» » Təvəssül tövhiddir, yoxsa, şirk? (1.Təvəssül barədə vəhhabilərin əqidəsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Təvəssül tövhiddir, yoxsa, şirk? (1.Təvəssül barədə vəhhabilərin əqidəsi)
    0
    Müəllif: Aşiqi Rüqəyya | 7-08-2016, 10:00 | Baxılıb: 1 110
    Təvəssül tövhiddir, yoxsa, şirk? (1.Təvəssül barədə vəhhabilərin əqidəsi)

     

    Təvəssül tövhiddir, yoxsa, şirk? (1.Təvəssül barədə vəhhabilərin əqidəsi)

     

    (Əhli-sünnənin tanınmış mənbələrindən istifadə etməklə vəhhabilərin təvəssül barədəki şübhələrinə cavab)
    Təvəssül barədə vəhhabilərin əqidəsi o qədər aşkar və məşhurdur ki, kim Hicaza səfər etsə, həmin ölkədə, xüsusən də, Mədinə şəhərində bu qrupun Peyğəmbər (s) və ilahi övliyalara təvəssül edənlərlə kobud və təhqiredici rəftarını müşahidə edə bilər. Kiminsə Peyğəmbərin (s) qəbri kənarında dayanıb o həzrətə xitab etməsi və ya o həzrətdən Allah yanında ona şəfaət etməsini istəməsi, yaxud da maddi və mənəvi hacətlərinin o həzrət sayəsində həyata keçməsini diləməsi onun Ərəbistanın “nəhy əz munkər və əmr be məruf” qrupları ilə üzləşməsi və “şirk çomağı” ilə (məzəmmət olunaraq) oradan qovulması üçün kifayətdir.
    Onların xətibləri də cümə namazı və digər xütbələrində Allah Rəsulu (s) və ilahi övliyalara (imamlara, imamzadələrə) təvəssül etmək məsələsinin şirk olduğunu təkrar edirlər. Bu təkrarlardan camaat təngə gəlib. Daha sonra sözlərinə belə əlavə edirlər:
    «مَنْ يُشْرِکْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّةَ»
    "Kim Allaha şərik qoşsa, şübhəsiz, Allah cənnəti ona haram edir." ( Maidə surəsi, ayə 72.)
    Bundan əlavə, hər il on adda və müxtəlif dünya dillərində milyonlarla kitab Ərəbistanda çap olunaraq, digər ölkələrin zəvvarlarının ixtiyarında qoyulur və eyni zamanda, dünyanın müxtəlif məntəqələrinə göndərilir. Həmin kitablarda təkrarlanan və əks etdirilən mətləblər vəhhabilik məzhəbinin əsas göstəricisi kimi təvəssülün qadağan olunmasıdır.
    Bu nəzəriyyəni Ərəbistanda vəhhabi firqəsinin əsasını qoyan Məhəmməd ibn Əbdülvəhhab öz kitabında aşkar şəkildə qeyd etmişdir. O açıq-aydın belə deyir:
    من عبدالله ليلا و نهاراً ثمّ دعا نبيّاً او وليّاً عند قبره، فقد اتّخذ إلهين اثنين ولم يشهد أن لا اله الاّ الله
    "Əgər bir kəs bütün gecə və gündüzdə Allaha ibadət eləsə və Peyğəmbərin (s) və ya ilahi övliyaların qəbri kənarında dayanıb onları çağırsa və onlardan hacət istəsə, həqiqətdə, özünə iki məbud seçmiş və tək olan Allahdan başqa, heç bir məbudun olmamasına şəhadət verməmişdir." ( Şeyx Məhəmməd ibn Əbdülvəhhabın əsərlər toplusu, c.6, səh. 146.)
    Həmçinin, onun nəzərincə, həqiqi müsəlman özü ilahi övliyalara təvəssül etməməklə yanaşı, belə fərdlərdən uzaq olan və onları kafir hesab edən kəsdir. O belə yazır:
    لا يصحّ دين الإسلام الاّ بالبراءة ممّن يتقرّب إلى الله بالصلحاء و تکفيرهم
    "İslam dini saleh kəslərin vasitəsi ilə Allaha yaxınlaşmaq istəyənlərdən uzaq olmaq və onları kafir hesab etməkdən başqa, digər şeylə düzgün deyil." (2. Şeyx Məhəmməd ibn Əbdülvəhhabın əsərlər toplusu, c.6, səh. 146.)
    Bu səbəbdən, Məhəmməd ibn Əbdülvəhhab belə fərdlərin qanının axıdılmasını mübah hesab edir və yalandan belə deyir:
    إجماع المذاهب کلّهم على أنّ من جعل بينه وبين الله وسائط يدعوهم انّه کافر مرتدّ حلال المال والدّم
    "Bütün məzhəblərdə özü ilə Allah arasında vasitə seçərək onları çağıran kəsin dindən çıxmış kafir, eyni zamanda, mal və qanının halal olması barədə fikir birliyi vardır." (Şeyx Məhəmməd ibn Əbdülvəhhabın əsərlər toplusu, c.6, səh. 147, 213, 227, 232, 242. Bu mətləbi xatırlatmaq zəruridir ki, məzhəblərin fikir birliyinin olmasını iddia etmək doğru deyil. "Movsueye Kuveytiyyə"də belə qeyd edilmişdir: "Maliki, şafei və hənbəlilərin məzhəbini təşkil edən hənəfilərin sonuncularının fikir birliyinə əsasən, onlar istər Peyğəmbərin (s) həyatda olduğu, istərsə də, vəfat etdiyi zaman olsun, Peyğəmbərə (s) təvəssül etmək və o həzrəti özü ilə Allah arasında vasitə seçməyin caiz olması etiqadına malikdirlər."(ذهب جمهور الفقهاء ـ المالکية والشافعية [ومتأخرى الحنفية وهو المذهب عند الحنابلة الى جواز هذا النوع من التوسّل سواء فى حياة النبىّ او بعد وفاته)
    "Movsuətul-fiqhiyyətil-Kuveytiyyə", c.14, səh. 156. Bu kitabda həmin düşüncənin mənbələri də nəql edilmişdir.)
    Hicazda rəsmi təşkilata malik olan Səudiyyə müftiləri öz fətvalarında Əhli-beytə (ə) təvəssül edənlərin kafir hesab edilməsi xəttini davam etdirir və aşkar şəkildə buna israr edirlər. Bəzi Səudiyyə müftiləri əhli-kitabdan olan qadınlarla evlənməyi caiz (icazəli) hesab etdiyi halda (يجوز للمسلم ان يتزوّج کتابيّة ـ يهوديّة أو نصرانيّة ـ اذا کانت محصنة وهى الحرّة العفيفة) "Müsəlman kişinin yəhudi və ya məsihi qadınla, əgər onlar azad və iffətli olsalar, evlənməsi caizdir." ("Fətava lil-cənnətid-daiməti lil-buhusil-elmiyyə vəl-əfta", c.18, səh. 315.) Şiələrlə evlənməyi düzgün saymır və bunun səbəbini belə izah edirlər: "Şiələr Əhli-beyti səsləyir və onlara təvəssül edirlər və bu da ən böyük şirkdir."
    Bu məsələ də, məsihilərin rəsmi olaraq üçlüyə (ata, oğul və müqəddəs ruha) etiqadlı olduğu haldadır. Digər bir sualın (isiftaatın) cavabında yazmışlar:
    إذا کان الواقع کما ذکرت من دعائهم عليّاً والحسن و الحسين و نحوهم فهم مشرکون شرکاً أکبر يخرج من ملّة الاسلام فلا يحلّ أن نزوّجهم المسلمات، و لا يحلّ لنا أن نتزوّج من نسائهم و لا يحلّ لنا ان نأکل من ذبائحهم
    "Əgər deyildiyi kimi olsa, yəni onlar Əli, Həsən və Hüseyni çağırsalar (məsələn, ya Əli, ya Həsən və ya Hüseyn desələr), müşrikdirlər və İslam dini və müsəlmanlıqdan xaric olurlar və onlarla evlənmək haramdır. Onlara qız vermək və onlardan qız almaq olmaz. Onların kəsdikləri heyvanlar da halal deyil." (Həmin mənbə, c.3, səh. 373.)
    Nəticədə, vəhhabilər təvəssül etməyi şirk və ilahi övliyalara təvəssül edənləri müşrik hesab edir və onlarla evlənməyi düzgün saymırlar. Eyni zamanda, onların kəsdikləri heyvanları da halal bilmirlər. Bilirik ki, digər islami firqələr din rəhbərlərinə təvəssül edirlər və onların müxtəlif şəhərlərdəki ziyarətgahları da bu iddiaya şahiddir. Deməli, belə çıxır ki, onların hamısı müşrik və kafirdir, həmçinin, mal və qanları da halaldır?! Bu yerdə onların saysız-hesabsız terror, qətliam və qan tökmələrinin mənbəyi aydın olur.
    Qeyd: Bu məqalənin ardı var...


    Müəllif: Höccətül-İslam Səid Davudi
    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.