"Ali-İmran” surəsi (73-74)
73. وَلاَ تُؤْمِنُواْ إِلاَّ لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللّهِ أَن يُؤْتَى أَحَدٌ مِّثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ
"(Yəhudi böyükləri öz ardıcıllarını İslamın qəbulundan çəkindirmək üçün onlara deyirdilər:) «Sizin ayinlərinizə itaət edənlərdən başqasına iman gətirməyin.» (Ey peyğəmbər, onlara) de ki, səadət yolu Allahın göstərdiyi yoldur. Digər bir ümmətə də sizə verildiyi kimi (kitab və şəriət) verilməsi, Allah hüzurunda onların sizlə mübahisəsi mümkündür. (Ey peyğəmbər, onlara) de ki, fəzl və rəhmət Allahın əlindədir. O, istədiyinə əta edir. Allah geniş rəhmət və sonsuz elm sahibidir.”
Kitab əhli yəhudilərin İslama üz tutmasından narahat idilər. Bu meylin qarşısını almaq üçün təbliğ edirdilər.
1. İslam düşmənləri öz qurğularında məxfi iş görülməsini və yalnız özlərinə etimadı tövsiyə edirlər. İman sözünün bir mənası da etimad və arxayınçılıqdır.
2. İlahi hidayət tarix boyu davam etmiş bir cərəyandır. O, xüsusi bir qövmə xas deyil.
3. Təəssüb və özünü üstün bilmək dindarlığın bəlalarından biridir.
4. Allahın lütfləri xüsusi bir dəstəyə aid deyil. Nübuvvət və hidayət ilahi bir fəzldir və Allah onu istədiyinə verər.
5. Allah peyğəmbərləri elm əsasında seçir.
74. يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
"(Allah) Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük fəzl sahibidir.”
Bu ayə ilahi lütfün yalnız yəhudilərə aid olması haqqındakı yanlış təsəvvürü alt-üst edir. Ayədə buyurulur: Allah Öz risalətini kimə tapşıracağını yaxşı bilir. O öz bəndələrindən ən layiqlisini seçib Öz xüsusi lütfünü onun halına şamil edir. Allahın həm lütfü genişdir, həm də hikməti ayırd edəndir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti