» » » İmam Hadi (ə)-ın əxlaqi xüsusiyyətlərindən


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Hadi (ə)-ın əxlaqi xüsusiyyətlərindən
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 10-10-2014, 10:30 | Baxılıb: 1 655
     
     
     İmam Hadi (ə)-ın əxlaqi xüsusiyyətlərindən

    İlahi nemətlərə diqqət

    Əbu Haşim Cəfəri deyir: Əlim çox aşağı idi. Əbu Həsən Əli ibn Məhəmmədin yanına getdim. Mənə daxil olmaq üçün icazə verdi. Həzrət buyurdu: "Ey Əba Haşim! Allahın hansı nemətinə şükr edirsən?” Dilim tutuldu, bilmədim nə cavab verim? İmam sözünə davam edib buyurdu: "(Mehriban Allah) İmanı sənə ruzi etdi və nəticədə cismin cəhənnəm odundan qurtuldu. Sənə sağlamlıq əta etdi. Bununla ibadət və itaətdə yardım göstərmiş oldu. Sənə qənaəti ruzi buyurdu. Nəticədə səni israfçılıqdan qorudu. Ey Əba Haşim! Mən söhbətə ona görə bu mövzuda başladım ki, sənə böyük lütf göstərmiş kəsdən şikayət etmək istədiyini düşündüm. Göstəriş vermişəm ki, sənə yüz dinar versinlər.”

    Hava və suyun saflığına diqqət

    Fəhham Mənsuri atasının əmisindən belə rəvayət edir: "Bir gün imam Hadi (ə) buyurdu: "Məni məcburi şəkildə Reyin Sur şəhərinə gətirdilər. Əgər bu şəhərdən çıxarsalar narazı qalacağam.” Səbəbini soruşdum. Həzrət buyurdu: "Saf havası və şirin suyuna görə. Burada xəstəlik azdır.”

    Şiələrə xüsusi məhəbbət və lütf

    İsfahan əhlindən bir dəstəsi, o cümlədən Əbül-Əbbas Əhməd ibn Nəzr və Əbu-Cəfər Məhəmməd ibn Ələviyyə deyir: İsfahanda Əbdürrəhman adlı bir şiə vardı. Ona dedilər: "Nə üçün bir başqasına yox, məhz Əliyyən Nəqinin (ə) imamətinə etiqadı özünə vacib sayırsan?” Dedi: "Şahid olduğum bir səhnə bunu zəruri etdi. Mən yoxsul bir adam idim. İti dilim vardı. Bir gün İsfahan əhli məni bir dəstə adamla kömək istəmək üçün Mütəvəkkilin yanına göndərdi. Mütəvəkkilin sarayında olduğumuz vaxt Əli ibn Məhəmməd ibn Rizanın (ə) oraya gətirilməsi barədə göstəriş verildi. Oradakılara dedim: Buraya gətiriləsi şəxs kimdir?” Dedilər: "Ələvi bir şəxsdir, rafizilər onun imamətinə inanır. Olsun ki, Mütəvəkkil onu qətlə yetirmək üçün tələb edir.” Qərara gəldim ki, onu görənədək sarayı tərk etməyim. Bir qədər ötdü və deyilən şəxs süvari halda saraya yaxınlaşdı. Xalq onu dövrəyə alıb maraqla tamaşa edirdi. Onun görkəmi qəlbimi riqqətə gətirdi və dua etdim ki, Allah onu Mütəvəkkilin şərindən qorusun. Bu şəxs insanların arasından keçərkən yalnız atının yalına baxırdı. Mən fasilə vermədən ona dua edirdim. Yanından keçəndə üzünü mənə tutub buyurdu: "Allah duanı qəbul etdi, ömrün uzandı, sərvətin və malın artdı.” Bütün vücudum həyəcandan əsirdi. Ətrafımdakılar mənə nə olduğunu soruşdular. Məsələni açıqlamayıb "xeyirdir” söylədim. Bu hadisədən sonra İsfahana qayıtdım. Üzümə var-dövlət qapısı açıldı. Təkcə evimdə milyon dirhəmlik avadanlığım var. Allah mənə on övlad əta etdi. Yaşım yetmişi keçib. İndi də həzrətin imamətinə etiqadlıyam. O mənim qəlbimdə olanı oxudu, Allah onun mənim haqqımda dualarını qəbul etdi.

    Xəstəyə diqqət və onun müalicəsi

    Əbu Haşim Cəfəri deyir: Sur əhlindən bir şəxs qorxulu xəstəliyə tutulmuşdu. Həyat onun üçün zəhərə dönmüşdü. Bir gün Əbu Əliyə öz vəziyyətindən şikayətləndi. Əbu Əli dedi: "Nə vaxt Əbül Həsən Əli ibn Mühəmməd ibn Rizanı (ə) görsən, ondan dua istə. Ümid edirəm ki, xəstəliyin sağalar.”
    Həmin şəxs imamın yolu üstə əyləşib onu uzaqdan görən kimi ayağa qalxdı və həzrətə yaxınlaşdı. O həzrətdən özü üçün dua istədi. Həzrət üç dəfə buyurdu: "Allah sənə şəfa versin.” Əbu Əli həmin xəstə şəxslə rastlaşdı və o öz əhvalatını danışdı. Əbu Əli dedi: "O sənə istədiyindən artıq dua etdi. Narahat olma, tezliklə sağalacaqsan.” Xəstə şəxs evinə qayıtdı. Sübh yatağından qalxanda özündə həmin xəstəlikdən əsər-əlamət görmədi!

    Qohumlara yaxşılıq

    Davud ibn Qasim Cəfəri deyir: Həcc səfərinə hazırlaşırdım. İmamla vidalaşmaq üçün Samirrada onun evinə getdim. İmam yerdə bir dairə cızıb mənə buyurdu: "Bu dairədə olanı götür, səfər üçün xərclə.” Əlimi imamın göstərdiyi yerə uzatdım. Orada içində iki yüz misqal qızıl olan qab vardı!

    Heyrətamiz kəramət

    Məhəmməd ibn Təlhə deyir: Bir gün imam Hadi (ə) mühüm bir işdən ötrü Samirradan kəndə getdi. İmam yola düşdükdən sonra bir ərəb gəlib onu soruşdu. Bildirdilər ki, filan yerə gedib. Həmin şəxs imamın ardınca gedib onunla görüşdü. İmam ona buyurdu: "İstəyin nədir?” Şəxs dedi: "Mən atam Əli ibn Əbi Talibin vilayətinə bağlı Kufə ərəblərindənəm. Böyük borca düşmüşəm. Səndən başqa ağız açacağım bir şəxs yoxdur.” İmam Hadi (ə) buyurdu: "Narahat olma.” İmam onu minikdən düşürüb qonaq saxladı. Sübh ona buyurdu: "Bir istəyim var, amma çətin razılaşasan!” Ərəb dedi: "Sizə qarşı çıxmaram.” İmam bir kağız götürüb yazdı ki, bu ərəbə filan qədər borcum var. Amma ərəbin borcundan artıq bir məbləğ qeyd etdi. Sonra buyurdu: "Bu kağızı götür. Samirrada yanıma gəlib ətrafındakıların hüzurunda borcunu tələb edərsən. Olmasın ki, mənə qarşı çıxasan.” Ərəb kağızı götürüb dedi: "Yerinə yetirərəm.” İmam Hadi (ə) Samirraya qayıtdıqdan sonra onun ətrafında xeyli adam toplanmışdı. Orada xəlifənin adamları da vardı. Bu ərəb otağa daxil olub imamın yazdığı kağızı göstərdi və borcunu tələb etdi. İmam necə tapşırmışdısa elə də hərəkət etdi. İmam onunla mülayim danışıb mehribanlıq göstərdi. Üzr istəyib borcunu ödəyəcəyini bildirdi. Əhvalatı Mütəvəkkilə çatdırdılar. Mütəvəkkil göstəriş verdi ki, imam Hadiyə (ə) otuz min dirhəm çatdırılsın. Dirhəmlər gətirildikdən sonra imam ərəbə buyurdu: "Bunları götür, borcunu ödə, qalanını da ailənə xərclə.” Ərəb dedi: "Ey peyğəmbər oğlu! And olsun Allaha ki, bunun üçdə birinə ümidim vardı. Allah yaxşı bilir ki, risalətini kimə versin.” O imamın təqdim etdiyi pulu götürüb yola düşdü.

    Övlada ad qoyulması

    Əyyub ibn Nuh deyir: İmam Hadiyə (ə) yazdım: "Zövcəm hamilədir. Allahdan istə ki, mənə oğul əta etsin.” İmam mənə yazdı: "Dünyaya gələndə adını Məhəmməd qoy.” Bir müddət sonra oğlum oldu və onun adını Məhəmməd qoydum.”
     
    Mənbə: "Əhli-beyt (ə)" kitabı

     
     
    Bölmə: Əhli Beyt / İmam Əliyyən Nəqi (ə)
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 10 Ekim 2014 11:03 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI ÇOX MARAQLIDI ELLERİN VAR OLSUN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.