İmam Rzanın (ə), Azanın hikməti barəsində
Şeyx Səduq İmam Rza (əleyhissalam)-dan nəql edir ki, Həzrət buyurur:
"Həqiqətən, müsəlmanlar bir neçə səbəbə görə azana əmr olunmuşdular. O onlardan, namazı unudanlara xatırlatmaq, qafilləri agah etmək, namazın vaxtını bilməyənlərə xəbərdarlıqdır. Həmçinin, azançı öz azanı ilə insanları Allahın ibadətinə dəvət edir. Onları namaza meyilli edib, Allahın təklifinə iqrar etdirir. İman və İslamını aşikar elan edib, unudanlara xatırladır.
Azançıya, namazıelan etdiyinə görə azançı deyirlər. Azan, təkbirlə (Allahu Əkbər) başlayıb, la ilahə illəllah deməklə qurtarır. Çünki, Allah-taala Öz adını əvvəldə və sonda, La ilahə illəllah deməyi sevir. İki dəfə təkrar edir ki, eşidənə təsir etsin. Əgər birinci cümləni deməklə qafil ayılmasa, ikinci cümlə ilə özünə gələr. İmanın əsli şəhadəti deməkdir.Beləliklə, şəhadəti demək iki dəfə qərara alınmışdır.Necə ki, başqa hüquqlarda da, iki şahid tutulur. Bəndə, Allahın təkliyinə və Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) risalətinə iqrar etdikdə, imanın bütün rükununa iqrar etmiş olur. Çünki, imanın əsası, Allaha və Peyğəmbərinə iqrar etməkdir. Şəhadət verdikdən sonra namaza dəvət edir. Çünki, azan əsasən, namaza dəvətdən ötrü təyin olunmuşdur. Bu da, azanın sözləri arasında namaza olan nidadır. Daha sonra nicat və hidayət olunmağa dəvət olunur. Sonra "Həyyə əla xeyril-əməl"lə, ən yaxşı əmələ dəvət olunur. Nəhayət, azan sonda, Allahın adı ilə sona yetir.(Vəsail-Şiə. C. 4.səh.646. )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi