Övladı elə böyüdün ki, izzətiniz sayılsın
İmam Səccad (əleyhissalam) övladların haqqı barəsində bəzi yerdə belə buyurur:
"Övladlarınızla elə rəftar edin ki, sənin tərbiyənin yaxşı təsiri onların ictimai gözəllik camallarına səbəb olsun. Onu elə yetişdir ki, dünyasının müxtəlif yollarında abırlı və izzətlə yaşayış edib, sənin camalının qaynağı hesab olunsun! "
Əvvəlcədən işarə etdik ki, məhəbbətdə ifrat, övladda təkəbbür əmələ gətirir. Bu işin nəticələrindən biri də uşaqın ictimaiyyətdə tüfeyli böyüyüb, özünə etimad edə bilməməsidir. Atalar uşaq yaşlarından öz övladlarında müstəqillik və özlərinə etimad etmək xüsusiyyətini yetişdirməlidirlər. Bununla da, onlar müxtəlif müşküllər müqabilində möhkəm dayanıb sinə gələrlər.
Bu mövzunu İmam Sadiq (əleyhissalam)-dan nəql olunan, Loğmanın öz oğluna etdiyi tövsiyədə müşahidə edirik ki, buyurur:
"Loğman öz oğluna belə dedi: Ey oğlum! Əgər uşaqlıqda ədəb öyrənsən, böyüyəndə ondan bəhrələnərsən. Hər kim ədəb öyrənmək istəsə, ona ciddi yanaşar. Hər kim ədəb öyrənməkdə ciddi olsa, əxlaq və tərbiyə elmlərini öyrənmək zəhmətinə düşər. Hər kim tələb yolunda ciddi olsa, nəhayət, məqsədinə yetişər və ondan fayda götürər! "
Əziz oğlum! Həmişə öz nəfsini, vəzifələrini və vacib işlərini yerinə yetirməyə məcbur et! Öz canını insanlar tərəfindən sənə gələ biləcək əzab-əziyyətlərin müqabilində səbrli və dözümlü olmaqa hazırla. Əgər dünyada böyük izzət və məqama yetişmək istəyirsənsə, əhalidən tamahını yığışdır və onlara ümüdvar olma. Peyğəmbərlər və Allah adamları əhalidən öz mənfəət gözünü çəkməklə böyük və ali məqamlara nail olublar."(Kudək. C. 2. səh. 294 )
Bu göstərişdə görürük ki, Loğman-həkim, öz övladına özünə etimad ruhiyyəsi verib, əhalinin əlində olanlardan gözünü çəkməsini tövsiyə edir. Bu həmin halətdir ki, övladların müstəqil və tərbiyəli böyüməsinə səbəb olur. Atalar övlad tərbiyəsində bu göstərişlərə diqqət etməlidirlər.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi