Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Nöqtələr
Bu ayədə borcluya möhlət vermək tapşırılsa da, borclu şəxs bu tapşırıqdan sui-istifadə etməməlidir. Çünki üzürsüz səbəbdən borcunu ödəməyən kəs günahkardır. Hədisdə nəql olunmuşdur: "Üzrü olmadan borcunu ödəməyənlər üçün oğurluq günahı yazılar. Möhlət verənlər üçün isə şəhidlərin mükafatı qeyd olunar. Borcluya verilən möhlətin hər günü üçün həmin məbləğdə sədəqənin mükafatı qeyd olunar.”["Təfsir”, c. 7, s.176.]
İmkanı çatmayan borclunu bağışlamaq sizin üçün daha yaxşıdır. Çünki:
a) Bəlkə də sabah sizin özünüz üçün də belə bir vəziyyət yaransın.
b) Mal nə vaxtsa unudulur, amma imkanı olmayana bağışlamaq heç vaxt unudulmur.
v) İmkansızın və Allahın razılığını qazanmaq adi qazancdan qat-qat üstündür.
Fiqhi hökmlərdə deyilir: Üzürlü borclunu həbs etmək qadağandır. Borclu şəxsin həqiqətən borcu ödəmək imkanı yoxdursa, onun borcunun ödənməsi İslam hökumətinin vəzifəsidir.
Bildirişlər
1. İslam zəifliyə düçar olmuşların himayədarıdır.
2. Təkcə sələm almamaqla kifayətlənməyin. Sərmayəni də geri alarkən müdara edin.
3. Borcun ödənməsi üçün vaxt təyini borclunun gücünə uyğun olmalıdır.
4. İmkanı çatan borclunu borcunu ödəməyə məcbur etmək olar.
5. Fəqirə onun borcunu bağışlamaq sədəqədir.
6. İslamın hüquqi və iqtisadi nizamı onun əxlaqi nizamı ilə bağlıdır. Borcu geri almaq haqq olsa da, möhlət vermək və bağışlamaq tövsiyə olunur.
7. İnsanın darlığı və dünya malına məhəbbəti ona imkan vermir ki, dəyərlərin və kamilliklərin mahiyyətini dərk etsin.
"Allahın hüzuruna qaytarılacağınız, sonra hər kəsin qazandığının əvəzi artırılıb-əskildilmədən veriləcək və onlara zülm olunmayacaq gündən qorxun.”
Nöqtələr
Bu ayə sələm ayələrinin yekunu və ümumi xəbərdarlıq kimi nazil olmuşdur. "Kəşşaf”, "Əl-Mizan”, "Məcməul-bəyan”, "Kəbire-Fəxr-Razi”, "Bürhan” təfsirlərində qeyd olunmuşdur ki, bu ayə həzrət Peyğəmbərə (s) nazil olmuş son ayədir. Ayə o həzrətin öz göstərişi ilə bu surədə yerləşdirilmişdir.
Bildirişlər
1. Qiyamət mühüm bir gündür. "Yovmən” sözündəki qeyri-müəyyənlik bildirən"tənvin” həmin günün əzəmətini bildirir.
2. Sələm almaq və dünya həyatı qurmaq sadə və ötəridir. Əbədi və davamlı olan isə qiyamətdir.
3. Təqva və qiyamətin zikri sələmdən və digər haramlardan uzaq qalmaq üçün ən güclü amildir.
4. İslamın iqtisadi nizamının zəmanətçisi xalqın iman və təqvasıdır.
5. Bu dünyanın müamilələrində artırıb-əskiltmə imkanı var. Allahla müamilədə isə heç bir kəm-kəsir yoxdur.
6. Cəza və mükafat meyarı arzu yox, əməldir.
7. İnfaqınızdan və sələmlərinizin qazancını tərk etməkdən nigaran olmayın. Sizin yaxşı əməllərinizdən zərrəcə azalmaz.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |