» » » "Ali-İmran” surəsi (1-2)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
"Ali-İmran” surəsi (1-2)
0
Müəllif: Huseynci Medine | 20-10-2017, 15:00 | Baxılıb: 1 119
"Ali-İmran” surəsi
(3-cü surə, 200 ayə)
Üç, dördüncü cüzlər
"Ali-İmran” surəsinin siması
"Ali-İmran” surəsi 200 ayədən ibarətdir. Surənin ayələrində xüsusi bir nizam və uyğunluq var. Surə Mədinədə nazil olmuşdur. Surənin nüzulu İslama dəvət nidasının dünyaya ucaldığı və bu nidanın düşmənləri oyadıb onların qulaqlarını cingildətdiyi bir dövrə təsadüf edir.
"Əl-Mizan” təfsirində deyilir ki, Yəmənin Nəcran məntəqəsi məsihilərindən bir dəstəsi İslam peyğəmbərinin buyruqlarını eşitmək üçün Mədinəyə gəldikləri vaxt onlara İslam maarifini bir dəfəyə aydınlaşdırmaq üçün bu surənin təqribən səksən ayəsi nazil oldu və mübahilə (haqdan uzaq düşəni lənətləmə) macərası baş verdi.
Eləcə də, Ühüd savaşı macərası və müsəlmanların səbir və dözümə dəvəti bu surədə bəyan olunmuşdur. Bu surənin "Ali-İmran” adlanmasının səbəbi onun 33-35-ci ayələrində İmran qızı Məryəmin dünyaya gəlişi əhvalatının bəyan olunmasıdır. "Ali-İmran” dedikdə həzrət Məryəm və həzrət İsa nəzərdə tutulur. Həmçinin həzrət Musanın da atasının adı İmran olmuşdur.
1. بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ
Rəhman və rəhim Allahın adı ilə
1. الم
"Əlif, lam, mim” (müqəttəə, rəmzi hərflər)
Nöqtələr
Təfsirin birinci cildində "Bismillahir rəhmanir rəhim” ayəsi haqqında danışdıq. Bu ayənin xüsusi yeri var və müstəqil bir ayədir. İstənilən bir işin əvvəlində bu ayəni demək tapşırılmışdır. Surələrin başlanğıcında bu ayənin təkrarı onun əhəmiyyətini göstərir. "Bismillah” təkcə İslama məxsus deyil. Digər peyğəmbərlər də bu ayəni eyni şəkildə işlətmişlər. "Bismillah” ifadəsinin əvvəlindəki "ba” hərfi yardım istəmək mənasını bildirir. Aydın olur ki, Allahın istək və iradəsi olmadan heç bir iş gerçəkləşmir.
Allahdan yardım diləmək Onun bütün sifətlərindən kömək almaqdır. O, rəhman və rəhimdir. Bizim ümid gözümüz Onun rəhmətindədir. Bu, həm də o biri dünyaya aid olan geniş və ümumi bir rəhmətdir. Bəli! Başqalarının ya rəhmi yoxdur, ya da onların rəhmi xüsusi fərdlərə, zamana və ya məkana xasdır. Başqalarının rəhm göstərməkdə məqsədi nə vaxtsa bəhrələnməkdir. Heyvana verilən ot, quşa verilən dən sonradan bəhrə götürmək məqsədi daşıyır. Təmənnasız, geniş və əbədi olaraq göstərilən rəhmət isə Allaha xasdır. Belə Rəhman və Rəhim Allahdan kömək istəyək və deyək: "Bismillahir-rəhmanir-rəhim”.
"Bəqərə” surəsində qeyd olunduğu kimi, Əlif, Lam, Mim müqəttəə hərflərdəndir. Müqəttəə hərflər haqqında ən məşhur və üstün nəzər bu ola bilər ki, bu hərflər Allah və Onun rəsulu arasında olan rəmzdir. İmam Sadiq (ə) buyurmuşdur: "Ali-İmran” surəsinin başlanğıcındakı Əlif, Lam, Mim "Mənəm Məcid Allah” mənasındadır”.("Təfsire-Nurus Səqəleyn”, c.1, s. 309.)Müqəttəə hərflər belə bir məsələyə də işarə ola bilər ki, Allahın kəlamı olan Quran da həmin əlifba hərflərindən tərtib olunmuşdur və buna baxmayaraq möcüzədir. Əgər bacarırsınızsa, siz də həmin hərflərdən Quran kimi bir kitab tərtib edin. Necə ki, ilahi qüdrət torpaqdan insan, insan isə kərpic, kuzə yaradır. Bu, ilahi qüdrətlə bəşər qüdrəti arasında olan fərqdir.
Quranın altı surəsi ("Bəqərə”, "Ali-İmran”, "Ənkəbut”, "Rum”, "Loğman”, "Səcdə”) "Əlif, Lam, Mim” müqəttəə hərfləri ilə başlayır.
2. اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ
"Allahdan başqa məbud yoxdur, O, diri və qəyyumdur.”
Nöqtələr
"Qəyyum” o varlığa deyilir ki, bir başqasına söykənməmiş olsun. Hamının söykəndiyi və ya hamıya dayaq olan varlıq qəyyumdur.
Allah yaratmaqda kamil, tədbir və hakimiyyətə malikdir. Maddi amillər və səbəblər yaranış vasitələridir. Amma bu səbəblər müstəqil deyil, onları səbəb edən var. Digər mövcudlarda müstəqil olan elm, həyat və qüdrət yoxdur. Yalnız Allah bir mövcudun diriliyini təmin edən bir diridir və hamı Ondan asılıdır.
"Cövşən-Kəbir” duasında oxuyuruq: O, hər bir diridən qabaq diri və hər bir diridən sonra diridir. Heç bir diri Ona şərik deyil və O, ehtiyacsızdır. Bütün dirilərin canı və ruzisi Onun əlindədir. O elə bir diridir ki, öz diriliyini bir başqasından irs almamışdır.”
Bildirişlər
1. Səmavi kitabların sərlövhəsi tövhiddir.
2. Məbud olmağın şərti zati kamilliklərə malik olmaqdır. Yalnız Allah Öz zatı üzərindədir və mütləq surətdə ehtiyacsızdır.

Kitabın adı: Nur təfsiri (ikinci cild)

Müəllif: Möhsin Qəraəti

 

 
 
Bölmə: Quran / Qurana aid
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.