![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Nisan 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
154.O Həzrətin imaməti
539.İmam Cavad (ə):«Məndən sonra imam, oğlum Əlidir, onun sözü mənim sözümdür və ona tabe olmaq mənə tabe olmaqdır. Ondan sonra imamət onun oğlu Həsənə çatır.»
155.İmam Hadinin fəzilətləri
540.Kitabul-vahidə: Qardaşım Hüseyn ibn Məhəmməd mənə nəql edərək dedi:«Bir dostum var idi və o, Bəğanın və ya Vəsifin (tərəddüd məndəndir) uşaqlarının müəllimi idi. O mənə dedi:«əmir xəlifənin sarayından qayıdarkən mənə dedi: əmirəl-möminin bu gün İbn Rza deyilən bu şəxsi zindana saldı və onu Əli ibn Kərkərə tapşırdı. Onun belə deməsini eşitdim ki:«Mən Allah yanında Salehin dəvəsindən də əzizəm, «evinizdə daha üç gün yaşayıb kef çəkin. Bu yalan çıxmayacaq bir vəddir.» Həzrətin bu ayə və sözdən məqsədinin nə olmasını başa düşmədim. Dostum dedi:«əmirimə dedim:Allah izzətini artırsın, o hədələyib. Görərsən üç gündən sonra bir hadisə baş verəcək.»
Həmin günün səhərisi xəlifə İbn Rzanı azad etdi və ondan üzr istədi. Üçüncü gün Yağiz, Yəğlun və Tamiş bir dəstə adamla xəlifəyə qarşı üsyan etdilər, onu öldürdülər və oğlu Müstənsiri onun yerində oturtdular.»
541.Kəşful-ğummə:«İsfahan əhalisindən bir dəstə, o cümlədən Əbulabbas Əhməd ibn Nəsr və əbu Cəfər Məhəmməd ibn Ələviyyə nəql edirlər ki:«İsfahanda Əbdürrəhman adında bir şiə kişi var idi. Ondan soruşdular ki:«Nə üçün camaatın içində başqasına deyil məhz ƏliyyənNəqinin imamətinə etiqad bəsləyirsən?»Dedi: «Buna mənim rastlaşdığım bir iş səbəb oldu. Mən yoxsul, eyni zamanda çox danışan və cürətli bir şəxs idim. Bir il İsfahan əhalisi məni bir dəstə adamla birlikdə xəlifənin sarayına şikayətə göndərdi. Xəlifənin yanında ikən Əli ibn Məhəmməd ibn Rzanın çağırılması göstərişi verildi. Orada olanlardan birinə dedim:«Çağırılan şəxs kimdir?» Dedi:«O, ələvidir və rafizilər onun imamətinə etiqad bəsləyirlər.» Sonra dedi:«Məncə Mütəvəkkil onu öldürmək üçün çağırtdırıb.» Dedim:«Mən bu şəxsin necə adam olmasını görməyincə yerimdən tərpənən deyiləm.» O, at ilə gəldi. Camaat yolun sağ və sol tərəflərində sıraya düzülmüşdü və ona baxırdı. Məhəbbəti qəlbimə düşdü. Buna görə də qəlbimdə dua edirdim ki:«Allah Mütəvəkkilin şərrini ondan uzaq etsin.» O camaatın arası ilə hərəkət edirdi. Gözünü atının yalına dikmişdi və ətrafa baxmırdı. Mən dayanmadan ona dua edirdim. Mənə çatanda üzünü mənə tutub dedi:«Allah sənin duanı qəbul etdi və sənə uzun ömür bağışladı, mal-dövlətini və övladını artırdı.» Həmin hadisədən sonra biz İsfahana qayıtdıq. Allah mənə o qədər sərvət verdi ki, evimin qapısını içində milyonlarla dirhəm dəyəri olan şeylər olduğu halda bağlayıram və (hələ) bu, evdən kənarda olan sərvətimdən əlavədir. On övlad da qismətim olub. Ömrümdən də yetmiş neçə il keçir. Əvvəlimdən xəbəri olan və Allahın mənim barəmdəki duasını qəbul etdiyi kəsin imamətinə etiqad bəsləməyimin səbəbi budur.»
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |