Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (10-cu hissə)
﴿فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ﴾
“Münafiqlərin qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırar. Onlar yalan danışdıqları üçünşiddətli əzaba düçar olacaqlar.”
Nöqtələr
◘Bəzən xəstəlik bədənə aid olur. Məsələn, “Bəqərə”, surəsinin 185-ci ayəsində xəstələrin orucluq hökmləri bəyan olunur. Bəzən isə xəstəlik ruha aid olur. Haqqında danışdığımız ayədə ruhun nifaq xəstəliyinə işarə edilir.
◘Münafiq gölməçəyə düşmüş üfunətli leşə bənzəyir. Hövzədə su artdıqca bu leşin fəsadı daha da artır, üfunət qoxusu daha da çoxalır. Nifaq insanın ruhunda yer tutduqda o, Allah tərəfindən nazil olmuş ayə və hökmlərin qarşısında təslim olmaq əvəzinə riyakarlığa əl atır və öz nifaqını artırır. Xəstə ruh bütün əməl və rəftarları riyakarlığa, nifaqa yoluxdurur. Bu, xəstəliyin güclənməsi nişanəsidir.
◘“Allah onların xəstəliyini artırır” cülməsi nifrin də ola bilər. Yəni artıq xəstələnmiş qəlbdə xəstəlik daha da gücləndirilir.
Bildirişlər
1. Nifaq ruhi xəstəlik, münafiq isə xəstədir. Xəstə sağlam və ya ölü olmadığı kimi, münafiq də nə mömindir, nə də kafir.
2. İnsanın mahiyyəti onun qəlbindən və ruhundan ibarətdir. Qəlb bütünlüklə insan deməkdir. Çünki ruh və qəlb çaşdıqda bu çaşqınlığın əsərləri sözdə və əməldə bilinir.
3. Nifaq xərçəng xəstəliyi kimi arta bilər. Quranda elm, hidayət və iman kimi bəyənilmiş sifətlər də arta bilən xüsusiyyətlər kimi tanıtdırılır.
4. Özünü yüksəldən də, süquta uğradan da insan özüdür.
5. Yalançılıq münafiqlərin məşhur usullarındandır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |