Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
“Həl-əta” surəsinin Əhli-beyt (ə) barəsində nazil olması o qədər aydındır ki, bir çox məşhur şairlər öz şe’rlərində ona toxunmuşlar. O cümlədən, müxtəlif kitablarda nəql olunan “şafei məzhəbi”nin imam və rəhbəri Məhəmməd ibn İdris Şafeinin bu misraları məşhurdur:
İla mə, ila mə, və hətta məta?
Uatəbu fi hubbi hazəl-fəta!
Və həl zuvvicət Fatimu ğəyrəhu?
Və fi ğəyrihi “Həl-əta”, həl-əta?
“Nə vaxta, nə vaxta, nə vaxta qədər?
Ona olan sevgi danlaq gətirər?
Könül verərdimi Zəhra özgəyə?
Onunçün enmədi “həl-əta” məgər?”
Hicri qəməri tarixlə 6-cı əsr alimlərindən olan İbn Bitriq “Umdətu-üyuni sihahil-əxbar” kitabında Əbu İshaq Sə’ləbinin təfsir kitabından bir şe’r nəql edir ki, onun bir misrası belədir:
Ənə movla li-fəta,
Unzilə fihi “Həl-əta”!
“Mən o comərd şəxsin quluyam ki, “Həl-əta” surəsi onun haqqında nazil olmuşdur!”
Məhəmməd ibn Təlhə Şafei (7-ci əsr alimi) “Mətalibus-sual” kitabında Peyğəmbərin (s) Əhli-beyti (ə) barəsində belə bir şe’r söyləmişdir:
Humul-urvətul-vusqa li-mo’təsimin biha,
Mənaqibuhum caət bi-vəhiyin və inzali,
Mənaqibu fiş-Şura və surətu “Həl-əta”
Və fi surətil-“Əhzab”i yə’rifuhət-tali.
“Onlar sarılmaq istəyənlər üçün “ürvətül-vüsqa”dırlar (möhkəm dayaqlardır). Onların fəzilətləri Qur’an və vəhydə, “Şura” və “Həl-əta” surələrində qeyd edilmişdir. “Əhzab” surəsində gəlmişdir ki, (Qur’anı) tilavət edən hər kəs bunu yaxşı bilir.”
Əhli-beytin “Şura” surəsindəki fəzilətləri dedikdə, “qurba” ayəsi nəzərdə tutulur. “(Ya Peyğəmbər!) De ki, mən sizdən risalətim və peyğəmbərliyim müqabilində ən yaxın adamlarıma sevgidən başqa bir mükafat istəmirəm!”
“Əhzab” surəsindəki fəziləti isə “Təthir” ayəsi ilə bağlıdır: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir!”
Bu zəmində Əbul-Qarat ibn Rəzikin “Təlaye” kitabında daha çox şe’rlər nəql olunmuşdur.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |