Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə”surəsi (2-ci hissə)
﴿ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ﴾
“Bu bir kitabdır ki, onun haqq olmasına heç şəkk-şübhə yoxdur. O, müttəqilərə, pəhrizkarlara yol göstərir.”
◘“La rəybə fihi” , yəni Quranın Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Çünki Onun mətləbləri şəkk-şübhəyə heç bir yer qoymur. Yaranan şəklərin səbəbi isə sui-zənn və inadkar ruhiyyədir. Necə ki, Quran buyurur: “Onlar öz yaratdıqları şəkdə avaradırlar.”
◘Quranın məqsədi bəşəriyyətin doğru yola yönəldilməsi, hidayətidir. Onlar insanların diqqətini səmalara, yerə, təbiət aləminə, heyvanlara yönəltməklə, öz elmini, qüdrətini və hikmətini onların nəzərinə çatdırır.
◘Quran bütün bəşəriyyətin hidayət vasitəsidir. (“Hudəl-lin nas”). Bəli, Quran günəştək hamının üstünə işıq saçır. Amma yalnız pak fitrətə malik olanlar, həqiqətə boyun əyənlər ondan faydalana bilər. (“Hudəllil müttəqqin”.) Bəli, günəş şüası da yalnız saf şüşədən keçir. Ona görə də, günahkarlar, zalımlar, kafirlər, qəlbi ölənlər, israfçılar, təkzibçilər Quranın hidayətindən bəhrələnə bilmirlər.
Sual: Ayədə Quran və onun mətləbləri haqqında belə buyurulur: “Onda şəkk yoxdur.” Əksinə, Quran özü müxaliflərin şəkk-şübhəsinə toxunur: “(Müxaliflər dedilər:) Biz bizi dəvət etdiyinin haqqında şübhədəyik.” “Sad” surəsinin səkkizinci ayəsində vəhy və peyğəmbərliyə şəkk, “Səba” surəsinin iyirmi birinci ayəsində qiyamət məsələsinə şəkk haqqında danışılır. Bəs necə olur ki, ayədə Qurana qarşı şəkk inkar olunur?
Cavab: “Onda şəkk yoxdur” dedikdə, hansısa fərdin şəkkindən yox, Qurana şəkk üçün yer olmadığı nəzərdə tutulur. Əgər bir şəxs şəkk edirsə, bu şəkkin səbəbi onun bəsirət gözünün korluğudur. Necə ki, “Nəml”, surəsinin 66-cı ayəsində buyurulur: “Xeyr, onlar axirətə münasibətdə kordurlar.”
1. Quran əzəmət baxımından yetərincə uca məqama malikdir.
2. Quran həzrət Peyğəmbərin (s) həyatı zamanı bir yerə toplanıb, kitab şəklinə gətirilmişdir.
3. Yol göstərən öz dəvət üsulunda və proqramında qəti olmalıdır. (“La rəybə fihi”) cümləsi Quranın qətiliyini və möhkəmliyini göstərir.
4. Quranda müttəqilərin hidayət gücü onun möhkəmliyinin və haqq olmasının ən üstün dəlilidir.
5. Quran xalis, heç bir zəlalətsiz hidayətin mayasıdır.
6. Yalnız pak və müttəqi insanlar Quranın hidayətindən bəhrələnə bilirlər. (“Hudəllil müttəqin” ərəcbə) Qəlb aynası pak olan insan Qurandan daha çox faydalanır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |