Əfv və bəxşiş ən yaxşı yoldur
İmam Səccad (əleyhissalam)öz sözlərində başqa ayəni zikr edir, buyurur:
"Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir! "(Yusif surəsi 90 )
Bundan əlavə, İmam Səccad (əleyhissalam)Nəhl surəsinində gələn ayəyə işarə edir, buyurur:
"(Ey möminlər!) İntiqam almaq məqsədilə (birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə onu da o cür cəzalandırın. Agər onlardan (intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir! "(Yusif surəsi 92 )
Bəzi rəvayətlərdə gəlib ki, bu ayə "Ühüd" döyüşündə nazil olmuşdur. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) öz əmisi Həmzənin cəsədini parə-parə gördükdə, narahat olur və buyurur:
"İlahi! Həmd və səna Sənin üçündür. Sənə şikayət edirəm. Gördüyüm mənzərə müqabilində Səndən kömək istəyirəm! "Sonra buyurur: "Əgər onlara qələbə çalsam, parça-parça edəcəm! Parça-parça edəcəm! Parça-parça edəcəm!" Bəzi rəvayətə görə buyurur: Onlardan yetmiş nəfərini bu cür edəcəm! Sonra bu ayə nazil olur.İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "İlahi! Səbr edərəm! Səbr edərəm! "(Yusif surəsi 92 )
Əfv və vaz keçməyin fərqi
Qurani-Kərimdə "Nur" surəsində buyurur: "Aranızda olan fəzilət və sərvət sahibləri, qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey verməyəcəkləri, heç bir köməklik göstərməyəcəkləri barədə) and içməsinlər. Onları əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir! "
Qeyd olunan ayə, Nur surəsində "İfk "əhvalvtının ardınca gəlib. Bu ayədə, belə bir həqiqətə işarə olunmuşdur ki, sizlərdən hər biriniz Allahın sizi bağışlamağını istədiyi kimi siz də, başqaları ilə münsibətdə sizin hüququn pozulması qarşıya çıxan hadisələrdə başqalarını cəzalandırmaqdan vaz keçin!
Maraqlısı budur ki, ərəb dilində "əfv "sözü ilə "səfh" (vaz keçmək, göz yummaq ) arasında məna cəhətdən fərq vardır. Rağib yazır: Günaha göz yummaq (səfh) bağışlamağın ən ali mərtəbəsidir. Çünki, bu halət, günahdan minnət qoymadan vaz keçməkdir. Hər kim intiqamını əfv etsə, lakin dili ya işarə ilə sonradan qarşı tərəfin günahını xatırlatsa, əslində əfv etməmişdir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi