» » » “Bəqərə” surəsi (29 və 30-cu hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6709

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6693

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Eylül 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Bəqərə” surəsi (29 və 30-cu hissə)
    0
    Müəllif: Huseynci Medine | 15-01-2017, 13:00 | Baxılıb: 633

     

    “Bəqərə” surəsi (29 və 30-cu hissə)

     

    29. ﴿هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

     

    “Yerdə olanları bütünlüklə sizin üçün yaradan, sonra səmanı yaratmağa başlayıb, oları yeddi səma şəklindəmöhkəmlədən Odur. O hər şeydən agahdır.”

     

    Nöqtələr

    ◘“Səma” sözü ərəb dilində yüksəkliyi bildirir. Bəzən, yerdən bir neçə metr hündürdə olan ağac budaqları haqqında da “səmaya ucalmış” ifadəsini işlədirlər. Bəzən yağış yağdıran buludların da yüksəkliyi haqqında səma kəlməsi işlədilir.“Ənbiya” surəsinin 32-ci ayəsində isə belə buyurulur: “Səmanı hifz edilən tavan qərar verdik”.)

    Bildirişlər

    1. Qadir, bağışlayan, ehtiyacları aradan qaldıran Allaha qarşı küfr təəccüb doğurur. (“Kəyfə təkfurunə”)

    2. Varlıq aləmi insan üçün xəlq olunmuşdur. (“Xələqə ləkum”)

    3. Varlıq nizamında bir məqsəd vardır. Dünyanın yaranışı tədbir və hikmətli plan əsasında baş tutmuşdur. (“Xələqə ləkum”)

    4. Təbiətdə heç bir varlıq əbəs yaradılmamışdır. Sadəcə biz onlardan istifadə yolunu bilmirik. (“Xələqə ləkum”)

    5. Əsas odur ki, xüsusi bir dəlillə qadağan olunmayan hər bir şey insan üçün mübahdır. (“Xələqə ləkum ma fil-ərzi cəmia”)

    6. Dünya insan üçündür, insan dünya üçün yox! (“Xələqə ləkum”)

    7. İnsan elmi baxımdan elə bir məqama çata bilər ki, bütün təbiətin ətalarından istifadə edər, varlıq aləminin sirlərini açıb, onu özünə ram edər. (“Ləkum”)

    8. Yerin ətaları hamının istifadəsi üçündür. (“Xələqə ləkum ma fil-ərzi”)

    9. Dünyanın yeddi qat səmasında tarazlıq var və heç bir uyğunsuzluğa təsadüf olunmur. (“Fəsəvvahunnə səbə səmavat”)

    10. Səmanın və yerin yaradılışı bütünlüklə ilahi elmə əsaslanır. (“Xələqə ləkum... əlim”)

    11. Yerin və yeddi qat göyün yaranışı Allahın ölüləri diriltməyə qadir olmasının dəlilidir. Əvvəlki ayədə buyurmuşdur: “Summə yuhyikum... huvəlləzi” .

     

    30. ﴿وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً قَالُواْ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاء وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لاَ تَعْلَمُونَ﴾

     

    “Rəbbin mələklərə deyəndə ki, Mən yer üzündə bir xəlifə yaradacağam, mələklər dedilər: “Yoxsa yer üzündə fəsadtörədib qan tökəcək bir kəsmi yaratmaq istəyirsən? Halbuki biz Sənə həmd və sitayişlə tərif deyir, Səni müqəddəstuturuq.” Allah buyurdu ki, həqiqətən, Mən sizin bilmədiyinizi bilirəm.”

     

    Nöqtələr

    ◘Əvvəlki ayədə oxuduq ki, Allah yer üzünün bütün nemətlərini insan üçün yaratmışdır. Bu və sonrakı ayələrdə insanın yer üzündəki xəlifəliyindən danışılır və bəşəriyyətin fəsadı ilə bağlı mələklərin nigarançılığı bildirilir. Sonra Allahın izahatı və mələklərin ilk insan qarşısındakı səcdəsindən danışılır.

    ◘Mələklər ya ilahi xəbərlər vasitəsi ilə, ya Adəmdən əvvəlki insanları gördüklərindən, ya maddi insanın təbii zəhmətlərini öncədən bildiklərindən, onun qan töküb, fəsad törədəcəyindən danışırdılar.

    ◘Bütün insanlarda xəlifə olmaq istedadı olsa da, hamı xəlifə ola bilmir. Çünki onlardan bəziləri öz rəftarı ilə heyvandan da alçaq bir məqama süqut edir. Necə ki, Quranda buyurulur: “Onlar heyvan kimidirlər, bəlkə daha çox zəlalətdədirlər.”

    ◘Bu xəlifənin qərargahı yer üzüdür. Onun ləyaqəti isə çox-çox yüksəyə çatır.

    ◘Başqalarına sual vermək icazəsi verin. Allah Öz mələklərinə belə bir izn verdi. Mələklər Onun icazəsi olmadan danışmırlar. Mələklər bilirdilər ki, hər bir yaranışda ali bir hədəf var.

    Sual: Nə üçün Allah insanın yaranışında məsələni mələklərə açıqladı?

    Cavab: İnsan maddi quruluşu çox möhkəm yaradılmış xüsusi bir məxluqdur. Ona ilahi ruh üfürülmüşdür. Allah onu yaratdıqdan sonra Özünə təbrik demişdir.

    Sual: Daim hazır, görən və qəyyum Allahın canişin və xəlifəyə nə ehtiyacı vardı?

    Cavab: Əvvəla, insanın canişinliyi kiminsə ehtiyacını ödəmək üçün deyil. İnsanın canişinlik məqamı onun kəramət və fəzilət rütbəsidir. İkincisi, yaranış nizamı vasitələrə, səbəblərə əsaslanır. Allah bütün işləri müstəqil şəkildə yerinə yetirməyə qadir olsa da, işlərin icrası üçün vasitələr qərar vermişdir. Bu vasitələrdən bəzilərini qeyd edək:

    –Əsl idarə edən Allah Özü olsa da, varlıq aləminə mələkləri idarə edən qərar vermişdir.

    –Şəfa Allahın əlində olsa da, Allah məsələn, balda şəfa qərar vermişdir.

    –Qeyb elmi Allaha məxsus olsa da, Allah bu elmdən bir hissəsini saleh bəndələri üçün açıqlamışdır.

    Demək, insan Allahın canişini ola bilər və bu canişinə itaət Allaha itaət sayılar. Bu canişinə beyət Allaha beyət kimi sayılar. Eləcə də, Allahın canişininə məhəbbət Allaha məhəbbət kimi qəbul edilər.

    ◘Mövcudlar haqqında mühakimə üçün bütün xeyirli və zərərli mövcudları yanaşı qoymaq lazımdır. Bu mühakimədə tələsmək olmaz. Mələklərə elə gəlirdi ki, onların Allaha həmd-sənası insanın həmd-sənasından çoxdur. İblis də özü haqqında belə düşünür və deyirdi: “Mən oddanam, Adəm isə torpaqdan.” Bu iddia ilə insana səcdə etmək istəmirdi. Allah isə hər şeyi bildiyindən insanın daha üstün olduğunu buyururdu: (“İnni ələmu mala tələmun”)

    Bildirişlər

    1. Allah ən öncə yaşayış vasitələrini hazırlayıb, sonra insanı xəlq etdi (“Nəhcül-bəlağənin 91-ci xütbəsində həzrət Əli (ə) də bu məsələyə toxunmuşdur.”)

    2. Mələklər insandan əvvəl xəlq olunmuşlar. Ona görə də Allah insanın yaradılışını onlara xəbər verir.

    3. İlahi xəlifənin, canişinin və hakimin seçimi Allahın əlindədir (“İnni cailun fil-ərzi xəlifətən”)

    4. İnsan Allahın yer üzündə daimi canişinidir. (“Cailun”) (İsme-fail olan “Cail” sözü davam rəmzidir.)

    5. İnsan məxluqların əşrəfidir və Allah xəlifəliyi məqamına layiq ola bilər. (Əlbəttə ki, zalımlar bu məqamdan məhrumdurlar.

    6. Mələklər elə bilirdilər ki, insan daim fəsad törədib qan tökəcək. (“Yufsidu... və yəsfiku”)

    7. İlahi xəlifə və hakim ədalətli olmalıdır. Allah canişini günahkar ola bilməz. Xəlifə “yer üzündə fəsad törədən” olmamalıdır.

    8. İnsanın öz ləyaqətini qorumasının səbəbi həsəd deyilsə, belə qorunmanın eybi yoxdur. (“Və nəhnu nusəbbihu bihəmdikə və nuqəddisu ləkə”)

    9. Aram bir fəzada ibadət və təsbih ləyaqət üçün lazım olan yeganə meyar deyil.(“Nəhnu nusəbbihu”)

    10. Bir qrup adamın çaşqınlığı və fəsadına görə başqalarının təkamülünün qarşısını almaq olmaz. Allah bilirdi ki, insanlardan bir qrupu fəsad törədəcək. Amma O, yaranma nemətindən başqalarını məhrum etmədi.

    11. Şübhəni aradan qaldırmaq üçün sual vermək itaətsizlik deyil. (“Ətəcəlu fiha”)

    12. Allah insanın fəsad törədib qan tökəcəyini rədd etmədi. Amma mühüm bir məsləhət və insanın ləyaqətini bəyan etdi. (“İnni ələmu ma la tələmun”)

    13. Sözlərinizin hamı tərəfindən qeyd-şərtsiz qəbul olunacağını gözləməyin. Çünki mələklər də Allahdan sual etdilər. (“Qalu ətəcəlu fiha”)

    14. Mələklərin elm və məlumatı məhduddur. (“Ma la tələmun”)

     

    Kitabın adı: Nur təfsiri (birinci cild)

    Müəllif: Möhsin Qəraəti

     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.