![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Məsihi aliminə qaneedici bir cavab
Salman deyir: Peyğəmbər (s) vəfat edəndən sonra başda bir yepiskop olmaqla bir dəstə məsihi Mədinəyə gəldi və xəlifəyə sual verdilər. Xəlifə onları Əli (ə)-ın hüzuruna göndərdi. Onların İmam (ə)-a verdiyi suallardan biri Allahın harada olması ilə əlaqədar idi. İmam od qaladı və sonra soruşdu: Bu odun üstü haradır?
Məsihi alimi dedi:–Onun hər tərəfi üstü sayılır və odun içi-üstü yoxdur.
Imam buyurdu:–Əgər Allahın yaratdığı odun müəyyən bir tərəfi yoxdursa, heç bir oxşarı olmayan Xaliqin harada olmasını soruşmağın heç bir mənası yoxdur. Məşriq də, məğrib də Onunkudur, hər tərəfə üzünü çevirsən, ora Allahın vəchidir, heç nə ondan gizli və məxfi deyil.
Imam (ə) təkcə müsəlmanların və islamın ideoloji və əqidəvi məsələlərində xəlifəyə kömək etmirdi, üstəlik bəzi vaxtlar xəlifə Quranın ayrı-ayrı kəlmələrinin və lüğətlərinin təfsirində aciz qaldıqda onun köməyinə yetişirdi. Misal üçün, bir nəfər Əbu Bəkrdən "və fakihətən və əbbən mətaən ləkum və liənamikum" ayəsindəki "əbb" sözün mənasını soruşduqda xəlifəni heyrət bürüdü və dedi: "Elmim olmadan Allah kəlamını təfsir etsəm, hara gedə bilərəm?!
Bu xəbər Əli (ə)-a çatanda buyurdu: "Əbb"-dən məqsəd elə ot-ələf, bitkidir. "Əbb" sözünün ərəb dilində ot-ələf və bitki mənasında olmasına dair elə ayənin özündə aydın bir dəlil vardır. Çünki ayədə "və fakihətən və əbbən"dən sonra dərhal buyurulur: "mətaən ləkum və liənamikum", yəni bu ikisi sizin və heyvanlarınızın qida (həyat və ləzzət) mənbəyidir. Insan üçün ləzzət mənbəyi ola biləcək şey "fakihə", heyvan üçün həyat və ləzzət mənbəyi ola biləcək şey isə "əbb"dir ki, şübhəsiz, səhranın ot-ələfi, bitkiləridir.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |