Möminlərdən kömək istəmək
Kömək istəmək və əl tutmaq, möminlərin nişanələrindəndir. Quran "Şura" surəsində buyurur:
"O kəslər ki, hər vaxt zülmə məruz qalsalar, təslim olmayıb başqalarından kömək istəyərlər."(Şura surəsi-41 )
Məlumdur ki, başqalarının kömək istəmələri müqabilində, köməklik göstərmək vəzifəsi də durur. Əslində, məzlum, həm zülmün müqabilində müqavimət göstərməli, həm də başqa möminlərdən köməklik tələb etməlidir. Möminlər də bu tələbin müqabilində məzluma köməklik göstərməlidirlər. "Ənfal" surəsində həmin məsələyə işarə olunur, buyurur:
"Lakin əgər onlar (müsəlmanlar) din yolunda sizdən kömək istəsələr, onlara kömək göstərmək sizə vacibdir."(Şura surəsi-41 )
Bu göstəriş əslində, zalimlərə xəbərdarlıq edir ki, bilsinlər, möminlər öz dindaşlarının zülmü müqabilində sakit oturmayacaqlar."Şura" surəsində pisliyə qarşı pislik cavabında buyurur:
"Hər hansı bir pislyin cəzası onun özü kimi bir pislikdir. Bununlə belə hər kəs pislik edəni bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalimləri sevməz! "(Nəhl surəsi-126 )
Əlbəttə, zalimin işi pisliklə tanınmalıdır. Necə ki, ayədə ona işarə olunmuşdur. Lakin, vacib deyil ki, onun cəzası pisliklə qaytarılsın. Əgər ayədə pislik edənin cavabında "pislik" sözü işlədilmişdirsə, əvvəlcə qeyd olunmuş zalimə görədir. Yaxud, zalimin işinin pisliyini nişan verməkdən ötrü bu ifadə işlənilmişdir. Yaxudda, ola bilsin bu səbəbdəndir ki, cəza, azar və əziyyət sayılır, əziyyət isə zatən pisdir. Doğrudur ki, zalimin qisası öz-özlüyündə pis iş adlandırılmır. Bu ayə, Bəqərə surəsindəki ayəyə oxşayır, buyurur:
"Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin). Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir."(Təfsir nümunə .c.11. səh.457 )Kömək istəmək heç də eyib deyildir. Bu barədə Quranda buyurur:
"Hər kim zülmə məruz qaldıqdan sonra kömək tələb etsə, ona heç bir irad tutulmaz"(Fusilət surəsi-34-35 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi