![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
“Bəqərə” surəsi (93-94)
93. ﴿وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُواْ قَالُواْ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُواْ فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِن كُنتُمْ مُّؤْمِنِينَ﴾
“(Xatırlayın,) sizdən əhd aldığımız, Tur dağını sizin üzərinizə qaldırdığımız və “sizə verdiyimiz göstərişlərimöhkəmtutun və eşidin” dediyimiz vaxt onlar dedilər: “Eşitdik və itaətsizlik etdik... Öz küfrləri səbəbindənbuzovpərəstliyəbağlandılar. De ki, əgər iman iddiasındasınızsa, imanınız sizi pis şeylərə sövq edir.”
◘Yəhudilərin son sözü bu idi ki, əgər peyğəmbər Bəni-İsraildən olmasa, ona iman gətirməsinlər və yalnız onların özünə nazil olmuş kitabı qəbul etsinlər.
Quran onların bir neçə yalanını bəyan edir. İlk nümunə əvvəlki ayədə idi və belə buyurulurdu: “Əgər siz bu iddianızda haqlısınızsa, bəs nə üçün Musaya arxa çevirib, buzovpərəstlik dalınca getdiniz?!” İkinci nümunədə isə belə buyurulur: “Sizdən əhd aldıq və Tur dağını üzərinizə qaldırıb dedik: “Var gücünüzlə Tövratın səmavi qanunlarından tutun, qulaq asıb əməl edin.” Amma siz dediniz: “Biz qanunları tanıyırıq, amma əməl etmirik.” Əgər Quran və İslam peyğəmbərinə iman gətirməkdə bəhanəniz budursa ki, Məhəmməd (s) sizdən deyil, bəs nə üçün özünüzdən olan Musa və onun Tövratına iman gətirmədiniz?!
Quranda bu etiqadsızlığın səbəbi belə bəyan olunur. Küfrləri səbəbindən onların qəlbi buzova məhəbbətlə doldu və nə düşüncə, nə də iman üçün yer qalmadı. Əgər Bəni-İsrail doğru deyirsə ki, onlara nazil olan hər şeyə iman gətirirlər, bəs əməl namələrindəki cinayətləri necə izah edirlər? Məgər buzovpərəstlik, peyğəmbərin qətli, əhdi pozmaq imandandırmı?!
1. Nümunə götürmək əməl səbəblərindən biridir.
2. İlahi inqilabın nailiyyətlərini qorumaq hədələr bahasına da olsa zəruridir.
3. İlahi hökmlərin və göstərişlərin yerinə yetirilməsi qüdrət, ciddilik, eşq və qərara ehtiyaclıdır. Vəzifələrin icrası zarafat və dəbdəbə ilə uyğun deyil. Dindarlıqla zəiflik, qətiyyətsizlik, sazişçilik bir araya sığmır.
4. İfrat eşq və bağlılıq təhlükəlidir. Bir şeyə ifrat bağlanan insan həqiqətləri qəbul etmək istəmir. (Bəli, bir şeyə könül bağlayan insan kor və kar olur, həmin şeyin eyblərini görə bilmir.)
5. İnsanın düşüncə və əqidəsinin ən aşkar göstəricisi onun rəftarıdır.
94. ﴿قُلْ إِن كَانَتْ لَكُمُ الدَّارُ الآَخِرَةُ عِندَ اللّهِ خَالِصَةً مِّن دُونِ النَّاسِ فَتَمَنَّوُاْ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ﴾
“De ki, əgər Allahın yanında axirət sarayı başqa xalqlara yox, sizə məxsusdursa, onda ölüm istəyin. Əgərdoğrudeyirsinizsə!”
◘Bəni-İsrailin yalan iddialarından, saysız xəyalpərvərliklərin-dən bəzilərini nəzərdən keçirək:
–Biz Allahın övladları və əzizləriyik.
–Yəhudi və ya məsihi olmayan kimsə behiştə daxil olmaz.
◘Allahın övliyaları nəinki ölümdən qorxmurlar, əksinə, ölüm üçün həsrət çəkirlər. Necə ki, Həzrət Əli (ə) buyurur: “And olsun Allaha, Əbu-Talib övladının ölümə həvəsi, südəmər körpənin ana döşünə olan həvəsindən çoxdur.”
Bəli, insan elə bir tərzdə yaşamalıdır ki, hər an ölümə hazır olsun. (Sürücü yalnız tanımadığı yoldan və uğursuz səfərdən qorxur. Yanacağı olan, qaçaq mal aparmayan, gedəcəyi yerdə yaşamağa yeri olan müsafir nə üçün qorxmalıdır?! Həqiqi mömin üçün bu səfər çox sevindiricidir.)
1. Puç xəyallar və mövhumatlarla sərt rəftar edin.
2. Millətpərəstlik və irqpərəstlik qiyamətədək davam edər.
3. Ən üstün hakim vicdandır.
4. Ölümə hazırlıq həqiqi və sədaqətli iman nişanəsidir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |