Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qiyamətdə üzlərin ağ və ya qara olmasına səbəb nədir?
Sual: Qiyamətdə üzlərin ağ və ya qara olmasına səbəb nədir?
Ətraflı cavab: Bu sualın cavabını “Ali İmran” surəsinin 106 və 107-ci ayələrində axtarmaq lazımdır. Ayədə deyilir:
یَوْمَ تَبْیَضُّ وُجُوهٌ وَ تَسْوَدُّ وُجُوهٌ
“Qiyamət günü bəzi üzlər ağ (nurani) və bəzi üzlər qara olacaq.”
Daha sonra əlavə edir:
فَاَمَّا الَّذینَ اسْوَدَّتْ وُجُوهُهُمْ اَ کَفَرْتُمْ بَعْدَ ایمانِکُمْ فَذُوقُوا الْعَذابَ بِما کُنْتُمْ تَکْفُرُونَ
“Üzləri qara olanlara deyiləcək: “Nə üçün iman gətirdikdən sonra kafir oldunuz?! Nə üçün İslam kölgəsində birləşəndən sonra cahiliyyət və nifaq yolunu seçdiniz? Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!”
Amma onların tam əksinə olaraq, birgə olan möminlər Allahın rəhmət dəryasında qərq olacaqlar. Onları daima rahatlıqlıqda olacaq və könül oxşayan bir həyat yaşayacaqlar.
İnsanın bu dünyada gördüyü bütün işlər onun ruhunda böyük təsirlər buraxır. Həmin təsirlər bu dünyada asanlıqla dərk olunmasa da axirətdə onda baş verən dəyişiklik və təkamüldən sonra öz həqiqi simasında maddi təzahür edir. Çünki orada ruhun nüfuz və təcəssümü daha qabarıqdır və təsirləri hətta cisimdə öz əksini göstərəcəkdir.
Bu dünyada iman və vəhdət üzü ağ, dağınıqlıq və imansızlıq isə üzü qara edən amillərdəndir. O biri dünyada dünyanın bu məcazi üzüağlıq və üzüqaralığı özünə həqiqi şəkil alır və onların sahibləri ağ və nurlu, yaxud qara və zülmətli simalarla məhşərə gəlirlər.
Quranın digər ayələrində də bu həqiqətə işarə olunmuşdur. O cümlədən, mütəmadi günah edən insan haqqında oxuyuruq:
کَاَنَّما اُغْشِیَتْ وُجُوهُهُمْ قِطَعاً مِنَ اللَّیْلِ مُظْلِماً
“Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür!” ("Yunus" surəsi, ayə 27. )
Həmçinin Allaha yalan qoşanlar barəsində də buyurur:
وَ یَوْمَ الْقِیامَهِ تَرَى الَّذینَ کَذَبُوا عَلَى اللّهِ وُجُوهُهُمْ مُسْوَدَّهٌ
“Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!” ("Zumər" surəsi, ayə 60. )
Bütün bunlar günahkarların dünyadakı əməllərini əks etdirir.
Sonrakı ayədə bu qrupun müqabilində duranlara işarə olunaraq buyurulur:
وَ اَمَّا الَّذینَ ابْیَضَّتْ وُجُوهُهُمْ فَفی رَحْمَتِ اللّهِ هُمْ فیها خالِدُونَ
“Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar.”
Bəli, iman dünya və axirətdə insanı üzü ağ edir və hər iki dünyada Allahın mərhəmətinə səbəb olur. ( “Nümunə təfsiri”, cild 3, səh. 66.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |