“Bəqərə” surəsi (241-242)
241. وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ
"Təqvalı kişilər üçün boşanmış qadınlarını bəhrəyə çatdırmaq yaxşıdır.”
242. كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
"Allah Öz ayələrini sizin üçün belə aşkar edir. Bəlkə düşünəsiniz.”
Əvvəlki ayələrdə boşanmış qadınlara mehriyyənin ödənməsi üsulu istər yaxınlıqdan qabaq, istərsə də yaxınlıqdan sonrakı hallar üçün bəyan olundu. Ayə o şəxslər haqqındadır ki, əqd zamanı onların mehriyyəsi müəyyənləşdirilməyib və yaxınlıqdan qabaq talaq verilib. Ya da ayə boşanmanın bütün halları üçün əxlaqi bir tövsiyədir. Yəni tam və ya yarı mehriyyənin ödənməsindən əlavə, qadının iztirablarının aradan qaldırılması üçün kişi tərəfindən hədiyyə verilməsi nəzərdə tutulur.
Əlbəttə ki, bu, əxlaqi və müstəhəb bir göstərişdir. Təqva sahibləri, pəhrizkarlar buna riayət etsələr yaxşıdır.
Beləcə, 236-237-ci və hazırkı ayələrdə boşanmış qadınların hüquqları və hisslərinə İslamın xüsusi diqqətini müşahidə etmək olur.
İmam Hüseyn (ə) boşadığı bir qadına kəniz hədiyyə etdi.("Nəhcül-bəlağə” x. 183. )
1. Boşanmış qadınlarla rəftarda təqvalı olmaq lazımdır.
2. Kini aradan qaldırmaq kimi təsəlli roluna malik hədiyyə verilməsi təqvalıların nişanəsidir.
3. İlahi hökmlərin və göstərişlərin faydasını anlamaq üçün onlar haqqında düşünmək lazımdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti