» » Təvəssül töhiddir, yoxsa şirk? (7. Təvəssülün fəlsəfəsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Təvəssül töhiddir, yoxsa şirk? (7. Təvəssülün fəlsəfəsi)
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 23-08-2016, 11:00 | Baxılıb: 1 524
    Təvəssül töhiddir, yoxsa şirk? (7. Təvəssülün fəlsəfəsi)



    Təvəssül töhiddir, yoxsa şirk? (7.Təvəssülün fəlsəfəsi)

     

    (Əhli-sünnənin tanınmış mənbələrindən istifadə etməklə vəhhabilərin təvəssül barədəki şübhələrinə cavab)

    Bəzən belə soruşulur: "Görəsən, Allah dərgahına üz tutmaq və hacət istəməkdə hansısa bir vasitəyə ehtiyac vardırmı? Bəyəm, Allah-taala Quranda belə buyurmurmu:
    وَإِذَا سَأَلَکَ عِبَادِى عَنِّى فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ
    "Bəndələrim məni səndən soruşduqları zaman, de ki, mən onlara yaxınam. Dua edənlərin duasını qəbul edərəm." ("Bəqərə" surəsi, ayə 186.)

    Beləliklə, Allahla birbaşa danışmaq, onunla pıçıldaşmaq, ondan hacət istəmək və çətinlikləri ona demək olar. Belə isə vasitəyə nə ehtiyac var?!"
    Sualın cavabı: Allahdan bir şey istəməkdə vasitənin olmasına zərurət duyulmaması və onun bizim səsimizi asanlıqla eşitməsi və məsləhət bildiyi təqdirdə hacətimizi qəbul etməsinə baxmayaraq, Allahın özü göstəriş vermiş və ya bunu caiz etmişdir ki, onun bəndələri saleh şəxslər və ilahi övliyaları vasitə seçərək onlardan Allah dərgahına dua etmələrini və Allahın onların hacətlərini həyata keçirməsini istəsinlər (bu barədə ayə və rəvayətlər qeyd edildi).
    Bu təşviq ən azı iki dəlilə əsasən ola bilər:
    a) Qəbul olunmaq üçün ən yaxın yol olması
    Peyğəmbər və ilahi övliyalar Allah yanında sevilən, dərin mərifət və özlərinin xalis əməlləri ilə Allah dərgahında möhtərəmdirlər. (Allah-taala həzrət İsa (ə) barəsində buyurur:
    وَجِيهاً فِي الدُّنْيَا وَالاْخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ
    "O, dünya və axirətdə möhtərəm və Allaha yaxın olanlardandır." ("Ali-İmran" surəsi, ayə 45) Təbii məsələdir ki, onların çətinliyə düçar olmuş bəndələr barəsindəki şəfaət, dua və vəsatəti qəbul olunmağa daha layiq və yaxındır. Həmin səbəbdən, həzrət Yəqubun (ə) övladları atalarından Allahdan onlar üçün bağışlanmaq diləməsini istəyirlər. Allah-taala günahkar bəndələrinə tövsiyə edir ki, öz tövbələrindən əlavə, Allah Rəsulundan (s) da Allah dərgahında onlar üçün bağışlanmaq diləməsini istəsinlər.

    b) Yorucu və çoxsaylı təlaşların dəyərini bilmək
    Sözsüz ki, özümüz və başqalarının həyatında bəzən hansısa şəxslərin digərləri üçün mühüm, həssas və təsirli işlər gördüyünün şahidi olmuşuq. Məsələn, bir nəfərgörür ki, hansısa müəllim onun övladları üçün çoxlu zəhmətlər çəkmiş və onların təlim-tərbiyəsi ilə məşğul olmuş və bəzən də onun yolunu azmış və qeyri-sağlam övladlarını düz yola yönəltmişdir və ya hansısa bir həkim övladını bütün diqqət, məharət və mehribanlığını sərf edərək ölüm təhlükəsindən xilas etmişdir, yaxud hansısa bir qonşu və ya dost onun övlad və ailəsini kamil bir fədakarlıqla odların arasından çıxarmışdır. Bu zaman o müəllim, mehriban həkim və fədakar dost elə bir məhəbbət qazanır ki, onun məktubu, yaxud sifariş və şəfaəti asanlıqla qəbul edilir.
    Bu şəkildə tövsiyə qəbul etmə onun təsirli zəhmətlərinin qədrini bilmək və təşəkkür üçündür.
    Başqa ifadə ilə desək, bəzən bir sıra fədakarlıqlar elə formadadır ki, adi mükafatlar onların əvəzini verə bilməz, beləliklə, ona verilən mükafatdan əlavə, həmin şəxsin başqaları haqqındakı şəfaət və sifarişi də qəbul olunur. Deyə bilərik ki, ona verilən mükafatlar nəzərinizə çatdırdıqlarımızdır. Allah da həmin şəxs nə zaman günahkar və xətakarlar barəsində şəfaət etsə, onu qəbul edir. İlahi övliyalar, xüsusən də, Peyğəmbər (s) tövhidin yayılması, şirk və bütpərəstliklə mübarizə aparmaqda göstərdikləri təlaşlara görə Allahın böyük mükafatlarına layiq görülmüşlər. Həmin mükafatların bəzisi onların günahkarlar üçün bağışlanmaq diləməsi, şəfaətləri və digərləri barədə dualarının qəbul olunmasıdır.
    Allahın Rəsulu (s) bəndəçilik, insan yetişdirmək, tövhid səsinin yayılması istiqamətində hədsiz zəhmətlərə qatlaşmışdır. Özü Allaha layiqli bəndə olmaqla yanaşı, minlərlə insanı da ona bəndə olmaq yoluna doğru hidayət etmişdir. Onun nəticəsində milyardlarla insan aləmdə "La ilahə illəllah" deyir. O, öz həyatını Allah bəndələrinə xidmət, küfr və şirklə mübarizəyə sərf etmiş və Allah düşmənləri ilə mübarizədə heç bir şeyi əsirgəməmişdir. Dünyəvi və maddi nemətlərdən əl çəkmiş və Qüreyş zənginlərinin tövhiddən əl çəkməklə bağlı təklifini rədd etmiş və töhmət, ittiham və döyüş çətinliklərinə qatlaşmış, amma öz dəvətindən dönməmişdir. Allah-taalanın o həzrətin çəkdiyi zəhmətlər müqabilində onun günahkar bəndələr haqqında şəfaətini, etdiyi duasını qəbul etməsi, qıtlıq və quraqlıq illərində ona xatir çətinliyi aradan qaldırması lap yerinə düşür. Amma təəssüflər olsun ki, vəhhabilər təəssübkeşlik səbəbi ilə bu həqiqətləri dərk etmirlər.

    Quranda Peyğəmbərin (s) mədh olunması

    Allah-taala Quranın müxtəlif yerlərində Peyğəmbəri (s) tərifləmiş və möminlərə də bunu tövsiyə etmişdir. Aydın məsələdir ki, möminlərin belə bir şəxsə təvəssül etməsi onu mədh etmək deməkdir. Allah-taala Quranda Peyğəmbərin (s) canına and içir və belə buyurur:
    لَعَمْرُکَ إِنَّهُمْ لَفِى سَکْرَتِهِمْ يَعْمَهُون
    "Sənin canına and olsun, onlar öz məstliklərində sərgərdandırlar (əql və şüurlarını əldən vermişlər)!" ("Hicr" surəsi, ayə 72.)

    Allah Peyğəmbərin (s) şad olmasını istəyir və buyurur:
    قَدْ نَرَى تَقَلُّبَ وَجْهِکَ فِى السَّمَاءِ فَلَنُوَلِّيَنَّکَ قِبْلَةً تَرْضَاهَ
    "Biz sənin asimana intizarla baxdığını görürük. İndi səni razı olacağın bir qibləyə doğru döndəririk." ("Bəqərə" surəsi, ayə 144.)

    Əhli-sünnənin məşhur təfsirçisi Fəxri Razinin ifadəsi ilə desək, Allah bu ayədə belə buyurmamışdır:
    قبلة أرضاها "Məni razı salan qibləyə (səni döndərirəm)." Əksinə, buyurmuşdur ki, qibləyə döndərirəm. Sanki Allah belə demək istəyir:
    يا محمّد کلّ أحد يطلب رضاى و أنا أطلب رضاک فى الدّارين
    "Ey Məhəmməd (s)! Hamı mənim razılığımı istəyir, mən isə dünya və axirətdə sənin razılığını istəyirəm." Dünyada xatırlatdığımız ayə qeyd olunmuş, amma axirətlə bağlı Allah belə buyurmuşdur:

    وَلَسَوْفَ يُعْطِيکَ رَبُّکَ فَتَرْضَى
    "Tezliklə Allah-taala sənə o qədər bəxş edəcək ki, razı qalacaqsan (yəni, sənin şəfaətini ümmətin barədə qəbul edəcəyəm)!" ("Zuha" surəsi, ayə 1.) ("Məfatihul-ğeyb", (Fəxri Razinin təfsiri), c.4, səh. 82.)

    Eyni zamanda, Quranda Peyğəmbər (s) mehribanlıq və rəhmli olmaq xüsusiyyətləri ilə yad edilir və buyurulur:
    بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ
    "O, möminlərə nisbətdə mehriban və rəhimlidir." ("Tövbə" surəsi, ayə 128.)

    Peyğəmbər (s) o qədər Allaha sevimlidir ki, daimi olaraq mələklərlə birlikdə ona salam və salavat göndərir:
    إِنَّ اللهَ وَمَلاَئِکَتَهُ يُصَلُّونَ عَلَى النَّبِىِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمما ً
    "Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salam və salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salam və salavat göndərin və əmrlərinə tabe olun." ("Əhzab" surəsi, ayə 56.)

    Eyni zamanda, əgər Peyğəmbər (s) günahkarlar üçün bağışlanmaq diləsə, Allah onları bağışlayar:
    وَلَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوکَ فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّاباً رَّحِيما ً
    Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.("Nisa" surəsi, ayə 64.)
    Nəticədə, belə bir şəxsiyyətə təvəssül etmək və onu Allah yanında vasitə seçmək – Allah yanında sevilən və əzəmətli olmasını nəzərə aldıqda – bəyənilən və mədh edilən bir işdir, çünki bütün bunlar Allaha qayıdır və tövhidə təkiddir. O həzrətin Əhli-beytindən (ə) olan imamlar da Allaha bəndəçilik və Peyğəmbərə (s) olan nisbətlərinə görə Allah dərgahında seviləndirlər. Duanın qəbul olunması, çətinliklərin həlli və hacətlərin həyata keçirməsində (Allahın izni ilə) onlara təvəssül etmək də çox təsirlidir.

    Qeyd: Bu məqalənin ardı var...

    Müəllif: Höccətül-İslam Səid Davudi
    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 24 Ağustos 2016 00:10 | İstifadəçi | Şərh yazdı
    baci Allah razi olsun 1 defe cox cetin veziyetdeydim Allahda Xanim Zehraya xatir bu iwin duzelmesini isdedim o iwin nece duzeldiyinde indide anlamiram Allah Ehli beyte xatir butun cetinliklerimizi asanlawdirsin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.