Azanın sözündə ixtilaf
Şiələr mötəqiddirlər ki, "Həyyə əlal-fəlah", iki dəfə deyilməlidir. Həmçinin, "Həyyə əla xeyril-əməl" də, iki dəfə deyilməlidir. Lakin, əhli-sünni mötəqiddirlər ki, bu sözlərin yerinə: "Əssəlatu xeyrün minən-növm" deyilsin. Amma, ixtilafın haradan başlanması barəsində şiələr mötəqiddirlər ki: "Həyyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə təyin olunmuşdur. Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm), Əhli-beyt (əleyhissalam) və məsum İmamlar (əleyhissalam) hamısı tarix boyu, "Həyyə əla xeyril-əməl" cümləsini demişdirlər.
Həzrət Əli (əleyhissalam)-dan nəql olunur ki, buyurur: "İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) eşitdim ki, buyurur:
Sizlərin ən yaxşı əməli namazdır.Bilala buyurur ki, namazda "həyyə əla xeyril-əməl" desin"!
Amma, sünnü alimləri mötəqiddirlər ki, "həyyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olub və Həzrət onu deyib. Lakin, sonradan Ömər ibni Xəttab göstəriş verir ki, "həyyə əla xeyril-əməl" cümləsini, "Əssalatu xeyrun minə-novm" cümləsi ilə əvəz etsinlər.
Sədəddin Təftəzani "Şərh-Üzəd" kitabının haşiyəsində Ömərdən nəql edir:
"Ömər dedi: Üç şey var ki, İslam Peyğəmbərinin dövründə var idi, amma mən onu haram edirəm və sizi bu işi görməkdən çikindirirəm. Biri "həcc təməttö", ikinci, "mütə" (siğə), üçüncü, azanda "həyyə əla xeyrül-əməl" deməkdir."
Məşhur İslam alimi Quşçu özünün "Şərh-Təcrid" kitabının "İmamaət" bəhsinin sonunda qeyd olunan hədisi nəql edir və Ömərin bu sözləri deməsini də nəql edir: Hər kim bu üç əməli yerinə yetirsə, onu cəzalandıracağam!"- Alim yazır: Mən bilmirəm, Ömər hansı sənədə və dəlilə əsasən, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olan bu üç əməli ləğv etməyi iddia edir? Görəsən, İlahi hökmlərə dəxalət edib, dəyişməkdə özünü haqlı bilirmi? Onun bu işə şəri icazəsi varmı? Bu sualın cavabını, həmin əqidəyə mötəqid olanlar verməlidirlər!
"Vəsail-Şiə" kitabında nəql olunmuş çoxlu rəvayətlərdə azanın sözləri aşağıdakılar kimi qeyd olunmuşdur:
1. Alahu Əkbər. 4-dəfə.
2. Əşhədu ən-la İlahə iləlləllah. 2-dəfə.
3. Əşhədu ənnə Məhəmmədən Rəsulullah. 2-dəfə.
4. Həyyə əlas-səlah. 2-dəfə.
5. Həyyə ələl-fəlah. 2-dəfə.
6. Həyyə əla xeyril-əməl. 2-dəfə.
7. Allahu- Əkbər. 2-dəfə.
8. La ilahə illəllah. 2-dəfə.
Ancaq, azanın, "Əşhədu ənnə Əliyyən vəliyyullah" cümləsi, azanın əsl tərkib hissəsi olmayıb, azanda deymilməsi savabdır. Hədislərdə bu cümlənin də deyilməsinə təkid olunmuşdur.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi