Yaxşılığın mükafatı yaxşılıqdır
Qurani-Kərim buyurur: "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır"(Rəhman surəsi - 60 )!
Doğrudur ki, İslami rəvayətlər və təfsirlərdə müfəssirlər ehsan sözünü yalnız, tövhid və İslami mərifət mənasında olduğnu qeyd edirlər. Lakin, bütün bunlar ayənin aydın nümunələrindəndir. Yoxsa, yaxşılıq, həm əməldə, həm də sözdə olan hər bir xeyir işə aid olur. İmam Sadiq (əleyhissalam)-dan hədislərdən birində nəql olunur, buyurur:
"Quranda mənası ümumiyyət çatdıran ayələrçoxdur. Ravi soruşur: Hansı ayədir? Buyurur:
Allahın bir sözü var ki, mömin, kafir, yaxşı əməl sahibi, pis iş görənə də aiddir. O, da yaxşılıq müqabilində yaxşılıqdır. Hər kimə yaxşılıq olunsa, yolu bu deyil ki, səndə ona yaxşılıq edəsən, bəlkə də, ona daha yaxşı yaxşılıq etməlisən. Çünki, həmin qədər olsa, o səndən üstündür. Ona görə ki, işi başlayan odur.(Təfsir nur Səqəleyn. cil 1 səh 199 )
Rağib İsfahani, "Müfrədat" kitabında yazır: "Ehsan", ədalətdən üstündür. Çünki, ədalət odur ki, insan boynunda olanı əda etsin və yalnız,ona aid olanı götürsün. Lakin, ehsanbudur ki, öhdəndə olandan çox verib, haqqından az götürəsən.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi