» » Məhərrəmlikdə Novruz


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Məhərrəmlikdə Novruz
+5
Müəllif: Fatimə Nuri Xuda | 30-10-2016, 17:00 | Baxılıb: 1 460

 

 

Məhərrəmlikdə Novruz

 

Təxminən hər otuz iki ildən bir istisnai və əlamətdar günlər olur. Həmin günlərdən biri də novruz bayramının məhərrəmlik ayına düşməsidir. Bu günün əlamətdar olması ona görədir ki, hicri şəmsi ili yeni illə əvəz olunur. İstisnai olması isə Məhərrəm ayının bu günlərlə üst-üstə düşməsidir. Ona görə də bu barədə iki mətləbi əziz möminlərin nəzərinə çatdırıram.

Bir mətləb novruz barəsində, bir mətləb isə məhərrəmlik və İmam Hüseyn əleyhis-salamın barəsindədir. Bəhsimizin sonunda bu iki mətləbdən bir nəticə alacağıq.

 

Novruz

 

Novruz barədə sözü belə başlayaq. İslamdan əvvəl xalqın, millətin və hər tayfanın özünəməxsus mərasimləri, adət-ənənələri, mədəniyyətləri və ədəb ərkanları var idi ki, onlara uyğun hərəkət edirdilər. O adət-ənələrin bəzisi yaxşı bəziləri isə pis adətlər idi. İslam dini zühur edəndən sonra camaatın və tayfaların arasında olan bu adət-ənənələri nəzərdən keçirərək onların yaxşılarını təsdiq edib bəyəndi, pislərini isə qadağan və haram etdi. İslamın öz hökmlərindən əlavə insanlar arasında bulə adət-ənənələr mövcud idi. Misal üçün onların hərəsindən birini nəzərnizə çatdırıram.

İslamdan əvvəl ərəblərin içində belə bir adət vardı ki, dörd ayda müharibə etməyi dayandırardılar. O aylardan biri Rəcəb, biri zil-qədə, biri zil-hiccə, biri də məhərrəm ayı idi. Bu dörd ayda heç kəsin müharibəyə əl atmağa, birinə təcavüz etməyə və müharibəyə davam etməyə ixtiyarı yox idi. Bu camaatın öz qanunu və adət-ənənəsi idi. İslam dini sülhtələb və müharibə etməklə əsasən müxalif olduğundan baxıb gördü ki, bu adət-ənənə çox gözəl bir əməldir. Buna görə də camaatın bu adət-ənənəsini təsdiq edib bəyəndi. İndinin özündə İslam aləmində də rəcəb, zid-qədə, zil-hiccə və məhərrəm aylarında müharibə etmək mütləq haram və qadağan olunmuşdur.

Bu ərəblərin yaxşı adət-ənələrindən biri idi ki, İslam dini zühur edəndən sonra onların bu adət-ənənələrini bəyənib təsdiq etdi. Lakin camaatın içində bir sıra çox pis əməllər də var idi. O cümlədən hər kimin qız övladı dünyayka gəlsəydi, özünü alnı kölgəli və başı aşağı hiss edirdi. Ona görə də qız uşağı dünyaya gələn kimi atası onu aparıb çöllükdə yeri qazıb diri diri torpağa bastırardı. İslam dini gördü ki, onların bu adətləri çox pis adətdir. Ona görə də onların bu əməlləri ilə müxalifətçilik etdi və bu adət ənənəni bəynmədi. Allah-təala onların bu haqsız əməllərinə görə Təkvir surəsinin 9-cu ayəsini nazil etdi.

بِأَيِّ ذَنبٍ قُتِلَتْ

Hansı günaha görə (bu uşaqlar) öldürülürlər.

Belə bir vəziyyətdə, hər kəsin qız oşağı olarkən özünü başı aşağı təsəvvür etdiyi bir halda Allah-təala Həzrət Peyğəmbərə qız övladı, kövsəri verdi. O Həzrətə vrdiyi iki oğlan uşağını aldı və əvəzində Zəhranı(s.ə) ona bəxş etdi. Camaatın içində görürdülər ki, Həzrət Peyğəmbər(s) öz qızına o qədər hörmət edir ki, indiyə qədər heç bir ata hətta oğlan övladına bu qədər hörmət etməyib. Harda görsəydilər ki, Peyğəmbər(s) əyləşib və Zəhra içəri daxil olanda o Həzrət qızının ayağına qalxar, gəlib onunla görüşər və əllərindən öpərdi. Hansı ata öz qızının əllərindən öpürdü? Həzrət Peyğəmbər(s) belə bir hərəkəti ilə bütün dünyaya sübut etdi ki, övlad müqəddəsdir istər qız olsun, istərsə də oğlan.

İslamda belə bir baxım var idi. Zühur edəndən sonra bütün millətlərin içində olan adət-ənənələrə baxıb öz nəzərini bildirərdi. Hansı adət-ənənə müsbət olsaydı onu qəbul və təsdiq edər, hansı hərəkət mənfi olsaydı onunla müxalif olardı.

Bu sözləri qeyd etməkdən məqsədim budur ki, novruz da İslamdan əvvəl camaat arasında olan bir adət-ənənə idi. İslam dini zühur edəndən sonra bu adət-ənənəyə baxdı və öz onun barəsində nəzərini bildirdi. İslam dini gördü ki, bu bayramın içində həm müsbət hərəkətlər, həm də mənfi hərəkətlər vardır. Onun müsbət hərəkətlərini bəyəndi, mənfi hərəkətlərini isə təsdiq etmədi.

Tarixə diqqət yetirəndə görürük ki, novruz çox qədimi bir adət-ənənədir. Novruz əslində farsların adət ənənələri olmuşdu. İslam dini zühur edəndən sonra onun barəsində öz nəzərini bildirdi və bir sıra xüsusi əməlləri də ona artırdı.

Novruz barədə olan məruf bir hədisi nəzərnizə çatdırıram.

Müəlla İmam Sadiqin(ə) səhabələrindən biri idi. O belə deyir:

دَخَلْتُ عَلَى الصَّادِقُ عَلَيْهِ السَّلام يَوْمَ النِّيرُوز. قَالَ(ع): اَتَعْرِفُ هَذاالْيَوم؟ قُلْتُ جُعِلْتُ فِداكَ هَذا الْيَوْم تُعَظِّمُهُ الْعَجَم وَ تَتَهَذا فِيهِ. قَالَ(ع): وَالْبَيْتِ الَّذِى بِمَكَّةِ مَا هَذا اِلاّ لِأَمْرٍ قَدِيمٍ اُفَسِّرُ لَكَ حَتَّى تَفْعَمَهُ.

يَا مُعَلَّى, إِنَّ هَذا الْيَوْم النِّيرُوز هُوَ الْيَومُ الَّذِى اَخَذَهُ الله فِيهِ مَواسِقَ الْعِبَاد اَنْ يَعْبُدُوهُ وَ لا يُشْرِك بِهِ شَيْئً وَ اَنْ يُؤْمِنُ بِرُسُولِهِ وَ حُجَجَهِ وَ لِيُؤْمِنُ بِالْأَئِمَّةِ وَ هُوَ اَوَّلُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْس وَ مَا مِنْ يَوْمٍ نِّيرُوز اِلاّ وَ نَحْنُ نَتَوَقَّعُ فِيهِ الْفَرَج لِأَنَّهُ مِنْ اَيَّامِنَا وَ اَيَّامِ شِعَتِنَا وَ لكِن حَفَظَهُ الْعَجَمْ وَ زَيَّعْتُمُوهُ اَنْتُمْ وَ هُوَ اَوَّلُ يَوْمٍ مِنْ سَنَةِ الْفُرُوس.

Novruz bayramı İmam Sadiqin(ə) hüzuruna getmişdim. O həzrət mənə baxıb buyurdu? Sən bilirsənmi bu gün necə bir gündür? Dedim: Bəli ağa. Bu gün elə bir gündür ki, əcəmlər1 bu günü çox əzəmətlə qeyd edər və bir-birlərinə hədiyyə apararlar.

İmam Sadiq(ə) buyurdu: And olsun Məkkədə olan müqəddəs evə ki, bu qədimi bir gündür. İstəyirsənmi sənə novruz barəsində təfsilat verim, bunun necə bir gün olmasını biləsən?

Ey Müəlla, həqiqətən novruz elə bir gündür ki, Allah-təala bəndələri yaratmamışdan öncə onlardan söz almışdır.

Qeyd: İnsanlar hələ dünyaya gəlməmişdən öncə Allah-təala onlardan söz almışdı. Quranda bu məsələyə işarə olunmuşdur. Allah-təala belə buyurur:

وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنفُسِهِمْ أَلَسْتَ بِرَبِّكُمْ قَالُواْ بَلَى

(Ey Peyğəmbər!) Xatırlat ki, bir zaman Rəbbin Adəm övladlarını bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” soruşmuş, onlarda “Bəli Rəbbimizsən” deyə cavab vermişlər.1

Allah-təala bütün insanlardan bu sözü aldıqdan sonra yaratmışdır. Amma insanlar dünyaya gəldikdən sonra, dünyanın abu-havası onlara dəydikdə, dünyanın nemətlərini gördükdə, Allaha verdiyi vədələri yadlarından çıxdı.

İmam Sadiq(ə) Müəllaya bildirdi ki, Allahın insanlardan vədə və söz aldığı həmin gün novruz günü olmuşdur.

Sonra Həzrət buyurdu: Allah-təala insanlardan söz aldı ki, yalnız Ona ibadət etsinlər və Heç bir şeyi Allaha şərik qoşmasınlar. Onun göndərdiyi peyğəmbərlərə iman gətirsinlər və Onun yer üzündə höccətlərinə və imamlara itaət etsinlər.

Ey Müəlla, novruz elə bir gündür ki, günəş ilk dəfə işığını bu gündə yerə salmışdı. Bizim axırıncı övladımız İmam Zamanın(ə.c) zühuru güman var ki, bu novruz günündə olacaq. Buna görə də novuz bizim və şiələrimizin günüdür. Lakin bu novruzu əcəmlər diri saxladılar siz isə yaddan çıxartdınız. Bir də ki, novruz farsların illərinin əvvəl günüdür.

İmam Sadiqin(ə) bu hədisindən və buna oxşar hədislərdən bu mətləbi əldə edirik ki, İslamdan əvvəl novruz bayramı var idi. Lakin bu novruz bütpərəstlərin əlində idi. Novruzun içində yaxşı hərəkətlər çox idi. Lakin pis hərəkətləri də var idi. İslam zühur edəndən sonra bu ənənənin əsli və kökü ilə müxalifət etmədi və onun müsbət hərəkətlərini təsdiq edərək bir sıra hökmləri ona əlavə etməklə novruza mənəvi və ilahi rəng verdi. İslamın novruza əlavə etdiyi mənəvi əməllərdən bir neçəsini nəzərnizə çatdırıram.

 

Kitabın adı: İmam Hüseyn (ə) məktəbi 

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.