Əli (ə) və fədək, fədəkin iqtisadi dəyəri
Xəlifə seçmək uğrunda Səqifə münaqişələri sona yetdi və Əbu Bəkr xilafəti ələ aldı. Əli (ə) öz vəfalı dostları ilə siyasət səhnəsindən kənara çəkildi, ümumxalq fikrini xəbərdar etdikdən sonra ümmətin birliyi qorunsun deyə, müxalifətçilik yolunu seçmədi və Quranın dərin məfhumlarını təlim və təfsir etmək, düzgün qəzavət, əhli-kitab (yəhudi və məsihi) alimləri ilə elmi mübahisə və s. yolu ilə öz şəxsi və ictimai xidmətlərini davam etdirdi. İmam (ə) xalq arasında çoxlu insani səciyyələrə, kəmalalara malik idi və rəqiblərinin bunları ondan almaları heç vaxt mümkün deyildi. O, Peyğəmbər (s)-in kürəkəni və əmioğlusu, onun haqq canişini, islamın adlı-sanlı mücahidi, fədakar bir insan və Peyğəmbər (s) elminin qapısı idi. Heç kəs onun islamı hamıdan qabaq qəbul etməsini, dərin elmini, Quran, hədis, üsuli-din, fürui-din və səmavi-kitablar barədə olan misilsiz elmini inkar edə, yaxud bu fəzilətləri ondan ala bilməzdi. İmam (ə)-ın xüsusi bir imtiyazı da vardı ki, gələcəkdə xilafət aparatı üçün maneə törədə bilərdi, o da Fədəkdən ona yetişən gəlir və iqtisadi qüdrət idi. Buna görə də xilafət aparatı bu qüdrəti İmam (ə)-ın əlindən almağı məsləhət gördü, çünki bu digər imtiyazlar kimi deyildi ki, onu Imam (ə)-dan almaq mümkün olmasın.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani