Nümunəvi tacir
Anamın atası deyirdi: "Bir şəhərdən digər şəhərə atla, ulaqla səfər edildiyi dövrlərdə dostlarımla birgə İsfahanın Xansar vilayətindən İmam Rzanı(ə.) ziyarət etməyə getdik. Mən dostlarım arasında lazımi şeylər almaq işinə baxırdım. Daməğan şəhərində sübh vaxtı bir mağazaya daxil oldum. Lazım olan malı istədim. Dükanın sahibi məni mağazanın daxilinə dəvət etdi. Bu vaxt bir şəxs nə isə almaq üçün ona müraciət etdi. Çox alver edəcəkdi. O, "Zəhmət olmasa, qarşıdakı dükandan alın"-deyə cavab verdi. Mən"Müştəri istəyən maldan varımız idi. Nə üçün satmadınız?"-deyə soruşdum. O dedi:"Sübh çağı qarşıdakı mağazanın sahibini qəmgin gördüm. Səbəbini soruşduqda, "Borcum var, bu gün ödəməliyəm. Lakin dünəndən bu günə qədər kifayət qədər alver etməmişəm"-deyə cavab verdi. Mən onun qəm-qüssəsinə dözə bilmərəm. Müştərini onun dükanına göndərdim ki, o borcdan xilas olsun. Axı mömin bir-birini başa düşməlidir".
Kitabın adı: İslamda ailə quruluşu
Müəllif: Hüseyn Ənsarian
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.