Başqaları ilə dostluq etmək
Zikr olunan ayələrdən məlum olur ki, Quran başqalarına yaxşılıq etməyin nə qədər mühüm olduğnu bildirir. Xüsusilə o kəslərə ki,bizlərə yaxşılıq edirlər. Hədis kitablarında da, bu mövzuda maraqlı hədislər zikr olunub. Onlardan bəzilərinə işarə edirik. "Kafi" kitabında insanlara məhəbbət fəsli adlı qismətində ilk rəvayətdə belə nəql olunur: İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:
"Bəni Təmim" qəbiləsindən bir nəfər ərəb İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gələrək, ərz edir: Mənə tövsiyə edin! Həzrətin ona buyurduğu tövsiyələrdən biri də bu idi. İnsanlara qarşı dostluq və məhəbbətli ol ki, səni də sevsinlər."(Üsul Kafi cil 2 səh 642 )
İmam Sadiq (əleyhissalam) nəql olunur buyurur:"İnsanlarla yaxşı rəftar etmək, ağılın üçdə bir hissəsidir.(Üsul Kafi cil 2 səh 642 )
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Hər kimə yaxşılıq olunsa, onun əvəzini çıxmalıdır. Əgər imkanı olmasa, xatırlamalıdır. Əgər xatırlasa, ehsan edənə təşəkkür etmişdir."(Tərcümə və şərh Risalətül hüquq Sipehri səh 149 )!
Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Bu əmələ ləyaqəti olan və olmayana da yaxşılıq et! Əgər ləyaqətli şəxsə yaxşılıq etmisənsə, bu ona layiqdir, yox əgər ləyaqətsizə yaxşılıq etmisənsə, sən özün bu yaxşılıqa layiqsən."(Tərcümə və şərh Risalətül hüquq Sipehri səh 149 )
Bəhsimizin sonunda İmam Səccad (əleyhissalam)-ın ifadəsində gələn "məruf" kəlməsini izah edək. "Məruf" sözü, hər bir işin yaxşı olması, ağıl və şəriətlə sabit olmasına deyilir. Həmçinin, o şəxsə "məruf" deyilir ki, Allah adamı olub, vacib və müstəhəb işlərdə insanlara kömək etmiş olsun.
"Məruf" sözü, "münkər" sözünün ziddidir. "Məruf" şəriət və ağılla vacib və müstəhəb sayılan əməllərə məxsusdur. Lakin, mübaha, məruf deyilməz. Çünki, mübah (ixtiyarı iş) hər cür üstünlükdən boşdur.(Məsələn, mənim qarşımda çay var, istəsəm içərəm, istəməsəm yox.Bumübah işdir. )
Üstünlüyü olmayan əməldə isə xeyir yoxdur. Məruf nə varsa, xeyirdir. İbni Əbbasdsan nəql olunan hədisdə oxuyuruq:
"Məruf və tanınmış saleh şəxslər Qiyamət günü məhşərə daxil olarlar. Məruf olduqlarına görə günahlarının hamısı bağışlanmış, yaxşılıqları isə yerində qalmışdır. Ehsanları o şəxsə verərlər ki, günahları yaxşılıqlarından çox olar vəyaxşılıqlarına görə bağışlanar. Sonra hamısı Behiştə daxil olarlar. Beləliklə, insanlar barəsində ehsan və yaxşılıq hamını, dünya və Axirətdə cəmləşdirəcək. Budur ehsan və yaxşılıq edənin haqqının ödənilməsi!(Şərh Risalətul hüquq. Qapançı. cil. 2 səh 57 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi