» » Novruza haram deyənlərə bel sındıran cavab. (Araşdırma)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Novruza haram deyənlərə bel sındıran cavab. (Araşdırma)
0
Müəllif: Admin | 20-03-2018, 09:30 | Baxılıb: 2 018
Novruza haram deyənlərə bel sındıran cavab. (Araşdırma)


Novruz bayramın müxtəlif müxalifləri vardır. Bu müxaliflərin bir qismi din adına danışan və Novruzla din arasında bir uçurum yaratmaq fikrində olanlardır. Sanki, Novruz atəşpərəstlərdən gəlmiş bir şeydir. Əlbəttə bu iddia, istər tarix istərsə də atəşpərəstlərin ayinləri baxımından qəbul edilməzdir. Biz bu araşdırmada Novruza müxalif olanların ən çox istinad etdikləri bir hədisi araşdıracağıq. İlk öncə hədisin özü ilə tanış olaq. 


Musa bin İsmail, Həmmad bin Həmiddən o da Ənəs bin Malikdən rəvayət edir: “Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman mədinəlilərin oynayıb əyləndikləri iki gün var idi. Rəsulullah (s) bunları görəndə “Bu iki günün mahiyyəti nədir?” deyə soruşdu. Mədinəlilər dedilər ki, biz cahillik dövründə bu iki gündə oyunlar oynayardıq. Bunun cavabında peyğəmbər (s) buyurdu: “Allah o iki günün əvəzində daha xeyirli iki gün vermişdir. Bunlar Qurban və Ramazan bayramlarıdır.” (Mənbələr: Məhəmməd Şəmsul-Haqq əl-Azimabadi, “Əvnul məbud fi şərhi sünən Əbu Davud”; Əbu Davud; hadis: 1134. Nəsai; hədis: 1556. Əlbani də; "Silsilətul-Əhadisis-Səhihə"; hədis no: 2021- də hədisin sahih olduğunu demişdir.)
Bütün mənbələrdə hədisin ravi və mətnləri əsasən eynidir. Bəzi mənbələrdə bu hədisə müxtəlif sözlər artırılmış yaxud ixtisar edilmişdir. Bunu araşdırma əsnasında görəcəksiniz.
Bu hədisi gəldiyi mənbələrdən biri də Əbu Davud hədis kitabdır. Bu kitaba 7 şərh yazılmışdır. O şərhlərdən biri də Məhəmməd Şəmsul-Haqq əl-Azimabadi, “Ğayətul-məqsud fi şərh Sünən Əbi Davud”.dur. Bu müəllif Əbu Davudu şərh edən ən tanınmış və məşhur simalarındandır. Bu kitabda o haqqında danışacağımız hədisi şərh etmişdir. O yazır: “Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət zamanı Mədinəlilər iki günü əməli qeyd edirdilər. Biri Novruz, digəri isə Mehrigan idi. Qamusda gəlmişdir ki, Novruz ilin ilk günüdür və bu məşhur gün Novruz günüdür ki, şəmsi ilin başlanğıcı hesab olunur.”
Daha sonra bir fətva qeyd edir ki, bu fətva Əbu Həfs Kəbirə məxsusdur. Bu fətvanı da araşdıracağıq. Fətvada deyilir: “İslam bu iki bayramı daha xeyirli iki bayramla əvəz etmişdir. Bu iki gündə şadlıq və sevinc caiz deyildir. Hər kim bu gündə bir müşrikə təzim, yaxud təbliğ baxımından bir yumurta belə versə Allah onun əməlini zay edər və o, bu əməli ilə Allaha küfr etmişdir.”


Hədisin araşdırılması.
Hədis ravisinin zəifliyi: - Hədisin ravilərinə nəzər salsaq, bu raviləri görərik; Musa, Həmmad, Həmid və Ənəs bin Malik. Hədisin nəql edən ravilərdən Həmid barədə hədis alimləri və mütəxəsisləri bir neçə məsələ qeyd etmişlər ki, bu da hədisin səhihliyini aradan aparır.
1. Böyük mühəddis və alimlər hədisi araşdırarkən hədis ravisi olan Həmidi “mudəllis” adlandırıblar.Bu söz ərəbcə tədlis, bu işi görən şəxs isə “mudəllis” adlanır. Mudəllis ərəbcə dəlləsə felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu söz, kələkbaz, moşşennik, fırıldaqçı kimi mənaları əhatə edir.
Tədlis üç cürdür: 
- Tədlis əl-isnad: “Bir ravinin digər bir ravidən eşitmədiyi rəvayəti elə bir formada rəvayət etməsidir ki, həm eşitməsi və həm də eşitməməsi ehtimal edilir.”
- Tədlis ət-təsviyə: “Bu, “mudəllis” ravinin öz şeyxindən “eşitdim” deməklə hədis rəvayət etməsidir ki, o, isnadın tərkibində olan, bir-biri ilə rastlaşmış iki etibarlı ravinin arasında ( hədisi birindən eşidib digərinə çatdırmaqda vasitə) olan etibarsız ravinin adını vurğulamır və onlardan birincisi “mudəllis” deyildir. Odur ki, “mudəllis” ravi (şeyxindən eşitdiyi hədisin isnadını sadaladıqda) elə bir ləfz gətirir ki, o iki etibarlı ravinin birinin digərindən həmin hədisi eşitməsi ehtimal edilir və beləliklə də isnadın tərkibi yalnız etibarlı ravilərdən ibarət olur.” 
- Tədlis əş-şuyux: “Bir ravinin digərindən eşitdiyi hədisi rəvayət etməsidir ki, həmin ravi öz şeyxinin tanınmaması üçün onu ya məşhur olmadığı adı ilə, ya künyəsi ilə, ya nəsəbi ilə, ya da xassəsi ilə qeyd edir.”
İbn Həcər əl-Əsqalani (Səhih əl-Buxarinin şərhi olan “Fəthul-Bəri” adlı irihəcmli, məşhur əsərin müəllifidir) bu hədis rəvayət edən hədis ravisi Həmid barədə deyir: “Ənəsdən qeyd etdiyi hədisin bir qismi tədlis – yalandır.”
İbn Həcər “Təbəqatul-Mudəllisin” əsərində Həmidin bu işdə həddini aşdığını və bir çox hədisləri bu cür doğru olmayan şəkildə rəvayət edərək kələkbazlıq etdiyini yazır. İbn Həcər sözünün sonunda onun ədalətli şəxs olmadığını qeyd edərək, onu ədalətsizlik sifətini də qeyd edir. 
Deməli hədis elminə əsasən bu hədisi rəvayət edən şəxs, ədalətsiz və insanları aldadan bir fırıldaqçıdır. Belə şəxslərin dediyi də etibarsızdır.


2. Hədisdə “Novruz və Mehrigan” sözlərinin olmaması: -Bu hədisdə Novruz və Merigan sözü keçməmişdir. Bunu Əbu Davuda şərh yazan Məhəmməd Şəmsul-Haqq əl-Azimabadi də təsdiq edir və bu əlavə olunmuş sözlərin daha sonrakı zamanlarda hədisə əlavə olunduğunu qeyd edir. Bəzi mənbələr bu əlavələrin Molla Əli Qari ilə əlaqələndirirlər. Halbuki, Molla Əli Qarinin rəvayət etdiyi digər hədisdən Novruzun caizliyi başa düşülür. Hər halda sual yaranır ki, məgər bir hədislə (bir halda ki, ravisi də yalançıdır) nəyisə halal ya haram etmək olarmı? Belə zəif hədisdən İslam ümməti üçün hansısa əmr və qadağaları hökm şəklində çıxarıb demək olarmı? 


3. Tək ravidən rəvayət olan hədisdən hökm sadir olmaz: - Fərz edək ki, o hədisdə Novruz və Mehrigandan söz açılıb. Amma biz yenə də növbəti bir problemlə qarşılaşırıq. Bu hədisin ravilərində problem olduğunu müşahidə etdik. Bu kimi rəvayətlər hədis elmində (Səhih hədisdən bir qədər aşağı dərəcədə duran hədisə "həsən" (yaxşı) deyilir. Həsən hədisin də ravisi (rəvayətçisi) ədalətli, mömin və doğrucul olmalıdır. Lakin həsən hədisin sənədindəki ravi hədisçilik sahəsində bəzi nöqsanlara sahib ola bilər (məsələn, hafizəsi güclü deyil, hədisi düzgün rəvayət edib-etmədiyi barədə özünün şübhəsi var və s). Qeyd edək ki, "Həsən hədis" terminini ilk dəfə "Sünən" müəllifi Tirmizi tətbiq etmişdir. Ona qədər hədisləri səhih və zəif olmaqla iki qismə bölür, zəif hədisləri də mətruk (rədd olunan) və qeyri-mətruk (rədd olunmayan) olmaqla iki növə ayırırdılar. Tirmizi qeyri-mətruk zəif hədisləri həsən adlandırdı. Bəzi mənbələr də aşkar olaraq bunu xəbəri vahid adlandırır. Hər halda sözü uzatmadan əsl mətləbi qeyd edək. Bu hədisin ravisi hədis elmində kələkbaz və fırıldaqçıdır. Quran bizə bu mövzuda yol göstərərək buyurur: “Ey insanlar! Sizə fasiq (yoldan çıxmış) bir adam bir xəbər gətirsə, onun doğruluğunu araşdırın. Yoxsa bilməyərək bir cəmiyyətə qarşı pislik etsəniz, sonra da etdiyinizdən peşman olarsınız.” (Hucurat 6)
Deməli bizim vəzifəmiz hər hədisə inanmaq deyil, onu araşdırıb daha sonra qəbul etməkdir. Bu kimi hədislərdən təkrar deməliyik ki, hökm sadir etmək olmaz. 


4. Burada daha bir mühüm məsələ budur ki, hədisdə istinad edilən Ənəs bin Malik peyğəmbər (s) Mədinəyə gəldiyində 10 yaşlı kiçik uşaq idi. Haqlı olaraq bir sual meydana çıxır ki, necə olur ki, orada olan heç bir səhabə bu hadisəni müşahidə etmədi yalnız 10 yaşlı bir uşaq bunu eşitdi və rəvayət etdi? Peyğəmbərin ətrafında ona illərlə xidmət edən böyük və hörmətli səhabələr, o zamanın hədis nəql edənləri heç kəs camaatın arasında olan bu sözü duymadı? Bu hal hədisi sual altna aparır.Çünki, peyğəmbərin (s) ətrafına cəm olan səhabələr xüsusən şəriətlə bağlı halal və haram mövzusunda, peyğəmbəri (s) çox diqqətlə dinləyir və o hədisləri digərlərinə çatdırırdılar. Necə olur ki, “Novruz” haram olunur amma hamı bu sözə biganə yanaşır? Bu qeyri mümkündür. Digər cəhətdən heç bir tarixi mənbə iddia edə bilmir ki, peyğəmbər (s) hansısa xalqın dinə zidd olmayan adətini assimlasiyaya məruz qoysun. İslam dini gözəl adətləri həmişə bəyənib və ona qadağa qoymayıb. İslam dini yalnız bayramlarla mübarizə aparmaq üçün gəlib? 
5. Necə olur ki, Ənəs bin Malik Novruz günü oruc tutmağı məkruh, amma Novruzu haram hesab edir. Eyni hədis Əhməd bin Hənbəlin müsnədində və həmçinin “İqtizau-Siratul-Mustəqim” kitabında sözü gedən hədis zikr olunur. Din insanların həyat tərzindəki dinlə zidd olmayan adətləri heç vaxt qadağan etməyib. Əksinə onları qoruyub saxlayıb. Buna Qurandan da dəlil gətirmək çox da çətin bir məsələ deyil. Əgər belə olsaydı dinimiz bir sıra məsələlərə (məsələn, həcc ayinlərinə) gərək ciddi dəyişiklik edəydi. Amma biz bunu müşahidə etmirik.


6. Bir şeyin digərindən üstünlüyü ya xeyirli olması digərlərinin haram olması anlamına gəlməz.
Hədisin mətnində olan sözlərdən birinə diqqət edək. “Allah o iki günün əvəzində daha xeyirli iki gün vermişdir. Bunlar Qurban və Ramazan bayramlarıdır.” Gəlin bu hədisi Quranla izah edək. 


“Və ( yadınıza salın) o zaman(ı) ki, dediniz: “Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın.” Musa dedi: Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz...” (Bəqərə 61)


Bəni İsrail halva və bildirçin ətini göyərti, xiyar, sarımsaq, mərcimək və soğana tərcih etdilər. Onların bu işi qınanılsa da ayədə adları keçən yeməklərin (göyərti, xiyar, sarımsaq, mərcimək və soğan) onlara haram olmasını heç bir müfəssir və alim qeyd etmir və olmadıda. Sadəcə onların bu işləri yad edilir. Peyğəmbərin (s) dilindən deyilən hədisidə bu Quran ayəsindən çıxarış edib deyə bilərik ki, hətta fərz edək ki, hədisdə Novruz və Mehrigan sözləri var. Bu hədisdən Novruzun haramlığı hökmünü Qurana əsasən çıxarmaq olmaz. Başqa ayədə də sözümüzü bu yöndən möhkəmləndirir.


Biz bir ayənin hökmünü qaldırır və ya onu unutdururuqsa ya ondan daha xeyirlisini, ya da bənzərini (mislini) gətirirk..." (Bəqərə, 106)


O hədisdəki məntiqlə götürülsə onda, nəsx olunan ayələr xeyirsiz və faydasızdır? Onda o ayələr ləğv olunmalıdır? Bu məntiq Quranla uyğun deyil və hədisdə hətta Novruz sözü də olsa yenə də “Allah o iki günün əvəzində daha xeyirli iki gün vermişdir. Bunlar Qurban və Ramazan bayramlarıdır.” hədisindən Novruzun haramlığı başa düşülməz. Bu hədis Novruza haram deyənlərin elə öz əleyhlərinə gözəl bir dəlildir. Bu ayə bir daha isbat edir ki, Novruz haram deyil. Əksinə var, lakin Qurban və Ramazandan üstün deyil. 


Bir dəlil də tarixdən deyək və bu hissədən keçək. Peyğəmbərin (s) hz Xədicə barədə dediyi söz: "Mən (qadınlar içində) Xədicədən daha qiymətlisinə nail olmamışam, bütün insanlar inkar edərkən, o, mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi. Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən çəkinmədi. Mənə hər şərtdə sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır". Bu hədisin mənası bu deyil ki, digər xanımların üstündən xətt çəkək. Bu və bu kimi hədislər birinin digərindən üstünlüyüdür. Bəli, biz də deyirik ki, Qurban və Ramazan digər bayramlardan və həmçinin Novruzdan da üstündür. Biz bəziləri kimi peyğəmbər (s) adına yalan nisbət verib Novruzun haram etmirik. Çünki, qeyd olunan ayələr bu işi mümkünsüz edir. 


7. İslam bu iki bayramı daha xeyirli iki bayramla əvəz etmişdir. Bu iki gündə şadlıq və sevinc caiz deyildir. Hər kim bu gündə bir müşrikə təzim, yaxud təbliğ baxımından bir yumurta belə versə Allah onun əməlini zay edər və o, bu əməli ilə Allaha küfr etmişdir.”


Bu fətva Əbu Həfs (Kəbirə) Buxari Hənəfi istinad edilir. Bu şəxs Hənəfi məzhəbindəndir, muhəddisdir və bir sıra elmi titul da əlavə etmək olar. Sözümüz budur ki, bu qədər elmi titullara sahib olan şəxsdən yalnız bir fətva geriyə qaldı? Yaxud o sadəcə bir fətva verdi və daha fətva verməkdən əl çəkdi?


Əbu Həfsin oğlu (Əbu Həfs Səğir) da atasının yolunun ardıcılı idi. O, Samanilər (875-999) sülaləsinin qurularkən Əmir İsmailin yanında yer almışdır. Digər tərəfdən görürük ki, miladi 892-ci ildə Əmir İsmail Samani Xorasan riyaziyyatçılarından istədi ki, ölkənin təqvimini yenidən nəzərdən keçirib yazsınlar və Novruz bayramını elə bir yerdə qərar versinlər ki, günəşin ekvator xəttindən keçməsi ilə birgəlik təşkil etsin. Samanilər Novruz bayramını dövlətin qurulmasından etibarən böyük həvəs və təntənə ilə qeyd ediblər. İndi sual budur ki, əgər Novruzu qeyd etmək kafirliklə bərabər idisə nə üçün bu fətvanı verən Əbu Həfs Kəbirin oğlu Əbu Həfs Səğirin dəstəyi ilə qurulan Samani sülaləsi, bunu bayram edirdi? Tarixi mənbələr onun bu mövzuda bircə dəfə də olsun etirazını qeyd etmir. 


Əbu Həfs Kəbir Hənəfi məzhəbindən idi. Əbu Hənifə həm də xəlifə Mənsur Abbasın dövründə yaşayırdı və xəlifə də Novruz və Mehrigan deyilən iki bayramı qeyd edirdi. Əbu Hənifə yaxınları şəriət hökmlərini araşdırıb fətvalar verdiyi halda nə üçün Novruz mövzusunda nə özünün nə onun yaxın ardıcıllarından (Muhəmməd, Əbu Yusif, Zəfər və s) bir fətva belə bizə miras qalmadı? Əgər haram idisə və onlar bunu müşahidə edirdilərsə nə üçün bircə dəfə də olsun bundan söz açmırlar? 


Bu fətvada yumurtadan danışılması qədim Yunan və Misirdə olan və daha sonra yəhudiliyə də keçən yumurta ilə bağlı xurafat sözlər və yanlış əqidələrlə bağlıdır ki, onlara daxil olmaq istəmirik. Qədim dinlərin tarixi ilə bağlı kitabları mütaliə etdikdə bunları təfərrüatı ilə görə bilərsiz. 


8. Novruzla bağlı bunu da qeyd etmək yerinə düşərdi ki, bu bayramın tarixi heç bir xalqın adına və mədəniyyətinə xüsusi bağlı deyil. Bununla belə, Novruz yayıldığı coğrafiyada təhriflərə və xurafatlara məruz qalmışdır. Bunda həm zərdüştlərin, həm məsihilərin və həm də nadan müsəlmanların payı vardır. Bir halda ki, Novruzun heç bir dinə, millətə və məzhəbə bağlılığı yoxdur.Novruz bəzilərinin düşündüyü kimi heç də hansısa şahın taxta oturması və bu kimi hadisələrə bağlı deyil. Novruz insanoğlunun yaranması ilə var olmuş və dünya durduqca da var olacaqdır.


9. Heç bir tarixi və elmi dəlil yoxdur ki, peyğəmbər (s) Mədinəyə daxil olduqda oranın əhalisi təhrif olunmuş və yad mədəniyyətin təsiri altında olmuş ola. Biz bunun əksini görürük. Məsələn görürük ki, peyğəmbər (s) hicrətdən öncə ora neçə-neçə müəllim və təbliğçilər göndərmiş və camaatı maarifləndirmə yolunda onların da əməyi danılmazdır. 
10. Biz Buxaridən Novruza təşviq edən hədislərlə rastlaşırıq. Məsələn bir nümunə;
Buxari (q.194-256) Tarixul-Kəbir də belə rəvayət etmişdir.
“Hz Əli (ə) üçün halva gətirdilər. Soruşdu: “Bu nədir?”
Dedilər: “Bu gün Novruzdur.”


Hz Əli (ə) buyurdu: “Hər günü Novruz edin.” (Tarixul-Kəbir, Buxari, c 1, səh. 414)
Hz Əli (ə) Novruzun halal yaxud  haram olmasını bilmirdi? Əgər bir hədis deyilmişdisə necə ola bilər Hz Əli (ə) onun əksini deyə və heç bir səhabə ona etiraz etməyə? Əgər Novruzu haram edən hədis həqiqətən mövcud idisə niyə bir səhabə belə Hz Əliyə etiraz edib demir ki, axı peyğəmbər bunu haram edib. Bu mövzunu kifayət qədər uzadıb suallar tərtib etmək olar. Amma biz bu mövzunu burdaca yekunlaşdırırıq.


Nəticə.
1. Novruzla bağlı qeyd edilən hədis, hədis elmi baxımından qəbul edilməzdir.
2. Hədisi rəvayət edən ravilərdən biri (Həmid) fırıldaqçı və yalançıdır.
3. Hədisin mətnində “Novruz və Mehrigan” ifadələri Novruza müxalif olan şəxslər tərəfindən hədisə əlavə olunmuşdur.
4. Hətta o, ifadələr olsa da yenə hədis qəbul edilməzdir. Çünki, tək ravidən rəvayət olan hədisdən hökm sadir olmaz.
5. Peyğəmbərin (s) Mədinəyə gəlişi zamanı Ənəs bin Malik 10 yaşlı uşaq idi. O hədis böyük bir cəmyyətin, səhabələrin önündə deyilmişdisə necə oldu o hədisi ancaq Ənəs bin Malk eşitdi və ancaq o rəvayət edir və bütün mənbələrdə hədisin son ravisi odur?
6. Ənəs bin Malik Novruz günü oruc tutmağı məkruh, amma Novruzu haram hesab edir?
7. Bir şeyin digərindən üstünlüyü ya xeyirli olması digərlərinin haram olması anlamına gəlməz.(Bəqərə 61 və 106)
8. Novruzla bağlı fətva tarixi hadisələrlə ziddiyyət təşkil edir.
9. Əbu Hənifə Novruzun keçirildiyinə şahid olduğu halda niyə bu haqda fətvası yoxdur?
10. Novruz heç bir xalqa və mədəniyyətə bağlı deyil. 
11. Novruza təşviq edən hədislər Buxaridə yer alır.

Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı.

 
 
Bölmə: Mahir Şəkərov / İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.