![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
Birinci nəzəriyyənin haqq olduğunu isbat edən əqli və fəlsəfi dəlillər
İctimai hesablamaları nəzərə almasaq da, Peyğəmbər (s)-dən gəlib çatan xəbər və rəvayətlər şiə alimlərinin nəzəriyyəsini təsdiq edir. Peyğəmbər (s) risaləti dövründə dəfələrlə öz vəsisi və canişinini təyin etməklə, imamət mövzusunu seçki və ümumxalq rəyinə müraciət etmək dairəsindən xaric etmişdir. O yalnız ömrünün axırında deyil, həm də risalətin başlanğıcında, yüz nəfərdən artıq adamın iman gətirmədiyi bir dövrdə öz canişinini camaata tanıtdırmışdı. Özünün yaxın qohum-əqrəbasını ilahi əzabdan qorxudub, onları ümumi dəvətdən qabaq islamı qəbul etməyə dair (Allah tərəfindən) məmur olduğu bir gündə Bəni-Haşimin başçılarından 45 nəfərin iştirak etdiyi məclisdə belə buyurdu: "Sizin aranızda mənə kömək edəcək ilk şəxs, mənim sizin içinizdəki vəsim və canişinim olacaqdır." Əli (ə) onların arasından ayağa qalxıb onun Peyğəmbəri təsdiq edən vaxt Peyğəmbər orada olanlara üz tutub demişdi: "Bu cavan mənim qardaşım, vəsim və canişinimdir."
Təfsirçilər və hədis alimləri arasında bu hədis "Hədisi yovmüd-dar" və ya "Hədisi bədəd-dəvət" adı ilə məşhurdur. Peyğəmbər (s) təkcə risalətin əvvəlində yox, eləcə də müxtəlif yerlərdə:–həm səfərdə, həm də qeyri yerlərdə–Əli (ə)-ın vilayət (rəhbərlik) və canişinliyini aşkar şəkildə demişdir, amma onların heç biri əzəmət, aşkarlıq, qətiyyət, ümumiyyət nöqteyi-nəzərindən "Hədisi Qədir"ə çata bilməzlər. Indi isə Qədir hadisəsini təfsilatı ilə zikr edirik.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









