Qocalara ehtiram əzabdan xilas olmaqdır
Qocalara ehtiram mövzusundaİslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Hər kim ağsaqqal mömin kişiyə ağ saqqalına görə ehtiram etsə, Allah-taala onu Cəhənnəmin əzab və narahatlıqlarından amanda saxlayar.”(Qoftar fəlsəfi.c.2.səh.479 )
Bura kimi İmam Səccad (əleyhissalam)-ın sözlərinə münasib olaraq, rəvayətlərdə qoca və ağsaqalların ehtiramı barəsində bəhs etdik. Belə bir nəticəyə gəldik ki,hər bir cəmiyyətdə qocaların sayı çox ola bilər və bu müasir mədəniyyətə malik dünya, onların çarəsini, qocaları isti ailə yuvalarından ayırıb qocalar evlərinə aparmaqda bilir. Lakin, müqəddəs İslam, əvvəla, ağsqqalın başının ağ tükünü bərəkət və əzəmət nişanəsi sayır. İkinci, göstəriş verir ki, onlara çox ehtiram göstrilsin. Bəli! Onlar ömürləri qürub etməyə yaxın olan günəşə bənzəyirlər. Onların müqabilində müxalifət göstərməməli və onlara qəzəb gözü ilə baxılmamalıdır. Bir mətləbi qəbul etməliyik ki, onlar yaşlarının çoxluğuna görə kəmhövsələ olub, aclığa, susuzluğa və çox çətinliklərə dözə bilmirlər.
Rəvayətlərdən məlum olan başqa mətləblərdən biri də budur ki, Allah-taala, qocaları cəhənnəm atəşində yandırmaqdan həya edir. Ona görə də qocalar da həya edib, qoca vaxtlarında günahlardan çəkinməlidirlər. Elələri də var ki, günaha adət ediblər. Belələri, tezliklə özlərini tövbə suyu ilə yumalı, özlərinə qarşı Allahda mərhəmət v məğfirət yaratmalıdırlar.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi