Həzrəti Yusifin bağışlanması
Quranda Yusif peyğəmbərin və cinayətkar qardaşlarının əhvalatında bu məsələyə işarə olunub. Qardaşlar üçüncü dəfə Misirə səfərə çıxdıqda, Yusiflə tanışlıqlarının müqəddəmisi hazırlanır. Qur an buyurur:
"Onlar (qardşlar): Yoxsa sən Yusifin özüsən?! – dedilər. O da : Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz! – deyə cavab verdi."(Şərh Ğürər və Dürər. C.4. səh.324 )
Bu vaxt Yusif onların keçmiş günahlarını onlara xatırladıb soruşdu: İndi sizin barənizdə nə etmək lazımdır? Dedilər: Ey Yusif! Biz xətakarıq! Bizi hər nə cür cəzalandırsan, haqlısan! Amma, bizə qarşı alicənablıq et və bizi bağışla! Yusif cavablarında buyurdu:
"Yusif dedi: Bu gün sizə (etdiklərinizə görə ) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin mərhəmətlisidir! "(Şərh Ğürər və Dürər. C.4. səh.324 )
Bu əhvalatdan göründüyü kimi Yusifin intiqam almağa hər cür imkanı var idi. Lakin, bununla belə onları əfv edir.
İslam Peyğəmbərinin (s) Məkkənin fəthindəki əfvi
Hicrətin səkkizinci ilində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Məkkəni nizami cəhətdən mühasirəyə aldıqda, "Məscidül-Hərama" gəlib, "Həcərül-Əsvədi" öpür və bu ayəni oxuyur:
"Haq gəldi, batil getdi. Həqiqətən, batil gedəsidir!" Göstəriş verir ki, bütün bütləri sındırsınlar. Sonra "La ilahə illəllah vəhədhu lə şərikə ləh "– şüarını oxuyur. Məkkə əhlinə xitab edərək buyurur: "Özünüz barəsində nə deyirsiniz? Nə fikirləşirsiniz?" Dedilər: "Xeyir söz deyirik. Sizin barənizdə yaxşı gümandayıq. Kərim qardaş və kərim qardaş oğlu ki, indi qalibsən!"
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Mən bu gün sizə qardaşım Yusifin dediyini deyirəm: "Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin mərhəmətlisidir!"(Nəhcül-Bəlağə . 11-ci Hikmət )Sonra buyurur: Sizin hamınızı intiqamdan azad etdim!
İslam Peyğəmbərinin(səlləllahu əleyhi və alehi və səlləm) tam qüdrəti var idi ki, Məkkə əhlini etdikləri cinayətlərə görə tamamilə məhv etsin. Lakin, bir neçə nəfər ağır cinayətə mürtəkib olan şəxslərdən başqa hamını azad edir.(Müfrədat "Millət"sözü ) Bu barədə əmirəl-möminin Əli (əleyhissalam)buyurur:
"Tam qüdrət olan yerdə, əfvin fəzilət və dəyəri zühur edir! "(Yusif surəsi. 37-38 )
Həzərət həmin mətləbə işarə edir ki, bağışlamaq o yerdə ünvanlanır ki, tərəfin intiqam almağa tam qüdrəti olmuş olsun. Yoxsa, intiqama qüdrəti olmayanın bağışlamaqdan başqa çarəsi yoxdur. Həzrət başqa cümlədə buyurur:
"Ən yaxşı əfv, o əfvdir ki, qüdrət və qüvvədən sərçeşşə alsın! "(Sad surəsi-7.)
"Nəhcül-Bəlağə "də qısa kəlmələr qismətində buyurur:
"Düşməninə qələbə çalarkən əfv və bağışlamağı, qələbə nemətinə şükür qərar ver! "(Əraf surəsi-89)
Bəli! Azad insanların böyük ruhiyyələri belə tələb edir ki, intiqam almağa tam qüdrət və qüvvələri olan halda, igidlik və mərdliklə qarşı tərəfi bağışlayıb onda batini dönüş yaratsınlar.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi