![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Qiyamın səbəbləri
Osman hicrətin 24-cü ilində Məhərrəm ayının üçündə şura yolu ilə xilafətə seçildi və on iki illik hakimiyyətdən sonra hicrətin 35-ci ilində zil-hiccə ayının on yeddisində Misir və Iraq inqilabçıları, eləcə də mühacir-ənsardan olan bir dəstə adam tərəfindən öldürüldü. Islam tarixçiləri öz əsərlərində Osmanın hakimiyyətinin süqutunun və müsəlmanların inqilab etməsinin səbəblərini qeyd etmişlər. Amma bəzi tarixçilər xilafət məqamına ehtiramsızlıq olmasın deyə, bu səbəbləri şərh etməkdən çəkinmişlər.
Aşağıdakı amillər qəzəbli müsəlmanların qiyam və inqilabının əsası idi:
1. Ilahi qanunların icrasının ləğv edilməsi;
2. Beytül-malın Bəni-Üməyyə tayfası arasında bölüşdürülməsi;
3. Əməvi hökumətinin təsis olunması və ləyaqətsiz adamların islami mənsəblərə qoyulması;
4. Peyğəmbər (s) səhabələrindən bir çoxuna əziyyət verilib şəxsiyyətlərinin sındırılması (çünki onlar xəlifə və onun tərəfdarlarının ədalətsiz və nahaq işlərini tənqid edirdilər);
5. Səhabənin bir çoxunun sürgün edilməsi (xəlifə onların varlıqlarını özünün fikir və proqramları üçün bir maneə hesab edirdi).
İlk amil: İlahi qanunların icrasının ləğv olunması
1. Xəlifə özünün anadan bir olan qardaşını–Vəlid ibni Əqəbəni Kufəyə vali seçdi. Qurani-Məcid onun iki yerdə "fisq" (yaramaz əməl və günah işlər) ilə məşğul olduğunu və islam hökmlərindən boyun qaçırdığını qeyd etmişdir.(Təfsirçilərin hamısının dediyi kimi, bu iki ayə – "Hücürat" surəsinin 6-cı və "Səcdə" surəsinin 18-ci ayəsi onun barəsində nazil olmuşdur. Sonuncu ayə nazil olandan sonra Həssan ibni Sabit onun barəsində bir şer də qoşmuşdu.)Amma xəlifə onun keçmişdəki rüsvayçı əməllərini nəzərə almayaraq onu, islam ölkəsinin böyük bir məntəqəsinə vali seçdi.("Nəhcül-bəlağə"nin şərhi" (Ibni Əbil-Hədid) 2-ci cild, səh. 103 (qədim çap).)
Fasiq bir şəxs üçün əhəmiyyətsiz sayılan şey məhz ilahi qanunlardır. O zaman hakimlər siyasi işləri idarə etməkdən əlavə, cümə və camaat namazlarına pişnamazlıq etməyi də öhdələrinə alırdılar. Bu ləyaqətsiz rəhbər (Vəlid) məst halda sübh namazına pişnamazlıq edərək namazı dörd rəkət qıldı və qusaraq mehrabı batırdı. O qədər sərxoş idi ki, onun üzüyünü barmağından çıxartdıqları zaman xəbəri olmadı. Kufə əhalisi şikayət etmək üçün Mədinəyə yola düşdü və hadisəni xəlifəyə xəbər verdilər. Xəlifə onların sözlərinə azacıq belə etina etmədi, üstəlik onları təhdid edib dedi:–"Nə vaxt görmüsünüz ki, mənim qardaşım şərab içsin?!" Onlar dedilər:–"Biz onun şərab içməsini görmədik, lakin onu sərxoş halda gördük, onun üzüyünü barmağından çıxrtdıq, heç xəbəri də olmadı."
Hadisənin şahidləri islamın qeyrətli kişilərindən idi. Onlar hadisəni Əli (ə)-a və Ayişəyə xəbər verdilər. Osmanın əlindən cana gələn Ayişə dedi:–"Osman ilahi qanunların icrasını qüvvədən salmış və şahidləri təhdid etmişdir!" Əli (ə) Osmanla görüşüb ikinci xəlifənin şura günündə onun barəsində dediyi sözü xatırladaraq dedi:–"Üməyyə övladlarını camaatın canına salma! Vəlidi gərək valilik məqamından azad edəsən və onun barəsində ilahi cəzanı tətbiq edəsən!"
Təlhə və Zübeyr də Vəlidin bu vəzifəyə seçilməsinə etiraz etdilər və xəlifədən, ona şallaq vurmasını tələb etdilər. Xəlifə ümumxalq kütləsinin göstərdiyi təzyiqlər nəticəsində xəbis Bəni-Üməyyə şəcərəsindən olan Səid Ibni Ası Kufəyə vali təyin etdi. O, Kufəyə gəldikdən sonra mehrabı, mənbəri və darül-imaməti yudurtdu, Vəlidi də Mədinəyə göndərdi.
Vəlidin vəzifədən götürülməsi xalq kütlələrini sakitləşdirmək üçün kafi deyildi: Xəlifə şərab içən adam barəsində təyin olunmuş ilahi cəzanı qardaşı üçün icra etməli idi. Osman qardaşına olan məhəbbətinə görə ona gözəl paltar geyindirdi və bir otaqda oturtdu ki, müsəlmanlardan biri ilahi cəzanı icra etsin. Vəlid onu cəzalandırmaq və tənbeh etmək istəyənləri hədələyirdi. Nəhayət, Əli (ə) şallağı əlinə alıb qorxmadan ona şallaq vurdu və onun hədə-qorxusuna, nalayiq sözlərinə etina etmədi.("Kamil" (Ibni Əsir), 3-cü cild, səh.42; "Əl-Qədir", 8-ci cild, səh.172 (Bilazərinin "Əl-ənsab" kitabından nəqlən); "Müsnədi-Əhməd ibni Hənbəl", 1-ci cild, səh.142; "Sünəni Beyhəqi", 8-ci cild, səh.318; "Usdul-ğabə", 5-ci cild, səh.91 )
2. Ictimai həyatın əsaslarından biri cəmiyyətdəki fərdlərin canlarını və əmlaklarını təcavüzkarlıqdan qoruyan ədalətli və qanuni bir hakimiyyətdir. Bundan da mühüm olan şey həmin qanunların icra olunmasıdır. Qanunu icra edən şəxs dost-düşmən, yaxın-uzaq tanımamalıdır ki, qanun kağız üzərində qalmasın və ictimai ədalət bərqərar olsun. Ilahi şəxsiyyətlər Allah qanunlarını heç bir qorxu olmadan icra edirlər və heç vaxt insani duyğular, qohumluq əlaqələri və fani maddi mənafelər onlara təsiri edə bilmir. Peyğəmbər (s)-in özü islam qanunlarını icra etməkdə ən qabaqcıl bir şəxs və hamıya nümunə idi.("Maidə" surəsi, ayə:54 ) O həzrətin oğurluq edən qadın Fatimeyi-Məxzumi barəsində buyurduğu qısa bir cümlə onun ictimai ədaləti bərərar etməkdə seçdiyi yolu aydınlaşdırır.
Fatimeyi-Məxzumi tanınmış bir qadın idi. Oğurluq etməsi Peyğəmbərə isbat olunduqda məhkəmənin çıxardığı hökmü onun barəsində icra etməyi qərara aldı. Bir neçə nəfər vasitəçi olaraq hökmün icra olunmasının qarşısını almaq üçün canfəşanlıq etdilər. Axırda Üsamə ibni Zeydi Peyğəmbərin yanına göndərdilər ki, o həzrət bu tanınmış qadının əlini kəsmək fikrindən dönsün. Rəsuli-Əkrəm (s) bu vasitəçilikdən bərk narahat oldu və buyurdu: "Keçmiş ümmətlərin bədbəxtliklərinin səbəbi bu idi ki, onların arasında yüksək rütbəli bir adam oğurluq etsəydi, onu bağışlayar və görməməzliyə vurardılar, lakin adi bir adam oğurluq etsəydi, onun barəsində Allah hökmünü dərhal icra edərdilər. Allaha and olsun, əgər qızım Fatimə belə bir iş görərsə, onun da barəsində Allah hökmünü icra edərəm! Allah qanunu qarşısında Fatimeyi-Məxzumi ilə Fatimeyi-Məhəmmədi eyni bir səviyyədədir."("Əl-istiab", 4-cü cild, səh.374 )
Əziz Peyğəmbər (s) islam ümmətini məhz bu fikir əsasında tərbiyə edirdi, lakin o həzrətin vəfatından sonra qanunların icra olunmasının tədricən zəifləməsi islam cəmiyyətinə ağır və öldürücü zərbələr vurdu. Xüsusilə də ikinci xəlifənin dövründə millətlər arasında ayrı-seçkilik, ərəblərin başqalarından üstün olması kimi məsələlər ortaya atıldı, amma bu məsələlər inqilab və üsyana səbəb olmadı. Osmanın xilafəti dövründə qanunların icra olunmasında ayrı-seçkilik özünün son həddinə çatmış və o qədər narazılıq yaratmışdı ki, bəzilərinin qəzəb hisslərini xəlifə və onun ətrafındakıların əleyhinə qaldırmışdı. Nümunə olaraq qeyd etmək olar ki, ikinci xəlifə Əbu Lölö adlı bir iranlının (Müğeyrə ibni Şöbənin qulamı) əli ilə öldürüldü. (Qətlin səbəblərini indi qeyd etmək istəmirik.)
"Əli və şura" adlı bölmədə Ömərin qətlinin səbəblərindən bəzisini qeyd etdik. Şübhəsiz, xəlifənin qətlə yetirilməsi islam qəzavət (məhkəmə) sistemi tərəfindən araşdırılmalı, qatil və onu təhrik edənlər (əgər olsaydı) islam qayda-qanunları və hökmləri əsasında mühakimə edilməli idi. Lakin xəlifənin oğlu, yaxud onun yaxın adamlarından başqa birisinin qatili mühakimə etməsi, yaxud öldürməsi heç də düzgün iş deyildi. Qatilin yaxın adamlarının, yaxud dostlarının da, xəlifənin qətlində iştirak etmələri sübuta yetmədən öldürülməsi isə ümumiyyətlə qanuna ziddir.
Lakin təəssüflər olsun ki, xəlifənin qətlə yetirilməsindən sonra (yaxud can üstündə olan vaxt) onun oğlu Übeydullah, Hürmüzan və Cüfeynə (Əbu Lölönün qızı) adlı iki günahsız adamı atası Ömərin qətlində əli olması ilə müttəhim etdi və öldürdü. Əgər səhabələrdən biri qılıncı onun əlindən almasaydı və onu tutub saxlamasaydı, Mədinədə olan bütün əsirləri qılıncdan keçirəcəkdi.
Übeydullahın törətdiyi cinayət Mədinədə güclü əks-səda yaratdı. Mühacir və ənsar Übeydullahdan qisas alıb Hürmüzanın və Əbu Lölönün qızının intiqamını almasını tam israrla Osmandan tələb edirdilər.("Təbəqat" (Ibni Səd) -5ci cild, səh.71 (Beyrut çapı) )
Əmirəl-möminin Əli (ə) Übeydullahdan qisas alınmasına hamıdan çox israr edirdi. O, xəlifəyə belə dedi: "Günahsız öldürülənlərin intiqamını Übeydullahdan al, çünki o, böyük bir günaha batmış, günahsız müsəlmanları öldürmüşdür." Lakin o həzrət Osmanın bu işi görməsindən məyus olduqda üzünü Übeydullaha tutub dedi: "Əgər bir gün əlimə keçsən, Hürmüzanın qisasını səndən alacağam!"("Ənsab" (Bilazəri), 5-ci cild, səh.24 )
Osmanın Übeydullahdan qisas almağa laqeyd yanaşmasına narazılıq artdı. Hələ də Hürmüzanın və Əbu Lölönün qızının nahaq yerə tökülən qanı yerdə qalırdı. Xəlifə təhlükə hiss etdiyi üçün Übeydullaha Mədinədən çıxıb Kufəyə getməsini əmr etdi. Özü də geniş bir torpaq sahəsini onun ixtiyarında qoydu. Oranı "Ömərin oğlunun kiçik Kufəsi" adlandırırdılar.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |