![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Fədək xalisə əmlakdan idi
Hədisçilərin və siyrəyazanların hamısı bu fikirdədirlər ki, Fədək xalisə əmlakı sırasında idi. Çünki Fədək müharibə yolu ilə fəth olunmamışdı, xeybərdəkilərin məğlub olması xəbəri Fədək kəndinə çatanda oranın əhalisi razılaşdılar ki, Peyğəmbər (s)-lə sülh edib Fədək ərazisinin yarısını ona versinlər və əvəzində öz dini mərasimlərini yerinə yetirməkdə tam şəkildə azad olsunlar, islam hökuməti də onların təhlükəsizliyini təmin etsin. Bu məsələ barəsində islam alimləri arasında ixtilaf yoxdur.
Peyğəmbər (s)-in əziz qızının Fədək barəsində Əbu Bəkrlə apardığı müzakirələrdən aydın olur ki, hər iki tərəf Fədəkin xalisədən olmasını qəbul etmişdilər və onların ixtilafları, sonradan bəyan ediləcəyi kimi, başqa bir məsələdədir.
Peyğəmbər (s) fədəki Fatiməyə (ə) bağışlamışdı
Şiə alimləri və sünnü hədisçilərindən bir qrupu bu fikirdədirlər ki, "və ati zəl-qurba həqqəh" ayəsi nazil olduqda Peyğəmbər (s) Fədəki öz qızı Fatiməyə (ə) bağışladı. Bu hədisin sənədi böyük səhabə olan Əbu Səid Xidri və Ibni Abbasa gedib çatır. Sünnü hədisçilərindən aşağıda adları qeyd edilənlər bu hədisi nəql etmişlər:
1) Cəlaləddin Süyuti (909-cu hicri ilində vəfat etmişdir), O, özünün məşhur təfsirində yazır: "Qeyd olunan ayə nazil olanda Peyğəmbər Fatiməni çağırdı və Fədəki ona verdi. (O sonra yazır:) Bu hədisi Bəzar, Əbu Yəli, ibni Əbu Hatəm və ibni Mərdveyh tanınmış səhabə olan Əbu Səid Xidridən nəql etmişlər. (O yenə yazır:) Ibni Mərdveyh Ibni Abbasdan nəql etmişdir ki, qeyd olunan ayə nazil olduqda Peyğəmbər Fədəki Fatimənin mülkiyyətinə keçirtdi."
2) Əlaiddin Əli ibni Hisam (Müttəqi Hindi adı ilə məşhurdur və 976-cı hicri ilində vəfat etmişdir) O da qeyd olunan hədisi nəql edərək yazır: "Ibnün-Nəccar və Hakim kimi hədisçilər öz tarixlərində bu hədisi Əbu Səiddən nəql etmişlər."
3) Əbu Ishaq Əhməd ibni Məhəmməd ibni Ibrahim Nişapuri (Sələb adı ilə məşhurdur, 427-ci (yaxud 437-ci) hicri ilində vəfat etmişdir.) O, özünün "Əl-kəşfü vəl-bəyan" adlı təfsirində bu hadisəni nəql etmişdir.
4) Məşhur tarixçi Bilazəri. (279-cu hicri ilində vəfat etmişdir) O, Məmunun Mədinə valisinə yazdığı məktubu nəql etmişdir. O məktubun bir qismi belədir:
"Rəsulullah (s) Fədək məntəqəsini Fatiməyə bağışladı. Bu məsələ o qədər aşkardır ki, Rəsulullahın (s) ailəsinin heç vaxt onda ixtilafları olmayıb. O (Fatimə) ömrünün axırına kimi Fədəkə sahiblik iddiasında idi."
5) Əhməd ibni Əbdül-Əziz Cövhəri ("Əs-Səqifə" kitabının müəllifidir). O yazır: "Ömər ibni Əbdül-Əziz xilafətə çatanda sahiblərinə qaytardığı qəsb olunmuş ilk şey Fədək idi ki, onu Həsən ibni Həsən ibni Əliyə qaytardı." (Bu cümlədən başa düşülür ki, Fədək Peyğəmbər (s)-in əziz qızının mülkü idi.)
6. Ibni Əbil-Hədid bundan əlavə, ayənin Fədək barəsində nazil olmasını Əbu Səid Xidridən nəql etmişdir. O bunu nəql edərkən Seyyid Mürtəzanın "Şafi" kitabındakı sözünə istinad etməsinə baxmayaraq, əgər Seyyid Mürtəzanın sözləri onun üçün mötəbər olmasaydı, hökmən onu tənqid edərdi. Bundan əlavə, o, "Nəhcül-bəlağə"nin şərhində bu mövzunun tədqiqatına ayırdığı fəsildə Bağdadın qərb mədrəsəsinin ustadı ilə apardığı müzakirədən aydın olur ki, o, Peyğəmbər (s)-in Fədəki öz əziz qızına bağışlamasına inanırmış.
7) Hələbi. O özünün "Siyrə" adlı kitabında Peyğəmbərin qızının iddia qaldırmasını və onun şahidlərinin adlarını qeyd edərək demişdir: "Dövrün xəlifəsi Fədəkin qəbaləsini (sənədini) Zəhranın adına yazdı, lakin Ömər onu götürüb cırdı."
8. Məsudi. O, özünün "Murucuz-zəhəb" adlı kitabında yazır. "Peyğəmbərin qızı Fədək barəsində Əbu Bəkrlə müzakirə apardı və ondan tələb etdi ki, Fədəki ona qaytarsın, Əlini, Həsəni, Hüseyni və Ümmü Əyməni özünün şahidləri kimi göstərdi."
9. Yaqut Həməvi yazır: "Fatimə Əbu Bəkrin yanına getdi və dedi: "Peyğəmbər Fədəki mənə bağışlamışdır." Xəlifə şahid istədi və... (nəhayət yazır:) Ömər ibni Əbdül-Əzizin xilafəti dövründə Fədək Peyğəmbərin ailəsinə qaytarıldı, çünki müsəlmanların iqtisadi vəziyyəti çox yaxşı idi."
Səmhudi "Vəfaül-vəfa" kitabında Fatimə (ə)-ın Əbu Bəkrlə etdiyi müzakirəni nəql edib sonra yazır: "Əli və Ümmü Əymən Fatimənin xeyrinə şahidlik etdilər və dedilər ki, Peyğəmbər Fədəki öz sağlığında Fatiməyə bağışlayıbdır." Sonra yazır: "Ömər ibni Əbdül-Əzizin xilafəti dövründə Fədək Zəhranın ailəsinə qaytarıldı."
Bir nəfər şamlı kişi Əli ibni Hüseyn (ə) ilə görüşüb dedi ki, özünü tanıtdır. Imam (ə) buyurdu: "Bəni Israil" surəsində "və ati zəl-qurba həqqəh" ayəsini oxumusanmı?
Şamlı kişi təsdiq edərək dedi:–Qohumluğa görə idi ki, Allah Öz Peyğəmbərinə əmr etdi ki, onların haqqını versin.
Şiə alimlərindən Küleyni, Əyyaşi, Səduq və s. bu ayənin Peyğəmbər (s)-in qohum-əqrəbası barəsində nazil olmasını nəql edərək qeyd etmişlər ki, bu ayə nazil olandan sonra Peyğəmbər (s) Fədəki öz qızı Fatimə (ə)-a bağışladı. Bu barədə böyük şiə tədqiqatçısı mərhum Seyyid Haşim Bəhreyni Əmirəl-möminin, həzrət Səccad, həzrət Sadiq, Imam Kazim və Imam Riza (əleyhimüssəlam) kimi din rəhbərlərindən gəlib çatan on bir mötəbər hədis nəql etmişdir. Deməli, bu ayənin Peyğəmbər (s) ailəsi barəsində nazil olmasında demək olar ki, fikir ayrılığı yoxdur. Amma bu ayənin nazil olmasından sonra Peyğəmbər (s)-in Fədəki Zəhra (ə)-a verməsini şiə hədisçiləri və sünnülərin böyük şəxsiyyətlərindən bir qrupu nəql etmişdir. Hər iki tərəfin danışığını, onların məqam və mövqelərini, həmçinin sənədləri araşdırmaq həqiqəti ayırd etməkdə çox mühüm rol oynayır. Bu sənəddə şikayətçi və iddiaçı Peyğəmbər (s)-in əziz qızı həzrət Zəhra (ə)-dır ki, onun məqamı, mövqeyi, paklığı və isməti hamıya məlumdur. Şikayətə baxan isə hakim partiyanın rəisi və dövrün xəlifəsi Əbu Bəkrdir. Belə ki, Peyğəmbər (s)-dən sonra qüdrəti ələ almış, bəziləri qorxudan, bəziləri isə tamahkarlıq məqsədi ilə onun ətrafına yığışmışdı. Peyğəmbər (s)-in vəfatından on gün keçməmiş Zəhra (ə)-a xəbər çatdı ki, xəlifə məmurları onun işçilərini Fədəkdən çıxarmış, oranın tam ixtiyarını öz əllərinə almışlar. O gündən etibarən Zəhra (ə) öz haqqını geri almaq məqsədi ilə Bəni-Haşimdən olan bir qrup qadınla xəlifənin yanına getdi və onunla aşağıdakı məzmunda danışıq apardı:
Fatimə:–Nə üçün mənim işçilərimi Fədəkdən çıxarmısan? Nə üçün mənim haqqımı əlimdən almısan?
Xəlifə:–Mən sənin atandan eşitmişəm ki, peyğəmbərlər özlərindən sonra heç nəyi irs qoymurlar.
Fatimə:–Fədəki atam öz sağlığında mənə bağışlamışdı və mən elə o vaxt onun (Fədəkin) sahibi idim.
Xəlifə:–Dediklərinə şahidlərin varmı?
Fatimə:–Bəli, varımdır. Mənim şahidlərim Əli və Ümmü Əyməndir.
O iki nəfər Zəhra (ə)-ın istəyi ilə onun Peyğəmbər (s) zamanında Fədəkin sahibi olduğuna şəhadət verdilər. Tarixçilərin çoxu Zəhra (ə)-ın şahidi kimi yalnız Əli və Ümmü Əymənin adını qeyd etmişlər. Lakin bəziləri yazırlar ki, Həsən və Hüseyn (əleyhiməssəlam) da şəhadət verdilər. Bu həqiqəti Məsudi və Hələbi nəql etmişlər. Hətta Fəxri Razi yazır ki, Peyğəmbərin qulamlarından biri də Zəhranın haqq olmasına dair şəhadət verdi, lakin onun adını qeyd etməmişdir. Amma Bilazəri o qulamın adını qeyd edərək deyir: "O, Peyğəmbərin qulamı Ribah idi."
Tarix nöqteyi-nəzərindən iki cür nəqlin bir-biri ilə heç bir ziddiyyəti yoxdur, çünki, tarixçilərin nəql etdiyi kimi, xəlifə iddianı sübut etmək üçün bir qadın və bir kişinin şəhadətini kafi bilməyibdir. (Gələcəkdə bu barədə bəhs edəcəyik.) Buna görə də mümkündür ki, Peyğəmbər (s)-in əziz qızı Həsəneyni (İmam Həsən və İmam Hüseyni) və Rəsuli-Əkrəm (s)-in qulamını şahidlərin sayını təkmil etmək üçün gətirmiş olsun. Şiə hədisləri nəzərindən Peyğəmbər (s)-in qızı qeyd olunan şahidlərdən əlavə, Əsma Binti- Ümeysi də gətirmişdi. Həmçinin bizim hədislərimizdə var ki, Peyğəmbər (s) Zəhra (ə)-ın Fədəkə sahib olmasını bir məktubda və yazılı şəkildə təsdiq etmişdi, təbii olaraq Zəhra (ə) o məktuba istinad etmişdir. Əmirəl-möminin Əli (ə) şəhadət verdikdən sonra xəlifəni, onun yol verdiyi səhvdən xəbərdar etdi. Çünki, xəlifə elə bir adamdan şahid istəyirdi ki, Fədək onun öz mülkiyyətində idi və mülkiyyət sahibindən şahid istəmək islami mühakimə qaydalarının əksinə idi. Buna görə də xəlifəyə buyurdu:–Əgər mən bir müsəlmanın əlində olan bir şeyin mənim olmasını iddia etsəm, onda kimdən şahid tələb edərsən? Iddiaçı olduğum halda məndən şahid istəyərsən, yoxsa o şəxs ki, mal onun ixtiyarında və mülkiyyətindədir, ondan şahid istəyərsən?
Xəlifə dedi:–Belə olan halda mən səndən şahid tələb edərəm.
Əli (ə) buyurdu:–Uzun müddətdir ki, Fədək bizim ixtiyarımızda və mülkiyyətimizdədir. Əgər indi müsəlmanlar Fədəkin ümumi maldan olmasını deyirlərsə, onlar şahid gətirməlidirlər, biz yox!
Xəlifə İmam (ə)-ın güclü məntiqi qarşısında susdu.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |