» » Azançının haqqı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Azançının haqqı
    +5
    Müəllif: Yusifi Zehra | 4-09-2016, 12:00 | Baxılıb: 911
     Azançının haqqı
    وَأمّا حَقُّ الْمُؤَذِّنِ فَأَنْ تَعْلَمَ أنّهُ مُذَكِّرُكَ برَبكَ وَدَاعِيكَ إلَى حَظِّكَ وَأَفْضَلُ أَعْوَانِكَ عَلَى قَضَاءِ الْفَرِيضَةِ الَّتِي افتَرَضَهَا اللهُ عَلَيْكَ فَتَشْكُرَهُ عَلَى ذَلِكَ شُكْرَكَ لِلْمُحْسِنِ إلَيكَ. وَإنْ كُنْتَ فِي بَيْتِكَ مُهْتَمًّا لِذَلِكَ لَمْ تَكُنْ للهِ فِي أَمْرِهِ مُتَّهِماً وَعَلِمْتَ أنَّهُ نِعْمَةٌ مِن اللَّهِ عَلَيْكَ، لا شَكَّ فِيهَا، فَأَحْسِنْ صُحْبَةَ نِعْمَةِ اللَّهِ بحَمْدِ اللَّهِ عَلَيْهَا عَلَى كُلِّ حَالٍ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Azan verənin haqqı budur ki, biləsən, Pərvərdigarını sənə xatırladıb, nəsibinə (bəhrənə) tərəf dəvət edir. Allahın sənə vacib buyurduqlarını yerinə yetirməkdə, sənə ən yaxşı köməkçidir. Onu, bu xidmətinə görə sənə ehsan edən kimi qiymətləndir. Əgər sən evinin içində, onun işinə bədbinsənsə, bədbin olmamalısan. Sən bilirsən ki, şübhəsiz, o Allahınnemətidir. Allahın neməti ilə yaxşı rəftar et. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur!"
    İmam Səccad (əleyhissalam)-ın bu bəhsdə buyurduqlarının xülasəsi budur ki, hər bir müsəlman bilməlidir ki, azan verənin onun boynunda haqqı vardır. Çünki, o, aşağıdakı mühüm işləri yerinə yetirir:
    Birinci: İnsana, Rəbbini xatırladır.
    İkinci: Namaz tərəfindən ona yetişən bəhrəyə tərəf dəvət edir.
    Üçüncü: Allahın insana vacib etdiklərini yerinə yetirməkdə, ən yaxşı köməkdir. Beləliklə, ondan elə təşəkkür etməlisən ki, ehsan edənin təşəkkürü kimi olsun. Əgər kimsə evində azan verənin işindən xoşu gəlmirsə, Allahın əmri olan bu işdə, ona bədbin olmamalıdır. Bunu da bilməlidir ki, azançı, Allahın nemətlərindəndir. İnsan, Allahın nemətinə ehtiram etməlidir. Nemətə ehtiram, hər halda ona şükr etməklə ələ gəlir.
    Gündəlik həyat işləri və məşğuliyyət, gecə-gündüz insanı özünə məşğul edir və onu Allahdan qafil edir. Azançı, Pərvərdigarın nida edəni hökümündə olub, insana maddi ləzzətlər içində qərq olmaqdan nicat verir. Özünün ruhu oxşayan nəğməsi ilə onun əlindən tutub, namazın əsası olan, kamal və səadətə tərəf çəkir. Fiqh və hədis kitablarında azan verən şəxsin yüksək məqam və hörməti barəsində çox mətləblər vardır. Azançıya elə savab və mükafatlar verilib ki, çox az adamlar bu savabı ələ gətirə bilərlər. İslamda azançıdan ötrü xüsusu hüquq vardır ki, bu qismətdə ona işarə edəcəyik. İmam Səccad (əleyhissalam) əxlaqi cəhətdən də azançının haqqını əda etməyə tövsiyə edir.
    Azan sözünün lüğətdə mənası
    Azan, ərəbcə lüğətdə "elan" mənasındadır.Tövbə surəsində oxuyuruq:
    "Bu Allahdan və Onun Peyğəmbərindən saziş bağladığnız müşriklərə elandır"!
    İslamda "azana", o cəhətdən azan deyilir ki, azançı öz uca səsi ilə namaz vaxtının daxil olmasını elan edir. Ərəf surəsində buyurur:
    "Bu zaman onların arasında bir azançı elan edəcəkdir".(Tövbə surəsi – 1  )
     Azanın şəri olunma tarixi
    Azan, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) Mədinəyə hicrətin ilk ilində təyin olunur. Bu mövzuda başqa nəzər də vardır.Bəzilərinə görə azanın şəri olması o vaxtdan başlayır ki, müsəlmanların sayı çoxalır və namazın vaxtının bilinməsi, onlara müşkül olur. Bu zaman müsəlmanlar, namazın vaxtının hamıya çatdırılması və bu savabdan mərhum olmamaqdan ötrü məsləhətə başlayırlar. Bəziləri bundan ötrü zəng vurulmasını təklif edirlər. Lakin,İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bunu qəbul etmir. Buyurur: Bu cür çağırış xaçpərəstlərə aiddir. Bəziləri şeypurdan istifadə olunmasını təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qəbul etmir. Bu da yəhudilərə aid idi.
    Bəziləri dəf çalmağı məsləhət bilirlər. Həzrət buyurur: Bu da, rumluların işidir. Bəziləri atəş yandırmağı təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Bu da məcuslara aiddir. Bəziləri bayraq qaldırmağı məsləhət bilirlər. Həzrət susur. Nəhayət, onların müəyyən bir mövzuda ittifaqı olmur. Bu zaman Cəbrail nazil olur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhissalam)-ın evində idi. Azan hökümünü müsəlmanlara xəbər verirlər.
    "Şeyx Səduq" özünün, "Mən la yəhzurul fəqih" kitabında nəql edir: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:
    "Cəbrail İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olanda, Həzrət Əli (əleyhissalam) evində yatmışdı. Cəbrail, azan və iqamə dedi. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əli can! Eşitdin? Ərz etdi! Bəli! Ya Rəsulallah! Buyurdu: Hifz etdin? Həzrət Əli (əleyhissalam): Bəli! Ya Rəsulallah! Buyurdu: Bəs, Bilala öyrət! Həzrət azanı Bilala öyrətdi.
    Azanın şəri hökmü
    Kişi və qadına müstəhəbdir ki, gündəlik namazdan əvvəl, azan və iqamə desinlər. Məşhur fəqihlər, mütləq şəkildə azan və iqamənin deyilməsinə və savabının çox olmasına təkid edirlər. Bəzi kitablarda, o cümlədən "Cüməl", "Məqnə" "Nihayə", "Məhsub Vəsilə", "Mühəzzəb" və "Əhkamun-nisa" kimi kitabın müəllifləri camaat namazında, kişilərə azanın vacib olmasını bildirirlər.
    Aşağadakı hallarda azanın saqit olması, alimlər arasında məşhurdur:
    Birinci: Cümə günü, cümə namazı qılarkən yaxud, zöhr namazını qılarkən.
    İkinci: Ərəfə günü, əgər əsr namazı zöhrlə birlikdə qılınsa, azan saqitdir.
    Üçüncü: Qurban bayramı gecəsində, məşrul həramda olub, işa namazını məğrib namazı ilə birlikdə qılan vaxt.
    Dördüncü: İstihazə qadının əsr və işa namazında o vaxt saqit olur ki, bu namazları dərhal, zöhr və məğrib namazından sonra qılsın.
    Beşinci: Özünü bol və ğaitin xaric olmasınından saxlaya bilməyənin əsr və işa namazında.
    Bu beş yerdə o vaxt azan saqit olur ki, bu namazları fasiləsiz əvvəlkindən sonra qılsınlar."(Ürvətul-Vüsqa )
    Azan və iqamə demək şəraiti aşağıdaklardan ibarətdir.
    Birinci: Niyyət. Azan və iqamədə axıra kimi niyyət olunmalıdır. Beləliklə, qəsd qürbətsiz deyilən azan və iqamə düzgün deyildir.
    İkinci: İman. Azançı mömin olmalıdır. İmam Sadiq (əleyhissalam)-dan bu barədə hədis var. Amma, həddi buluğa yetişmək azanda şərt deyildir. Xüsusi ilə əhaliyə elan olunan azanda, bu şərt deyildir. Elan azanında kişinin olması şərtdir. Kişilərin də namazında, kişi azançı olması şərtdir.
    Üçüncü: Azanla iqamə arasında tərtib gözlənilməlidir.
    Dördüncü: Azan və iqamənin cümlələri arasında ardıcıllığı gözləmək.
    Beşinci: Ərəbcə səhih oxumaq.
    Alimlər, azan və iqamənin müstəhəb əməllərini də zikr etmişlər. Onlardan:
    Birinci: Müstəhəbdir ki, təzə doğulmuş uşağın sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin.
    İkinci: Biyabanda, cin və başqa şeydən dəhşətə gələn anda azan demək savabdır.
    Üçüncü: Qırx gün ət yeməyənin qulağına azan demək müstəhəbdir.(Ürvətul-Vüsqa )
    Bura kimi şiə alimlərinin, azan və iqamənin deyilməsini təkidini haqqında bəhs etdik. İndi də sünnü alimlərinin bu barədəki nəzərinə işarə edək.
    Sünnü alimlərindən, Maliki, Əbu Hənifə, Şafei,azan və iqamənin deyilməsinin müstəhəb olmasında şiə alimləri ilə müvafiqdirlər.
    Onlar da deyirlər ki, azan və iqamə bütün namazlarda, vətəndə, səfərdə, camaat və tək namazda, vacib yox, müstəhəbdir. Amma, Əhməd İbni Hənbəli, azan və iqamənin kifayi vacib(Yəni, kimsə desə, başqalarından saqitdir, amma heç kəs deməsə hamı günahkardır. ) olmasını bildirir. Şafei və Malikinin də əshabı bu nəzərdə idilər.(Şərh Risalətul hüquq. Qapançı. Cil. 2. səh 90 )
    Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
    Müəllif: Qudrətullah Məşayixi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.