Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (35 və 36-ci hissə)
35. ﴿وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ﴾
“Dedik: Ey Adəm! Sən öz zövcənlə bu bağda sakin ol və hər ikiniz istədiyiniz kimi oradakı meyvələrdən bol-bolyeyin. Yalnız bu ağaca yaxın gəlməyin. Yoxsa özünüzə zülm edənlərdən olacaqsınız.”
Nöqtələr
Quran dilində “Şəcər” təkcə ağac yox, həm də buta deməkdir. Məsələn, Quranda belə bir ayə var: “Üstündə iki yarpaqlı bir buta bitirdik.” Əgər rəvayətlərdə və təfsirlərdə bu ayədə “şəcər” sözünün buğdaya işarə olduğunu oxusanız, etiraz etməyə yer yoxdur.
◘“Cənnət” dünya bağlarına da deyilir. “Qələm” surəsinin on yeddinci ayəsində oxuyuruq: “Biz cənnət (bağ) sahiblərini imtahana çəkdik. Quranın digər ayələrindən və rəvayətlərindən məlum olur ki, Adəmin sakin olduğu cənnət vəd olunmuş cənnət olmamışdır. Çünki:
1. Vəd olunmuş cənnət mükafatdır. Adəm bir iş görməmişdi ki, ona mükafat veriləydi.
2. Behiştə daxil olan kəs bir daha oradan çıxmır.
3. Həmin behiştdə qadağa, vəzifə yoxdur. Halbuki Adəmə hansısa ağacdan istifadə etmək qadağan edilmişdi. Bundan əlavə, Əhli-Beyt rəvayətlərində də nəql olunur ki, Adəmin olduğu behişt vəd olunmuş behişt olmamışdır.
◘Adəmə edilən qadağa vəzifə qadağası deyildi. Ona görə də bu qadağanın pozulması haram sayılmırdı. Bu qadağada məqsəd tövsiyə və yol göstərilməsi idi.
Bildirişlər
1. Məskəndə qadın kişiyə tabedir. (“Əntə və zəvcukə”)
2. Bir şəxsi pis işdən çəkindirmək istədikdə tərbiyə şivəsində əvvəlcə doğru yola çağırın, sonra qadağa qoyun. Bu ayədə də əvvəlcə cənnətdə qalmaq çağırışı, sonra isə qadağa bəyan olunur.
3. Günaha yaxınlaşmaq günahın qucağına düşmək səbəbidir. (“La təqrəba... fətəkuna”)
4. İlahi yoldan çıxmaq insanın özünə zülmüdür. (“Fətəkuna minəzzalimin”) Adəm və onun zövcəsi tövbə üçün dedilər: “Özümüzə zülm etdik.” Peyğəmbərlərin ismət sahibi, günahsız olması bunugöstərir ki, bu məqamda zikr olunan zülm günah yox, “tərke-övla”, yəni yaxşı bir işin tərki idi.
36. ﴿فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُواْ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ﴾
Nöqtələr
◘Əvvəlcə haqqında danışdığımız (“İnni cailun fil-ərzi xəlifətən”) ayəsindən məlum olur ki, Adəmin yaranışında əsas məqsəd onun yer üzündə yaşayışı olmuşdur. Amma yer üzündə yaşayış üçün bəzi hazırlıqlar olmalı idi. Adəm bilməli idi ki:
1. Mütləq azad deyil. Onun həyatında əmr və qadağa, vəzifə mövcuddur.
2. İblis onun düşmənidir və öz andları, yalan vədləri ilə onu aldadasıdır.
3. Şeytana itaət süqut amilidir.
4. Tövbə səhvləri aradan qaldırmaq vasitəsidir.
◘İmam Riza (ə) buyurmuşdur: “Adəmin büdrəmə macərası, o, peyğəmbərlik məqamına çatmamış baş vermişdi. Bununla belə, onun büdrəməsi bağışlanılması kiçik bir səhv idi.”
◘Şeytan Adəmi büdrətmək üçün bütün psixoloji və təbliğati üsullardan istifadə etdi. O cümlədən:
a) Adəm və Həvva üçün and içdi.
b) Xeyirxahlıq libası geyib dedi: “Mən sizin xeyirxahınızam
v) Onlara əbədilik vəd etdi və dedi ki, əgər bundan yesəniz, həyatınız və hakimiyyətiniz əbədi olacaq.
q) Yalan danışdı və haqqın zatına böhtan atdı. Bildirdi ki, Allah sizin mələk olmağınızdan və əbədi yaşayacağınızdan qorxduğu üçün belə qadağan qoyub.
Bildirişlər
1. Böyüklər üçün də şeytan təhlükəlidir. O, Adəm və Həvvanın sorağına gəldi. (“Fəəzəlləhuma”)
2. Şeytan bəşər nəslinin qədim düşmənidir. Çünki ilk yaranış günündən ata-anamızın görüşünə getdi. (“Fəəzəlləhuma”)
3. İnsan öz-özlüyündə xətaya yol verən və şübhəyə düşəndir. (“Fəəzəlləhuməşşəytan”)
4. Hər bir insan öz istedad və ləyaqətlərinə görə behiştlikdir. Amma yol verdiyi azğınlıqlar onu süquta uğradır. (“Fəəxrəcəhuma”)
5. Allaha itaətəsizliyin, İblisin vəsvəsələrinin acı aqibətindən ibrət götürün. Şeytanın nüfuzu altına düşmək ilahi məqamlardan xaric olmaq və məhrumiyyətdir. (“Fəəzəlləhuməşşəytan... fəəxrəcəhuma”)
6. Dünya həyatı müvəqqətidir. (“İla hin”)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |