» » Məhdəviyyətlə bağlı yekdil fikirlər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məhdəviyyətlə bağlı yekdil fikirlər
    0
    Müəllif: Yusifi Zehra | 18-07-2015, 13:00 | Baxılıb: 1 148
     
     
    Məhdəviyyətlə bağlı yekdil fikirlər

    Sual: 103. İslam məzhəbləri imamın (ə) zühurunu prinsipcə yekdil qəbul edirlərmi?
    Cavab: Prinsipcə bütün İslam məzhəbləri peyğəmbər nəslindən olan həzrət Mehdinin (ə) zühur məsələsini qəbul edirlər. Hamı inanır ki, dünyanın axırlarında yer üzünü zülm-sitəm bürüdükdən sonra Mehdi (ə) adlı bir şəxs zühur edib ədaləti bərpa edəcək.
    a) Şiə alimlərindən - Şəhid Sədr deyir: "Həqiqətən, dünyanın ümumdünyəviləşdirilməsi istiqamətində həzrət Mehdinin (ə) zühuruna etiqad peyğəmbər hədislərində ümumi, əhli-beyt (ə) rəvayətlərində xüsusi şəkildə bəyan olunmuşdur. Bu məsələyə o qədər böyük diqqət ayrılır ki, heç bir şəkk-şübhəyə yer qalmır...”("Bəhsun hоvlәl-Məhdi (ə)”, s. 103, 104.)
    Şeyx Məhəmməd Riza Müzəffər deyir: "Dünyanın axırlarında Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühur məsələsi və yer üzü zülmə büründükdən sonra onda ədalətin hakim olması peyğəmbərdən mütəvatir (yetərli) şəkildə nəql olunmuşdur və rəvayət kitablarında yer tutmuş məsələlərdəndir.”(Əqaidul-imamiyyə”, s. 77.)
    b) Sünni alimlərindən – Nasirəddin Əlbani deyir: "Bilmək lazımdır ki, Mehdi (ə) və onun zühur məsələsi haqqında bir çox etibarlı hədislər nəql olunmuşdur.”("Ət-təməddunul-islami”, hicri 1371-ci il.)
    Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: "Həqiqətən, həzrət Mehdi (ə) haqqında hədislər sünnə əhli kitablarında o qədərdir ki, bu məsələyə şübhə etmək çətin olur. Mənbələrdən xəbərsiz, elm əhlinin dedikləri ilə tanış olmayan cahil və höcətkeş insanlar bu məsələyə şübhə edə bilər...”("Camətu-İslamiyyə”, 3-cü say.)
    Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz deyir: "Mehdi (ə) mövzusu aşkar bir mövzudur və bu mövzudakı hədislər bəlkə də mütəvatir həddədir. Elm əhli bu hədislərin təvatir həddə çatdığını bildirir...”(Həmin mənbə.)
    Sual: 104. Bütün İslam məzhəbləri həzrət Mehdinin (ə) zühuruna etiqadı vacib sayırmı?
    Cavab: Bütün məzhəblərdə belə bir etiqad var ki, dünyanın axırlarında həzrət Mehdinin (ə) zühuru qeybi məsələlərdəndir və bu məsələyə etiqad etmək lazımdır.
    a) Şiə alimlərindən – Şeyx Səduq deyir: "Həzrətin halından xəbərsiz ona iman gətirmək düzgün deyil. Yalnız həzrətin qeyb dövründə şənindən xəbərdar olmaqla belə bir etiqaddan faydalanmaq olar.”("Kəmalud-din”, c.1, s. 19.)
    b) Sünni alimlərindən – Nasirəddin Əlbani yazır: "Həqiqətən, həzrət Mehdinin (ə) zühuruna əqidə sabit bir əqidədir və peyğəmbərdən etibarlı vasitələrlə nəql olunmuşdur. Ona görə də bu həqiqətə iman vacibdir. Quranda qeybə iman pəhrizkarların xüsusiyyəti kimi tanıtdırılır. Mehdinin (ə) zühuruna inam da qeybi işlərdəndir...”("Təməddune-İslami”, Dəməşq çapı.)
    Əbdül Möhsün ibn Həmdül-İbad yazır: "Məhdəviyyətin təsdiqi və ona iman İslam Peyğəmbərinin (s) risalətinə imandandır. Çünki peyğəmbərin təsdiq etdiyi mövzulara iman da peyğəmbərə iman sayılır. Bu əslində qeybə imandır və Allah-tәala möminləri qeybə inandıqlarına görə mədh etmişdir...”("Əl-cəmaətul-İslamiyyə”, Hicaz çapı)
    Sual: 105. Həzrət Mehdinin (ə) hökumətinin əhatəsi ilə bağlı məzhəblərin mövqeyi necədir?
    Cavab: Həzrət Mehdinin (ə) hökumətinin əhatəli olmasına etiqad Məhdəviyyətə etiqaddandır.
    Allah-tәala buyurur: "Allah sizlərdən iman gətirib saleh iş görənlərə yer üzündə xilafət vəd etmişdir.("Nur” 55.)
    Əhməd ibn Hənbəl həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "Yer üzü zülm-sitəmlə dolar. Həmin vaxt nəslimdən olan bir şəxs zühur edər, 7-9 gün ərzində bütün yer üzünə sahib olar. Həmin vaxt bütün yer üzündə ədalət bərpa edilər.”
    İmam Baqir (ə) buyurmuşdur: "İmam Qaim (ə) Mehdi (ə) 309 il yer üzündə hakim olar. Kəhf əhli də mağarada bu qədər qalmışdı. Həzrət yer üzü zülmə büründükdən sonra ədaləti bərpa edər. Allah onun üçün dünyanın şərqini və qərbini fəth edəcək...”(Bihar”, c. 52, s. 390.)
    Sual: 106. Xilaskarın ləqəbi haqqında məzhəblər nə deyir?
    Cavab: Şiə və sünnilər tərəfindən nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə məlum olur ki, xilaskarın ləqəbinin Mehdi (ə) olduğunu hamı yekdil şəkildə qəbul edir.
    Hakim Nişapuri ibn Səid Xidriyə istinad edərək həzrət Peyğəmbərin (s) dilindən deyir: "Mehdi biz əhli-beytdəndir”.(Müstədrək”, c. 4, s. 557.)
    Həzrət peyğəmbər buyurmuşdur: "Həzrət Mehdi (ə) başının üzərində bulud dayanmış halda zühur edər. Bulud arasında bir kəs nida edər: "Bu Allahın xəlifəsi Mehdidir (ə), ona itaət edin.”(Bihar”, c. 51, s. 81)
    Sual: 107. Həzrət Mehdi (ə) kimin nəslindəndir?
    Cavab: Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət Mehdi (ə) Peyğəmbər (s) ailəsindəndir. Səd ibn Müsəyyib deyir: "Ümmü-Sələmənin yanında idim. Həzrət Mehdidən (ə) söhbət düşdü. Ümmü-Sələmə dedi: "Həzrət Peyğəmbərdən (s) belə eşitdim: "Mehdi (ə) Fatimə (s) övladlarındandır.”("Sünəni ibn Macə”, c. 2, s. 1364)
    Əbu-Səid Xidri deyir: "Həzrət peyğəmbərdən (s) eşitdim: "Yer üzünü zülm-sitəm bürüməmiş qiyamət qopmaz. Sonra ailəmdən olan bir şəxs qiyam qaldırar və yer üzündə ədaləti bərpa edər.”("Müsnəde-Əhməd”, c. 3, s. 36.)
    İmam Baqir (ə) buyurmuşdur: "Mehdi (ə) Fatimə övladlarındandır.”("Bihar”, c. 51, s. 43.)
    Sual: 108. Həzrət İsanın göydən enməsi ilə bağlı İslam məzhəblərinin mövqeyi nədir?
    Cavab: Müxtəlif rəvayətlərdə bildirilir ki, həzrət Mehdi (ə) zühur edən zaman həzrət İsa səmadan enib namazda ona iqtida edəcək.
    Buxari Əbu-Hüreyrəyə istinadən Peyğəmbərin (s) dilindən belə nəql edir: "Özünüzdən olan şəxs sizə imam ikən Məryəm övladı enəndə halınız necə olar?!”("Səhihe-Buxari”, c. 4, s. 143.)
    İmam Baqir (ə) buyurmuşdur: "Yer onun üçün fırlanacaq, xəzinələr ona açılacaq, hakimiyyəti şərq və qərbi bürüyəcək. Allah-tәala müşriklər ikrah duysa da, onun vasitəsi ilə Öz dinini aşkarlayacaq. Həmin vaxt yer üzü bütünlüklə abad olar, Məryəm oğlu İsa Ruhullah enib Mehdinin (ə) arxasında namaza durar.”("Bihar”, c. 52, s. 91.)
    Sual: 109. Həzrət Mehdinin (ə) zühuru üçün nə vaxt şərait yaranacaq?
    Cavab: Bütün İslam ümməti yekdil olaraq bu fikirdədir ki, Allah-tәala həzrət Mehdinin (ə) zühurunu bir gecədə müəyyənləşdirib imzalayar.
    Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Mehdi (ə) biz əhli-beytdəndir. Allah onun zühurunu bir gecədə həyata keçirəcək.”(Müsnəde-Əhməd”, c. 1, s. 84.)
    Şeyx Səduq imam Hüseynin (ə) dilindən nəql edir: "Mənim övladlarımdan olan şəxsin qiyamında həzrət Yusifdən, həzrət Musadan bir sünnə var və o, biz əhli-beytin canişinidir. Allah-tәala onun zühurunu bir gecədə həyata keçirər.”("Kəmalud-din”, c. 1, s. 317.)
    Sual: 110. Həzrət Mehdinin (ə) ümumdünya ədalət hökuməti haqqında İslam məzhəblərinin mövqeyi nədir?
    Cavab: İstər şiə, istər sünni mənbələrində nəql olunmuş bir çox hədislərdən məlum olur ki, yer üzü zülm-sitəmə qərq olduqdan sonra həzrət Mehdi (ə) zühur edib yer üzündə ədaləti bərpa edəcək.
    Əbu-Səid Xidri həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Yer üzü zülm-sitəmə qərq olmamış qiyamət qopmaz. Həmin vaxt əhli-beytimdən bir şəxs zühur edib yer üzündə ədaləti bərpa edər.(Müsnədə-Əhməd”, c. 3, s. 36)
    Şeyx Tusi imam Sadiqin (ə) dilindən belə nəql edir: "Bizim Qaim (ə) (Mehdi (ə)) zühur edər. (Həzrət Əli (ə) ilə Musa ibn Cəfərə işarə edərək buyurdu) O bu şəxsin nəslindəndir. Yer üzü zülm-sitəmlə dolduqdan sonra o, ədaləti bərpa edər”.("Əl-ğeybət”, s. 42.)
     

    Kitabın adı: 500-sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
    Müəllif: Əliəsğər Rizvani
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.