» » Orucun nə kimi hikmətləri vardır?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Orucun nə kimi hikmətləri vardır?
    0
    Müəllif: Aşiqi Rüqəyya | 7-06-2016, 09:00 | Baxılıb: 1 030
      

     


    Sual: Orucun nə kimi hikmətləri vardır?
    Ətraflı cavab: Oruc müxtəlif xüsusiyyətlərə malikdir. Oruc insan vücudunda maddi və mənəvi baxımdan bir çox təsirlər qoyur və onların ən mühümü əxlaqi xüsusiyyət və tərbiyə fəlsəfəsi istiqamətindədir. Orucun mühüm faydaları insan ruhunu lətifətləndirmək, insan iradəsini qüvvətləndirmək və onun cinsi istəklərini tənzimləyərək ətalətdə saxlamaqdan ibarətdir.
    Oruc tutan şəxs oruc zamanı aclıq və susuzluqla yanaşı yemək, içmək, həmçinin, cinsi ləzzətlərə göz yummalı, eyni zamanda, tövləyə bağlanan və ot yeyən heyvan kimi olmadığını və istədiyi zaman nəfs və şəhvətini özünə tabe edə bildiyini sübut etməlidir.
    Həqiqətdə, orucun ən böyük hikməti onun ruhani və mənəvi təsirindədir. Müxtəlif növ yemək və içkilər ixtiyarında olan və ac-susuz olduqda, istədiyi zaman onlardan istifadə edə bilən insan bol sulu çayların kənarındakı bağın divarları arxasında yerləşən ağaclara bənzəyir. Belə ağacların davamlılığı az olur və onlara su yetişmədikdə, asanlıqla məhv olur. Amma qayalar, dağlar və səhralar üzərində bitən ağaclar və onların budaqları elə körpəlikdən tufanlara, yandırıcı istiyə və qışın soyuğuna və müxtəlif çətinliklərə sinə gərərək möhkəm və davamlı olur. Oruc da insanın ruh və canına belə təsir qoyur. Müvəqqəti çətinlik və məhdudiyyətlərlə ona mübarizə üçün qüdrət və iradə bəxş edilir.
    Deməli, oruc insanı heyvanlar aləmindən (maddi aləmdən) xaric edərək mələklər aləminə yüksəldir. "Bəqərə" surəsinin 183-cü ayəsindəki "Bəlkə, təqvalı olasınız.” – cümləsi orucun vacibliyinin hikmətini əks etdirir. Həmçinin, məşhur hədisdə deyildiyi kimi, "Oruc cəhənnəm atəşi müqabilində qalxandır” ifadəsi də bu mövzuya aiddir. 
    Həzrət Əlidən (ə) nəql edilən hədisdə oxuyuruq ki, Peyğəmbərdən (s) soruşdular: "Nə edək ki, şeytan bizdən uzaq olsun?" 
    Buyurdu: "Oruc şeytanın üzünü qara edir. Allah yolunda infaq etmək onun belini sındırır. Allaha xatir sevmək və saleh əməl etmək onun ardınca gələnlərin kökünü kəsir və bağışlanma diləmək onun qəlb damarlarını qırır." ("Biharul-ənvar", c. 96, səh. 256.)
    "Nəhcül-bəlağə"də həzrət Əli (ə) ibadətin hikmətini bəyan etdikdə, oruc məsələsinə çatdığı zaman belə buyurur:
    والصیام ابتلاء لاخلاص الخلق
    "Allah-taala orucu insanlarda ixlas ruhunu inkişaf etdirmək üçün vacib etdi." ("Biharul-ənvar", c. 95, səh. 255.)
    Həmçinin, Peyğəmbərdən (s) belə bir hədis nəql edilib:
    ان للجنه باباً یدعى الریان لایدخل فیها الا الصایمون
    "Cənnətin "Riyan" – sirab olmuş – adlı qapısı vardır ki, yalnız oruc tutanlar o qapıdan daxil olarlar.”
    Şeyx Səduq "Məanil-əxbar” kitabında bu hədisin izahı barəsində yazır: "Bu adın cənnətin qapısına qoyulması ona görədir ki, oruc tutanın ən böyük zəhməti susuzluqdandır. Oruc tutanlar bu qapıdan daxil olduqları zaman, elə sirab olarlar ki, ondan sonra heç zaman susuzlamazlar.” ("Biharul-ənvar", c. 95, səh. 255.)
    Orucun ictimai təsirləri heç kəsə gizli deyil. Oruc cəmiyyətdə bərabərlik yaradır. Bu vacibatı yerinə yetirməklə imkanlı şəxslər imkansız və yoxsulların aclıq və susuzluqlarını birbaşa olaraq hiss edirlər. Bununla da onlarakömək edə bilirlər. Əlbəttə, acların və yoxsulların halını izah etməklə də onlara çatdırmaq mümkündür. Amma onun hissi və əyani şəkildə anlaşılması fərqli təsirə malikdir. Oruc cəmiyyətə hissiyyat ruhiyyəsi bəxş edir. İmam Sadiqdən (ə) nəql olunan hədisdə Hişam ibn Həkəm orucun vacib olmasının səbəbini soruşduqda, İmam (ə) belə cavab verir:
    "Oruc ona görə vacib edilmişdir ki, fəqir və varlı arasında bərabərlik yaransın, varlı aclıq hissini dadsın və fəqirin haqqını versin. Varlılar istədikləri şeyləri asanlıqla əldə edə bilirlər. Allah bəndələri arasında bərabərliyin olmasını və varlılara aclıq və çətinliyi daddırmaqla zəiflər və aclara rəhm edilməsini istəmişdir.” ("Vəsailuş-şiə", c. 7, səh. 3.)
    Doğrudan da, görəsən dünyanın varlı dövlətlərinin əhalisi ilin cəmi bir neçə gününü oruc tutub aclığı dadsalar, yenə də dünyada bu qədər ac olacaqmı? 
    Həm müasir, həm də qədim tibb orucun müxtəlif xəstəliklərin müalicəsində inkarolunmaz rolu olmasını təsdiq edir. Bilirik ki, əksər xəstəliklərin səbəbi müxtəlif yeməkləri yeməkdə ifrata varmaqdır. Belə ki, əlavə yemək ya həzm olunmayıb zərərli yağlar kimi bədənin müxtəlif nöqtələrində, ya da şəkər kimi qanda yığılıb qalır. Bu əlavə maddələr əzələlər arasında yerləşib pis qoxulu bataqlıq kimi mikrob və müxtəlif maddələrin inkişafına şərait yaradır. Buna görə də, belə hallarda bu xəstəliklərlə mübarizə və bataqlığı məhv eləmək üçün ən yaxşı yol oruc tutmaqdır. Oruc bədənin artıq, lazımsız, həzm olunmamış maddələrini yandırır, daha dəqiq desək, oruc evi dibindən təmizləmək kimidir. Bundan başqa, oruc həzm sistemi üçün bir növ istirahətdir. Həzm sistemi bədəndəki sistemlərin ən həssası olduğu və bütün il boyu işlədiyi üçün belə bir istirahət ona zəruridir.
    Şübhəsiz, oruc tutan şəxs İslamın göstərişinə əsasən sübh yeməyi zamanı və iftar vaxtı yemək yeyərkən ifrata varmamalıdır ki, orucun faydalarından bəhrələnə bilsin. Əks təqdirdə, bu, mənfi nəticələr verə bilər.
    Rus alimi Aleksey Soforin öz kitabında belə yazır: "Oruc vasitəsilə müalicə qan azlığı, bağırsaqların zəifliyi, sadə və xroniki iltihab, daxili və xarici çibanlar, tuberkulyoz, esklyoz, podaqra, revmatizm, hid r o pos, oturaq siniri xəstəliyi, xəras (dərinin soyulması), göz xəstəlikləri, şəkər xəstəliyi, dəri xəstəlikləri, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri və s. xəstəliklərində çox təsirli və effektlidir. Oruc vasitəsilə müalicə yalnız bu xəstəliklərin müalicəsində deyil, bədən hüceyrələrinə sirayət edən xərçəng, siflis, taun, vərəm xəstəliklərinin müalicəsində də böyük əhəmiyyət kəsb edir.” ("Oruc – xəstəliklərin müalicəsində yeni metod")
    Peyğəmbərdən (s) bizə gəlib çatmış məşhur hədisdə buyurulur:
    «صوموا تصحوا»
    "Oruc tutun ki, sağlam olasınız."("Biharul-ənvar", c. 96, səh. 255)
    Peyğəmbərdən (s) nəql edilən digərbir hədisdə də buyurulur:
    «المعده بیت کل داء و الحمیه راس کل دواء»
    "Mədə bütün xəstəliklərin yuvası, oruc da bütün müalicələrin əsasıdır.” (Nümunə təfsiri 1 cild səh 628)
     

    Mənbə: Ayətullah Məkarim Şirazinin rəsmi saytı
     
     
    Bölmə: Suallar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.