Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (22-ci hissə)
﴿الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ﴾
“O Allah ki, sizin üçün yer üzünü döşənəcək, göyü isə tavan qərar verdi. Göydən su endirdi və onun vasitəsi iləsizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. Belə isə Allahın oxşarı olmadığını bildiyiniz halda Ona şərikqoşmayın.
Nöqtələr
◘Bu ayədə Allah müxtəlif nemətlərə işarə etmişdir. Bu nemətlərin hər biri müxtəlif nemətlər üçün mənbədir. Məsələn, yerin döşənəcək olması bir çox digər nemətlərə işarədir. Eləcə də, dağların bərkliyi, biyabandakı torpaqların yumşaqlığı, yerlə günəş arasındakı məsafə, havanın istiliyi, çaylar, dərələr, dağlar, otlar və onların müxtəlif hərəkətləri yeri döşənəcək kimi hazırlamışdır. Necə ki, Quranda yer haqqında bir neçə təbir işlədilmişdir. Yer beşik (“məhd”), ram (“zəlul”) kimi yad edilmişdir.
◘“Səma” sözü ayədə bir yerdə bütün yuxarı fəzaya işarə oluraq “ərz” sözü qarşısında işlədilmişdir. Bir dəfə isə həmin sözlə yağışın buludlardan endiyi fəzaya işarə olunur.
1. İlahi nemətlərin xatırladılması ibadətə dəvətin ən üstün yollarındandır. (“Ubudu Rəbbəkum... əlləzi cəələ ləkum”)
2. Allahşünaslığın ən üstün yollarından biri imkan çatan nemətlərdən istifadə etməkdir. (“Cəələ ləkumul-ərzə firaşən vəs-səmaə binaən”)
3. Yaranış nizamında kamil bir uyğunluq müşahidə olunur. Necə ki, yer, səma, yağış, bitki örtüyü, meyvələr və insan arasında uyğunluqlar var. (“Nəzm dəlili”) (“Cəələ, ənzələ, əxrəcə”)
4. Bütün yaranmışlar hansısa məqsədlə xəlq olunmuşlar. (“Rizqən ləkum”) Yağış meyvələrin inkişafı və səmərəsi üçün (“fəəxrəcə bihi”), meyvələr insana ruzi üçündür. (“Rizqən ləkum”)
5. Torpaq və yağış bir vasitədir. Otların və meyvələrin cücərməsi Allahın əlindədir. (“Fəəxrəcə”)
6. Yaranış aləmindəki nəzm və uyğunluq tövhid nişanəsidir. Siz də təkallahçı olun: (“Fəla təcəlu lillahi əndadən”)
7. Bütün xalqın fitrət və vicdanında allahpərəstliyin kökü vardır. (“Və əntum tələmun”)
8. Yerin, səmanın, yağışın, meyvələrin, insanın ruzisinin yaranışı Allahın xaliqliyindən (Rübubiyyət) bir görünüşdür. (“Ubudu Rəbbəkum. əlləzi cəələ ləkum...)
9. Bütün insanların yer üzündə bəhrələnmək və istifadə haqları var. (Ayədə “ləkum” təkrarlanmışdır)
10. İbadətin vacib olma dəlili yeri, səmanı, yağışı, otları sizin üçün ruzi yaratmış Allahın lütfüdür. (“Ubudu Rəbbəkum.. əlləzi cəələ ləkum...”)
11. Allah təbiət vasitələrinə hakimdir. (“Cəələ, ənzələ, əxrəcə”)
12. Allahın şəriki olduğunu güman etmək cəhalətdəndir. (“La təcəlu lillahi əndadən və əntum tələmun”)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |