə, İbn Abbas ona dedi: “Ey Allahın düşməni! Sən bu sözünlə Allahın Peyğəmbərini incitdin və ona əziyyət verdin. (Çünki Qur’ani-kərimdə buyurulur:) “Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lə’nətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!” Əgər Peyğəmbəri-əkrəm (s) sağ olsaydı, indi onu incitmiş olardın!”

    Zəhəbi bu hədisi “Təlxisul-müstədrək” kitabında nəql etmiş və onun doğru olduğunu vurğulamışdır.

    Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Abbasın bu ayəyə istinadən nəql etdiyi hədisi qeydə almışdır.

    Həmçinin “Müstədrəküs-səhiheyn” kitabında Əmr ibn Şasdan ətraflı bir hədis nəql olunmuşdur. Onun bir qismi belədir: “Mən Peyğəmbərin (s) məscidində Əlinin (ə) Yəmən səfərində mənimlə rəftarına görə gileyləndim. Bu söz Peyğəmbərə (s) çatdı. Sübh vaxtı Peyğəmbər (s) bir qrup səhabə ilə məscidə daxil olanda mənə qaş-qabaqla baxıb buyurdu: “Ey Əmr! Allaha and olsun ki, məni incitdin.” Mən dedim: “Ya Peyğəmbər (s)! Allaha pənah aparıram, bu nə sözdür?” Peyğəmbər (s) buyurdu:

    مَنْ آذى عَلِيّاً فَقَدْ آذانِى:

    “Əlini incidən məni incitmişdir!”

    Hakim Nişapuri bu hədisi nəql etdikdən sonra onun səhih və mö’təbər olduğunu yazır.

    “Təlxisu tarixid-Dəməşq” kitabının müəllifi də bu hədisi başqa hədislərlə yanaşı Cabir ibn Abdullah Ənsaridən, Sə’d ibn Əbi Vəqqasdan və Əmr ibn Şasdan nəql etmişdir.

     

    Bütün bunlar göstərir ki, Əliyə (ə) əziyyət vermək Peyğəmbərə (s) əziyyət verməklə eynidir. Əhli-sünnə alimlərinin düzgün saydıqları çox saylı hədislərə əsasən, Əli (ə) Peyğəmbərin (s) canı kimidir və ona məhəbbət eynilə Peyğəmbərə (s) məhəbbətdir, onu incitmək eynilə Peyğəmbəri (s) incitməkdir. Bundan sonra görəsən, İslam ümmətində imam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ən fəzilətli, imamət, vilayət və xilafət məqamına ən layiqli şəxs olmasına şübhə qalırmı?!

     

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.