![Allah duanı qəbul etdi Allah duanı qəbul etdi](http://img.webme.com/pic/y/ya-fatime/13516253822.gif)
Allah duanı qəbul etdi
Rəvayətlərin birində qeyd edlir ki, İsfahan camaatı (imamət məktəbinə yönəlməmişdən qabaqkı dövrlərdə) Əhli - Beyt (ə) aşiqi olan Əbdürrəhman adı bir müdrik insanın yanına gəlirlər. Ona belə bir sual verirlər: Necə oldu şiə oldun? Əbdürrərman onlara belə cavab verir: Bu sizin şəhərin bir qrup insanları ilə Mütəvəkkilin evinin yanına yığışmışdıq. Məqsədimiz Abbasi xəlifəsindən gədalıq edib, bir şey almaq idi. Ora çoxlu insanlar toplaşmış, izdiham yaranmışdı. Birdən Mütəvəkkilin fərmanı eşidildi: Əli ibn Məhəmmədi həbs edin!” Mən yanımdakılardan soruşdum ki, Əli ibn Məhəmməd kimdir? Dedilər ki, o şiələrin imamıdır, çox güman ki, Mütəvəkkil onu qətlə yetirəcəkdir. Öz - özümə dedim: Onun üzünü görməyincə və işin axırına çıxmayınca burdan tərpənməyəcəyəm.
Onu atın üstündə gətirdilər, camaat onun tamaşası üçün sıraya düzülmüşdü. Mən onu görəndə özümdə dəyişiklik hiss etdim, qəlbim eşq və məhəbbətlə doldu
Hey dua edirdim ki, Mütəvəkkil ona bir zərər toxundurmasın. Məmurlar onu dövrəyə alıb gətirdilər, o isə sınmaz mətanət və əyilməz vüqarla atın üstündə oturmuş və bir kəsə və bir yerə də baxmırdı. Mənə çatanda isə birdən üzünü çevirib dedi:
اسْتَجَابَ اللَّهُ دُعَاءَكَ وَ طَوَّلَ عُمُرَكَ وَ كَثَّرَ مَالَكَ وَ وُلْدَك
“Allah duanı qəbul etdi, ömrünü uzun, malını və övladını çox etsin”.
Yerimdə donub qaldım. İsfahana qayıdandan sonra iki övladım oldu, mal - dövlətim artdı indi də yetmiş yaşındayam...
![Allah duanı qəbul etdi Allah duanı qəbul etdi](http://img.webme.com/pic/y/ya-fatime/blesk196.gif)
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.