Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Lüğət alimlərinin qeyd etdikləri kimi, “imam” sözü fe’ldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mə’naları ifadə edir. Məsələn, bə’zən “imam cümə”, ”imam camaat”, “hidayət imamı”, bə’zən də “zəlalət imamı” kimi müəyyən mə’nalar nəzərdə tutulur.
Bu söz əslində “niyyət etmək” mə’nasını daşıyan “əmm” sözündən götürülmüşdür. “Məqayisul-lüğət” kitabında yazılır: “Ümm” əsl, mərcə, camaat və din mə’nalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə “imam” deyilir. “İmam” sözü “ön” mə’nasında da işlədilmişdir.”
“Lisanul-ərəb” kitabında “imam” sözünün bir çox mə’naları qeyd edilmişdir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s.
Lakin belə nəzərə çarpır ki, “Ət-təhqiq” kitabının müəllifinin yazdığı kimi, bütün bu mə’naların batinində müəyyən məqsədlə niyyət etmək mə’nası var. Hətta ərəb dilində anaya “ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün “ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mə’nasında imam o kəslərə deyilir ki, camaat xüsusi meyl və məqsədlə onlara üz tutur.
Bunu da deməliyik ki, Qur’ani-kərimdə bu söz və onun cəm forması olan “əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilmişdir. Qur’ani-kərimin ayələrindən birində bu söz “lövhi-məhfuz” mə’nasında işlədilmişdir:
كُلَّ شَيْءٍ اَحْصَيْنَاهُ فِى إِمامٍ مُبِينٍ
“Hər bir şeyi aşkar imamda – (lövhi-məhfuzda) sayıb hesabladıq!”
Başqa bir ayədə bu söz yol mə’nasında işlədilir:
وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
“Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!”
Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir.
Qur’anın başqa iki ayəsində bu sözlə yəhudi qövmünə örnək və qabaqcıl şəriət olan Tövrata işarə edilir və buyurulur:
وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً
“Bundan qabaq Musanın kitabı onlara rəhbər və rəhmət idi.”
Bu söz beş ayədə ilahi və saleh rəhbərlərə aid edilmişdir. O cümlədən:
قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا
“Allah İbrahimə buyurdu: “Mən səni insanlara imam tə’yin etdim!”
Başqa bir ayədə bir qrup peyğəmbərlər haqda buyurulur:
وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا
“Biz onları öz əmrimizlə (camaatı ) doğru yola yönəldən imamlar və qabaqcıllar tə’yin etdik!”
Ümumi mə’nada bu məfhum “Furqan” surəsinin 74-cü, “Qəsəs” surəsinin 5-ci və “Səcdə” surəsinin 24-cü ayələrində də müşahidə olunur.
Başqa bir ayədə isə küfr və zəlalət rəhbərləri nəzərdə tutulur. Ayədə buyurulur:
فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ
“Belə isə küfr rəhbərləri ilə döyüşün!”
Digər bir ayədə geniş mə’nada həm hidayət, həm də zəlalət rəhbərlərinə işarə olunur və buyurulur:
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
“O gün (qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq!”
Ümumiyyətlə, Qur’ani-kərimdə “imam” sözü müxtəlif mə’nalarda on iki dəfə işlədilmişdir.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |