Qardaşlıq ən böyük nemətdir
Qurani-Kərim, Ali-İmran surəsində qardaşlıq nemətini insanlara çatdırır, buyurur:
"Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-biriniz ilə qardaş oldunuz."(Ali İmran surəsi-103 )
Ayənin nazil olma səbəbi, bir-biri ilə düşmən olan "Ovs və Xəzrəc"adlı iki qəbilə barəsindədir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Mədinəyə gələrkən, onların arasında sülh və qardaşlıq icad edir. Doğrudur ki, bu qardaşlıqdan sonra müxtəlif səbəblərdən dində düşmənçiliyə qayıtmaq istəyiblər, lakin, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) vaxtında onların ixtilaf atəşini söndürə bilir.
Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) müsəlmanlara göstəriş verir ki, dostluq, məhəbbət və qardaşlıqlarını bir-birinə elan etsinlər. Çünki, bu işin qardaşlıqda çox böyük təsiri vardır. Həzrət buyurur: "Sizlərdən müsəlman qardaşlarnızdan birini dost tutduqda, bu dostluğu ona elan edin!"(Mühəccətül beyza cil 3 səh 311 )
Mömin qardaşın ziyarətinin savabı
"Kafi" kitabında, "Mömin qardaşın ziyarəti" fəslində, bu əməlin çoxlu savablarına işarə olunur. Onlardan bəzilərinə işarə edirik:
İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim dini qardaşını Allaha xatir ziyarət etsə, Allah ona buyurar: Bəndəm! Məni ziyarət etdin, savabın Mənim öhdəmdədir. Mən, sənin əməlinin savabında Behiştdən başqa bir şey bəyənmirəm! "
Başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur:"Müsəlman, qardaşını ziyarət etməkdən ötrü evindən xaric olsa və onun bu işi yalnız, Allahın razılığını ələ gətirməkdən ötrü olsa, Allah-taala, yetmiş min Məlaikəni ona vəkil edər. Mənzilinə qayıdarkən səsləyərlər: Xoş halına! Behişt sənə şirin olsun!"(Mühəccətül beyza səh 331 )
İslam dini, müsəlmanların belə gözəl göstərişlərlə vəhdət və birliyinə zəmanət vermişdir. Belə göstərişlər sayəsində möminlər şirin həyat tərzi keçirirlər.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi