"Ümm" yəni, başqa şeylərin ona birləşdiyi əsas və kök. Hədisdə oxuyuruq: "Şərab içməkdən çəkinin ki, "ümmül"fəsaddır." (Yəni, fəsadların əsasıdır) "Ümm" sözü ərəbcə, məna cəhətdən bir neçə mənada müştərəkdir. Bu sözün "ana" mənasında işlənməsi o qədər şöhrət tapmışdır ki, bəlkə də, məcazi məna daşıyır.
"Ümm" (Ana) kəlməsinin Quranda işlənmə yerləri
1. Həqiqi ana: "Biz, Musanın anasına vəhy etdik ki, ona süd versin!"(Qəsəs surəsi -7 )
2. Kök və əsas mənasında: Quran buyurur: "Ya Məhəmməd! Sənə Quranı nazil edən odur. Onun bir hissəsi Quranın əslini və əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabeh ayələrir.(Ali İmran surəsi -7)
3. Bir şeyin mərkəzi, "Ümüul–qura" (Şəhərlər mərkəzi) Quranda Məkkəyə işarədir.Quran buyurur: "Ümmül qura və ətrafındakıları qorxudasan. "(Şura surəsi -7 )
Bu şəhərə o cəhətdən "Ümmül-qura" deyilir ki, hicaz məntəqələrinin mərkəzi sayılır. "Lüğətçi Rağib" və başqaları yazır: Məkkənin "Ümmül-qura" adlanması ona görədir ki, yer kürəsi ilk dəfə vücuda gələndə onun altında genişlənməyə başlayıb. Bəzi rəvayətlərə görə torpaq ilk quruluşunu Məkkədən başlayıb.
Quranda, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcələri, möminlər anası adlandırılır. Quran buyurur:
"Peyğəmbər, möminlərə onların özlərindən daha üstündür. Onun zövcələri möminlərin analarıdır.(Əhzab surəsi -6 )
Yuxarıdakı üç mənaya diqqət etməklə, "həqiqi ana, əsas, əsl və bir şeyin mərkəzi" kəlmələrinin mənaları arasındakı münasibətlər aydınlaşır.
Ana, ağacın kökü və əsli yerində, övladları isə qol-budaqları olub kök üzərində göyərirlər. Belə bağılılıq kökdən asılıdır. Ağacın əsli və kökü nə qədər şərəfli və əsil olsa, qol budağı da, əsil və kökü təmsil edəcək və kökünə oxşayacaqdır.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi