Ətraflı cavab: Bu sualın cavabı "Bəqərə" surəsinin 183-185-ci ayələrində bəyan edilmişdir. Allah-taala mühüm olan ibadətlərdən biri barəsində danışır və təkidli şəkildə buyurur:
«یا اَیُّهَا الَّذینَ آمَنُوا کُتِبَ عَلَیْکُمُ الصِّیامُ کَما کُتِبَ عَلَى الَّذینَ مِنْ قَبْلِکُم»
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi.”
Fasiləsiz olaraq insanı yetişdirən və tərbiyə edən bu ibadətin hikməti barəsində qısa cümlə ilə və çox mənalı şəkildə belə bəyan edir:
«لَعَلَّکُمْ تَتَّقُون»
"Ola bilsinki, siz pis əməllərdən çəkinəsiniz!”
Bəli, oruc insan ruhunun tərbiyə edilməsi və günahdan çəkinməsi üçün olduqca təsirlidir.
Bu ibadət bəzi maddi ləzzətlərin məhrumiyyəti və problemlərlə – xüsusilə yay fəslində – yerinə yetirildiyindən, ayədə insan ruhunu bu hökmün qəbul edilməsi üçün hazırlayan müxtəlif ifadələr bəyan edilmişdir. İlk olaraq belə buyurulur:
«یا اَیُّهَا الَّذِیْنَ آمَنُوا»
"Ey iman gətirənlər!”
Daha sonra isə orucun təkcə bu ümmətə deyil, öncəki ümmətlərə də vacib edilməsi məsələsinə toxunulur.
Sonda isə bu ilahi vacibatın hikməti bəyan edilir və onun səmərə və xeyrinin yüz faiz onlara aid olacağı bildirilərək onu sevimli və xeyirli bir mövzuya çevirir.
İmam Sadiqdən (ə) olan bir hədisdə belə nəql edilir:
«لَذَّهُ ما فِى النِّداءِ اَزالَ تَعَبَ الْعِبادَهِ وَ الْعَناءِ!»؛(لذت خطاب «یا اَیُّهَا الَّذِیْنَ آمَنُوا»
"”Ey iman gətirənlər!” cümləsi ilə xitab edilmək o qədər ləzzətlidir ki, o, ibadətin çətinliyini aradan qaldırır.” ("Məcməul-bəyan”)
Növbəti ayədə orucun çətinliyini azaltmaq üçün Allah-taala ilk olaraq belə əmr verir:
«اَیّاماً مَعْدُودات»
"Sayı müəyyən olan az bir gün oruc tutun!”
Yəni, biz ilin bütün günlərini, yaxud əksər vaxtlarını oruc tutmağa məcbur deyilik. Oruc həqiqətdə, ilin kiçik bir hissəsinə şamildir.
«فَمَنْ کانَ مِنْکُمْ مَریضاً اَوْ عَلى سَفَر فَعِدَّهٌ مِنْ اَیّام اُخَر»
Digər tərəfdən, "(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar oruc tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.”
Üçüncüsü, "Oruc tutmağa taqəti olmayan insanlar (qoca kişi, qadın, xəstələr və ümumiyyətlə, xəstəlikdən sağalmayanlar kimi) isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər."
«وَ عَلَى الَّذینَ یُطیقُونَهُ فِدْیَهٌ طَعامُ مِسْکین»
"Bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər.”
«فمَنْتَطَوَّعَ خَیْراً فَهُوَ خَیْرٌ لَه»
"Hər kəs könüllü olaraq xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu, onun üçün daha xeyirli olar.”
Sonda isə belə buyurur:
«وَ اَنْ تَصُومُوا خَیْرٌ لَکُمْ اِنْ کُنْتُمْ تَعْلَمُون »
"Oruc tutmaq sizin üçün daha xeyirlidir, əgər bilsəniz!”
Bəzilərinin bu cümləni İslamın başlanğıcında orucun vacibi-təxyiri (ixtiyari) olmasına, yəni müsəlmanların ya oruc tutması, yaxud da onun əvəzinə "fidyə" ödəmələrinə və beləliklə də, tədricən oruc tutmağa adət etmələrinə dəlil gətirməsinə və sonra da bu hökmün nəsx (ləğv) olması və orucun vacib edilməsini söyləmələrinə baxmayaraq, həqiqət belə deyil. Bu cümlə orucun hikməti ilə bağlı edilən təkidlərdən biridir. Belə ki, bu ibadət də digər ibadətlər kimi Allahın böyüklüyünə heç bir şey əlavə etmir, əksinə onun bütün fayda və mənfəəti ibadət edənlərə aiddir. Buna sübut olaraq Qurani-Kərimin digər uyğun ayələrini göstərə bilərik:
«ذلِکُمْ خَیْرٌ لَکُمْ اِنْ کُنْتُمْ تَعْلَمُونَ»
"Bu, sizin üçün daha xeyirlidir, əgər bilsəniz!" – cümləsi cümə namazının vacib edilməsindən sonra bəyan edilmişdir.
"Ənkəbut" surəsinin 16-cı ayəsində oxuyuruq:
«اِبْراهیمَ اِذْ قالَ لِقَوْمِهِ اعْبُدُوا اللّهَ وَ اتَّقُوهُ ذلِکُمْ خَیْرٌ لَکُمْ اِنْ کُنْتُمْ تَعْلَمُونَ»
"(Ey Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Ondan qorxun. Bu, sizin üçün daha xeyirlidir, əgər bilsəniz!”
Bununla da «اَنْ تَصُومُوا خَیْرٌ لَکُم» )Bu, sizin üçün daha xeyirlidir, əgər bilsəniz!( ayəsinin müəyyən bir qrupa deyil, bütün oruc tutanlara aid olması aydın olur.
Sonuncu bəhs orucun vaxtı, bəzi hökm və hikmətlərinin izahı barəsindədir. İlk olaraq buyurur:
«شَهْرُرَمَضان»
"Oruc üçün müəyyən edilmiş bir neçə gün həmin Ramazan ayıdır.”
«الَّذی اُنْزِلَفیهِ الْقُرْآنُ»
"O, Qurannazil edilən aydır.”
«هُدىً لِلنّاسِ وَبَیِّنات مِنَ الْهُدى وَ الْفُرْقان»
"(Quran) İnsanlar üçün hidayət və haqla batili aydınlaşdırandır.”
Sonra Allah-taala yenə də təkid olaraq səfərdə olan şəxs və xəstələrin hökmünü açıqlayır:
«فَمَنْ شَهِدَ مِنْکُمُ الشَّهْرَ فَلْیَصُمْهُ وَ مَنْ کانَ مَریضاً اَوْ عَلى سَفَر فَعِدَّهٌ مِنْ اَیّام اُخَر»
"Ramazan ayında olanlar oruc tutmalıdırlar. Amma səfərdə olan, yaxud xəstə olan kəslər digər günlərdə onun əvəzinə oruc tutsunlar.”
Bu və ondan öncəki ayədə xəstə və səfərdə olanların hökmünün bəyan edilməsi bəzilərinin orucu açmağın mütləq şəkildə yaxşı iş olmadığını güman etməsinə görədir. Bu səbəbdən, Quran bu hökmü təkrar etməklə müsəlmanlara çatdırmaq istəyir ki, oruc tutmaq sağlam insanlara vacib olduğu kimi, xəstə və səfərdə olanlar üçün də orucu açmaq ilahi əmrdir və onunla müxalifətçilik etmək günahdır.
Ayənin digər hissəsində orucun vacib edilməsinin hikməti bəyan edilir:
«یُریدُ اللّهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ»
"Allah sizin üçün çətinlik deyil, asanlıq istər.”
Bu ayə ona işarə edir ki, oruc tutmaq zahirdə çətinlik və məhdudiyyətlərlə yanaşı olsa da, sonda insanın həm maddi, həm də mənəvi rahatlıq və aramlığına səbəb olur. Bu cümlənin ilahi əmrlərin zülmkar hakimlərin əmrləri kimi olmaması və bəzən yerinə yetirilməsi çətinliklərlə yanaşı olmasına baxmayaraq, asan vəzifələrin nəzərdə tutulmasına işarə etməsi də mümkündür. Belə ki, əhəmiyyətli olsa da oruc tutmaq hökmü xəstə, səfərdə olan və qüdrəti çatmayan şəxslərin üzərindən götürülmüşdür.
Sonra Allah-taala belə əlavə edir:
«وَلِتُکْمِلُوا الْعِدَّه»
"Burada hədəf sizin (oruc) günlərin sayını tamamlamanızdır.”
Yəni, hər bir sağlam insan üçün ildə bir ay oruc tutmaq vacibdir. Bu, onun cism və ruhunun inkişaf və tərbiyəsi üçün zəruridir. Buna görə də, əgər Ramazan ayında xəstə və yaxud səfərdə olarsınızsa, bu orucluq günləri qədər (otuz gün) qəza orucu tutmalısınız ki, qeyd edilən ədəd tamalansın. Hətta heyz olan qadınlar belə namazın qəzasını qılmaqdan azad olmalarına baxmayaraq, orucun qəzasını tutmalıdırlar.
Cümlənin sonunda buyurur:
«وَ لِتُکَبِّرُوا اللّهَعَلى ما هَداکُمْ وَ لَعَلَّکُمْ تَشْکُرُون»
"Sizləri hidayət etdiyi üçün Allahı uca hesab edin. Bununla da, ola bilsin ki, Onun nemətlərinə şükr edəsiniz.”
Bəli, Allahın hidayət etməsi qarşısında təzim və bütün bu nemətlərinə görə ona şükür etməliyik. Digər tərəfdən, diqqət yetirmək lazımdır ki, şükr eləmək məsələsi "ləəllə" (ola bilsin ki) sözü ilə ifadə edilmiş, lakin Allahın uca hesab edilməsi mütləq və qəti şəkildə qeyd olunmuşdur. Belə ifadə fərqliliyi bu ibadətin (orucun) Allah yanında təzimə bərabər hesab edilməsinə görə ola bilər. Amma şükür nemətlərin öz yerində sərf edilməsi və orucun əməli hikmət və təsirlərindən faydalanmaqdır. Bu da müəyyən şərtlərə malikdir və həmin şərtlər hasil olmayınca həyata keçməz. Bu şərtlərin ən mühümü kamil ixlas, orucun həqiqətini bilmək və onun hikmətlərini dərk etməkdən ibarətdir.
Mənbə: Ayətullah Məkarim Şirazinin rəsmi saytı