Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
156.O Həzrətin imaməti
542.İmam Hadi (ə):« Məndən sonra imam Həsəndir və Həsəndən sonra oğlu Qaim – yer üzünü zülm və sitəmlə dolduğu kimi ədalət və insaf ilə dolduran!»
157.İmam Əskərinin(ə) fəzilətləri.
543.Məhəmməd ibn İsmail:«Əbu Məhəmməd (imam Əskəri) (ə) zindanda olan zaman Abbasilər, həmçinin Saleh ibn Əli və Əhli-Beytə etiqadı olmayanlardan bir dəstə Saleh ibn Vəsifin yanına gedib dedilər ki:«Ona qarşı qətiyyətli ol və ona macal vermə.» Saleh onlara dedi:«Ona daha nə edim? Tapa bildiyim ən pis iki adamı onun üzərinə qoymuşam, amma o iki nəfər (o Həzrətin rəftarını görərək) tamamilə ibadət və namaz əhli olublar.»
544.Əbulqasim Kufi «ət-Təbdil» kitabında deyir:«öz əsrinin filosofu olan İshaq Kindi Quranda olan təzadları bir yerə toplamaq qərarına gəldi və bu məqsədlə evində oturub bu işlə məşğul olmağa başladı. Bir gün onun şagirdlərindən biri imam Həsən Əskərinin (ə) hüzuruna getdi. İmam ona dedi:«Sizin aranızda ağıllı-kamallı bir adam tapılmır ki, ustadınız Kindini başladığı və Qurana girişdiyi işdən saxlasın?» Kindinin şagirdi dedi:«Biz onun şagirdlərindənik. Bu və ya digər məsələlərdə ona necə e‘tiraz edə bilərik?» İmam Əskəri (ə) buyurdu:«Dediyim işi görə bilərsən?» O dedi:«Bəli.» Həzrət buyurdu:«Onun yanına get, onunla isti münasibətlər qur və özünü gördüyü işdə ona kömək etmək istəyən şəxs kimi göstər. Onunla ünsiyyət yaratdıqdan sonra de ki, qarşıma bir sual çıxıb və onu səndən soruşmaq istəyirəm. O da deyəcək ki, soruş. Onda ona de:«Əgər bu Quranı buyuran sənin yanına gəlsə, ola bilərmi ki, onun dediklərindən məqsədi sənin öz zənnin ilə ondan başa düşdüyün mənalardan fərqli olsun? Onda Kindi cavab verəcək ki:«Bəli, ola bilər.» Çünki o (yəni Kindi) çox düşüncəli və başadüşən adamdır. Həmin şəxs Kindinin yanına getdi və mehribançılıqla ona yaxınlaşdı və sonra həmin sualı ondan soruşdu. Kindi dedi:«Sualını bir də təkrar et. Həmin şəxs sualını bir də təkrar etdi. Kindi özü-özlüyündə fikrə daldı və bu işi həm dilçilik və həm də ağıl baxımından mümkün saydı. Sonra şagirdinə dedi:« Səni and verirəm, de görüm bu sualı hardan öyrənmisən?» Şagirdi dedi:«Zehnimdən keçdi və səndən soruşdum.» Kindi dedi:«Belə sual heç vaxt sənin kimilərinin zehnindən keçə bilməz və sən və sənin kimilər belə bir məqama çata bilməzsiniz? De görüm bu sualı haradan götürmüsən?» Şagird dedi:«əbu Məhəmməd mənə buyurdu ki, səndən bu sualı soruşum.» Kindi dedi:«İndi həqiqəti dedin. Belə sual yalnız bu ailədən çıxar.» O sonra od istədi və topladıqlarının hamısını yandırdı.»
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |