Qocalıq, cəmiyyətdən kənarlaşmaq
Qocalığın ən böyük müsibətlərindən biri də budur ki, təbii olaraq insanı cəmiyyətin fəaliyyətindən uzaqlaşdırır, zəiflik və qüvvətsizliyin üzündənnaçar olaraq əhalinin çox qaynar yerlərini tərk edib, ən çox ev mühitində yaşayırlar. Bundan da müsibət qocalara odur ki, ailə və ev mühitində haqq tanımaz övladlar və övlada bənzərlər, onlarla yaxşı rəftar etməyib, onlara qarşı mehribansızlıq etsinlər. Bəzən də, onlarla kobud rəftar oluna bilər və ailə mühitində kobudcasına şəkildə təhqir olunaraq çölə çıxarılmaq ehtimalı var. Dözümləri az olan qocalar, bu vəziyyətə çox da davam gətirməyib həyatlarını dəyişirlər.
AmerikaKallecinin üzvü"doktorAdolf" yazır:"Xəstəxanaların birində, sümük nahiyəsindən xəsarət almış yetmiş yaşlı bir qadını müalicə edirdim.Müalicə vaxtı xüsusi aparatla yoxlanıldıqda məlum oldu ki, sınmış sümüklərinin sağalması tez başa gələcək. Bu müstəsna sağalmağa görə ona təbrik ərz etdim. Qadın daha əl arabası ilə yox, qoltuğ ağacı ilə yeriyə bilərdi.
Onu müalicə edən cərrah mənə dedi: Bu qadın iyirmi dörd saatdan sonra xəstəxanadan çıxarıla bilər, artıq sağalmışdır. Tez sağaldığına görə qadının üzü gülürdü. Birinci gün, (yəni, mən qadının cərrah həkimi ilə söhbət etdiyim gün)həmişə oduğu kimi bir nəfərqız onu yoxlamağa gəldi. Mən ona dedim: Sabah ananızı xəstəxanadan çıxara bilərsiniz. Artıq ananız kifayət qədər sağalıb və qoltuq ağacı ilə yeriyə bilər.
Qız öz planlarından mənə bir şey demədən, bir başa anasının sorağına gedib onunla müzakirəyə başlayır. Ona deyir: Ərim mənimlə söhbət edib. Təəssüflər olsun ki, sənin xəstəxanadan evə qayıtmağına razı deyil. Əlbəttə, bu imkan var ki, səni qocalar evində yerləşdirək. Bir neçə saat sonra mən hələdə xəstəxanada idim. Məni qoca qadının yanına çağırdılar. Əvvəlcə, halı yaxşı olan bu qadın artıq ölmüşdü. Lakin, sümük sınığından yox, bəlkə də, qəlbinin sınmasından dünyasını dəyişmişdi. Sınmış sümük sağaldı lakin, sınmış qəlb sağala bilmədi.”(Üsul-Kafi c.2. )
Bəli! Bu günkü dünya, qocaları mehr ocağı sayılan ailə mühitindən ayırıb, qocalar evinə göndərir. Onların dərdlərinə dava etmək əvəzinə, dərdlərini artırırlar. Lakin, İslam dini bu mövzuda qocaların hüququ ünvanı ilə onların ən yaxşı şəkildə ehtiramına göstəriş verir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi