Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Ocak 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Peyğəmbərlər özlərindən sonra irs qoymurlarmı?
Bu barədə quranın sözü
Əbu Bəkr Peyğəmbər (s)-in qızını onun atasından qalan irsdən məhrum etmək üçün bir hədisə istinad etmişdi ki, o hədisin məzmunu xəlifənin nəzərinə görə belə idi: "Peyğəmbərlər özlərindən sonra heç bir şeyi irs qoymurlar və onlar öləndən sonra qalan miraslar sədəqədir." Xəlifənin istinad etdiyi hədisin mətnini nəql etməzdən öncə bu məsələni Quran nöqteyi-nəzərindən araşdırmaq lazımdır. Çünki Quran düzgün hədisi batil hədisdən ayırd etmək üçün ən yaxşı bir meyardır. Əgər Quran bu məsələni təsdiq etməsə, belə bir hədisi (hərçənd ki, nəql edən Əbu Bəkrdir) düzgün hesab edə bilmərik, əksinə onu hədis quraşdıranların artırdığı bir şey olduğunu bilməliyik. Qurani-Kərimin və islamda irs nöqteyi-nəzərindən peyğəmbərlərin övladlarının, yaxud varislərinin irs qanunundan istisna edilməsinin heç bir əsası yoxdur və bəzi şəxsləri irs ayələrindən istisna etmək üçün qəti bir dəlil mövcud olmayınca, külli irs qanunları bütün fərdlərin, o cümlədən peyğəmbərlərin övladlarının və varislərinin də barəsində nüfuzlu olub qüvvədə qalır. Ümumiyyətlə belə bir sual yaranır ki, axı peyğəmbərlərin övladlarına niyə irs yetişməməlidir? Nə üçün onların vəfat etmələri ilə evləri və yaşayış avadanlıqları əllərindən alınmalıdır? Peyğəmbərin varislərinin günahı nədir ki, o vəfat edəndən sonra hamısı dərhal öz evindən çölə çıxarılsın? Peyğəmbərin varislərinin irsdən məhrum edilməsini əql qəbul etmir, buna baxmayaraq bizə vəhy nahiyəsindən peyğəmbərlərin özlərindən sonra heç nəyi irs qoymamaları, onların özlərindən sonra qoyduqlarının milli və ümumi əmlak elan olunması haqda qəti və düzgün bir dəlil gəlib çatsa, bu halda qeydsiz-şərtsiz olaraq bu hədisi qəbul etməli, əqlin qəbul etməməsini nəzərə almamalı və irs ayələrini düzgün hədis vasitəsi ilə bəzilərinə məxsus etməliyik. Amma görəsən Peyğəmbər (s)-dən belə bir hədis gəlib çatmışdırmı?! Xəlifənin nəql etdiyi hədisin doğru olub-olmamasını müəyyən etmək üçün ən yaxşı yol hədisin Quran ayələri ilə müqayisə edilməsidir, əgər Quran onu təsdiq etsə, qəbul etməliyik, əks halda isə, ona etina etməməliyik. Quranda iki yerdə peyğəmbərlərin övladlarının vərəsəliyindən söz getmiş, onların irs aparmaları danılmaz bir məsələ sayılmışdır. Indi bu məsələni isbat edən ayələri qeyd edirik:
1. Yəhyanın Zəkəriyyadan irs aparması.
"Mən öləndən sonra öz əmioğlanlarımdan qorxuram, arvadım da doğmur. Mənə Öz tərəfindən bir övlad əta et ki, məndən və Yəqub ailəsindən irs aparsın və ey Rəbbim, onu bəyənilmişlərdən et."("Məryəm" surəsi, 5-6-cı ayələr )
Bu ayəni inad və qərəzçilikdən uzaq olan hər hansı bir insana təqdim etsəniz, deyəcəkdir ki, həzrət Zəkəriyya onun varisi olsun deyə, Allahdan ona bir övlad verməsini istədi. Çünki özünün digər vərəsələrindən qorxur, əmlak və sərvətinin onlara çatmasını istəmirdi. (Onun nə üçün qorxduğunu sonralar izah edəcəyik.) Bu sözün (yərisuni sözünün) əsil mənası elə mal-dövlətdən irs aparmaqdır. Əlbəttə, bu söz mal-dövlət vərəsəliyindən qeyri yerdə–məsələn, elm, nübüvvət və s.-də işlənməməsi demək deyildir. Məqsəd budur ki, ikinci mənaya dair tam aşkar bir dəlil olmayınca elm və nübüvvət yox, elə həmin mal irsi nəzərdə tutulacaqdır.(Həmin söz bəzi vaxtlar xüsusi dəlillər əsasında elm irsi üçün işlənir. Misal olaraq "Fatir" surəsinin 32-ci ayəsini göstərmək olar: "Bu kitabı bəndələrimizdən seçdiyimiz şəxslərə irs verdik". Aydındır ki, burada "kitab" sözü mal irsi yox, Quranın həqiqətlərindən agahlıq irsi mənasına olmasına bir dəlildir. )
Indi "yərisuni və yərisu min Ali Yəqubə" deməkdə məqsədin nübüvvət və elm deyil, mal-dövlət irsinin olmasını göstərən dəlilləri qeyd edirik.
1. "Yərisu" və "yərisuni" sözlərindən başa düşülür ki, məqsəd başqa şey deyil, elə mal-dövlət irsidir və onun əksinə dair qəti bir dəlil mövcud olmasa, başqa bir mənanı ifadə etməyəcək. Əgər siz Quranda bu kəlmə ilə həmcins olan bütün sözlərə diqqət yetirsəniz, bu sözün Quranın hər yerində ("Fatir" surəsinin 32-ci ayəsindən başqa) mal-dövlət varisliyi barəsində işlədildiyini görərsiniz. Bunun özü qeyd etdiyimiz bu iki sözün elə məşhur olan mənada işlədilməli olduğuna ən yaxşı bir dəlildir.
2. Nübüvvət və risalət ilahi feyzdir, bu bir sıra ruhi qüdrətin, səylərin və fədakarlıqların sayəsində böyük və alicənab insanlara nəsib olur. Bu feyz heç kimə, hətta Peyğəmbərin öz oğlu olsa belə, səbəbsiz olaraq verilmir. Buna əsasən, Zəkəriyya Allahdan onun nübüvvətinin varisi olacaq bir övlad istəyə bilməzdi. Bunu Qurani-Kərim sübut edir:
"Allah Öz risalətini harada qərar verəcəyini daha yaxşı bilir."("Ənam" surəsi, ayə:124 )
3. Həzrət Zəkəriyya Allahdan təkcə övlad istəmədi, həm də öz varisinin pak və bəyənilmiş olmasını istədi. Məqsəd yalnız mal-dövlətdə varislik olduğu halda həzrət Zəkəriyyanın onun barəsində "onu bəyənilmiş qərar ver" - deyə dua etməsi düzgün bir iş olar. Çünki çox vaxt mal-dövlətin varisinin qeyri-sağlam bir fərd olması mümkündür. Amma əgər məqsəd nübüvvətdə varislik olsa, onun barəsində belə dua etmək əsla düzgün olmaz. Bu iş, eynilə Allahdan bir məntəqə üçün peyğəmbər göndərib onu pak və bəyənilmiş etməsini istəməyə oxşayar. Aydındır ki, Allah tərəfindən risalət və nübüvvət məqamına çatan bir peyğəmbər barəsində bu cür dua etmək əbəs bir işdir.
4. Həzrət Zəkəriyya dua edən vaxt deyir: "Mən öz mal - dövlətimdən və öz əmioğlanlarımdan qorxuram." Onun qorxusunun səbəbi nə idi? Görəsən o, özündən sonra nübüvvət və risalət məqamının ləyaqətsiz şəxslərə çatmasından qorxur və buna görə də Allahdan özü üçün ləyaqətli bir övlad istəyirdimi?! Sözsüz ki, bu ehtimal rədd olunur, çünki Allah nübüvvət və risalət məqamını heç vaxt ləyaqətsiz şəxslərə verməz ki, o sonra buna görə qorxuya düşmüş olsun. Yaxud görəsən, o öləndən sonra öz din və ayininin yaddan çıxarılacağından, onun qövmünün də xoşagəlməz yollara düşəcəyindən qorxurdumu?! Belə bir qorxuya da yer yox idi, çünki Allah heç vaxt bəndələrini hidayət nemətindən məhrum etməz. O, həmişə bəndələr üçün höccətlər göndərir və onları öz başlarına buraxmır. Bundan əlavə, əgər məqsəd elə nübüvvət məsələsi olsaydı, bu halda Zəkəriyya övlad istəməməli idi, əksinə Allahdan onlar üçün cəhalət dövrünə qayıtmaqdan xilas etsin deyə, peyğəmbərlər göndərməsini istəməsi–istər onun nəslindən və onun varisindən olsun, istərsə də başqa nəsildən–kafi olardı. Halbuki Zəkəriyya özünün varisi olmasını dua etməklə kifayətlənir.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |